Bakı polisi gərgin iş rejiminə keçməyə hazırlaşır. Yox, elə pis bir şey baş verməmişdir – sadəcə yeni dərs ili başlayır… Bu isə bizim üçün həmisə bayram və həyəcanlanmaq üçün əlavə qayğıdır.
“Sputnik” in Bakı şəhər baş polis idarəsinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt polisi ictimai asayiş və təhlükəsizliyi təmin etmək məqsədilə ələlxüsus, təhsil müəssisələrilə yanaşı olan küçə və prospektlər nəzarət altına alınacaq.
“Bilik günü” hər hansı gözlənilməz halların qarşısını almaq və valideynlərlə şagirdlərin təhlükəsizliyini təmin etmək üçün təhsil ocaqlarının yaxınlığında polis dəstələrinin sayı artırılacaq və bütün zəruri tədbirlər görüləcək.