Azərbaycanda koronavirusun pandemiyası ilə bağlı karantin davam etsə də, ölkənin yaradıcı simaları bekar oturmurlar. Kimsə açıq havada konsertlər təşkil edir, kimsə onlayn tədbirlər keçirir, rəssamlar isə , yeni işlərini nümayiş etdirməkdə davam edirlər. Bu günlər Bakıda YARAT müasir İncəsənət sahəsində «Özünə ada yarat» layihəsi təqdim olunmuşdur.
Sərginin adı Azərbaycan rəssamlarının böyük dostu, Bakıdaki siyasi və sosial duruma laqeyd qala bilmədiyindən bunu çox ağır şəkildə keçirən və 1994-cü ildə bu dünyanı həmişəlik tərk edən şair Aydın Əfəndinin poemasından götürülüb.
Sərgidə Şamo Abasov, Məlik Ağamalov, Elyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Kamal əhməd, Rasim Babayev, CHİNGİZ, Heybət Babayev, Elnur Babayev, Mir Nadir Zeynalov, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Teymur Daimi, Səbinə Şıxlinskaya, Müslüm Eldarov və İrina Eldarova kimi 21 azərbaycanlı rəssam iştirak etmişdir.
Təəssüf ki, sərgidə nümayiş etdirilən əksər işlərin müəllifləri artıq bu dünyanı tərk ediblər.
Sərgidə şəxsi və dövlət kolleksiyalarından ibarət bədii əsərlər nümayiş etdirilib ki, bu da onların 1988-ci ildən 1996-cı ilə qədər olan yaradıcılıq dövrünü əhatə etmişdir. Bir çox əsərlər geniş ictimaiyyətə ilk dəfə təqdim olunmuşdur.
Layihənin kuratoru—Azərbaycanın əməkdar rəssamı Səbinə Şıxlinskaya Dalma Newsə bildirdi ki, onlar məhz bu dövrün işlərini təsadüfən nümayiş etdirməmişlər. Onun sözlərinə görə, bu illəri bütövlükdə bəşəriyyət tarixində ən apokaliptik dövr adlandırmaq olar, çünki SSRİ süqut etdi, Berlin divarı dağıldı, Şərqi və Qərbi Avropa qovuşub birləşdi, Azərbaycanda isə çox faciəli vaxtlar yaşandı.
«Yaradıcı insanlar o dövrü çox emosional keçirirdilər. Çoxları tab gətirməyərək Vətəni tərk etdilər. İntihar etmək istəyənlər də var idi. Məhz elə bu dövrdə həmçinin bir çox ən yaxşı sənət əsərləri yaranıb ortaya çıxdı. Demək olar ki, əksər işləri tamaşaçılar ilk dəfə gördülər. Onlardan bəziləri Rəssamlar İttifaqının anbarlarında tapılmış, digərləri isə öz müəlliflərinin qarajlarında tozlanmışlar, bir sıra işləri isə birbaşa muzeydə bərpa etmək məcburiyyətində olmuşlar»,— deyə Səbinə Şıxlinskaya qeyd etmişdir.
Sərgidə nümayiş etdirilən rəsmlər arasında Səbinə Şıxlinskayanın da işi var, bu əsər «Yeni ay» adlanır və 1989-cu ildə çəkilmiışdir. Bu rəsm əsəri yeni günün gələcəyi və onun , daha işıqlı olacaqı haqdadır. Rəssam öz işlərini əsasən müasir incəsənətin müxtəlif janrlarında yaradır. O, gənc həmkarlarını dəstəkləmək üçün əlindən gələni edir.
«Mən hər dəfə tamaşaçılara müasir rəssamların işlərini təqdim edirəm, çünki onlara da dəstək lazımdır. Azərbaycan Rəssamlıq Akademiyasında yalnız realist təsvir öyrədilir. Bu isə, yalnız onunlla məşğul olmaq istəyənlər üçün önəmlidirr, bəs konseptual rəssam olmaq istəyənlər üçün necə olsun? Amerika təhsil proqramına əsasən orta və hətta ali məktəblərdə yaradıcılıq dərsləri tədris prosesinin təxminən 35% – ni təşkil edir. İnsanın sonradan peşəkar rəssam olub-olmayacağının fərqi yoxdur. O, iqtisadçı, hüquqşünas ola bilər və ya istənilən başqa ixtisas seçə bilər, lakin yaradıcılıq potensialının inkişafı çox vacibdir. Bu, insanda onun intellektini, xarakterini, həmçinin bütün başqa sahələrdə istedadlarını inkişaf etdirir», — deyə Şıxlinskaya hesab edir.
O, təcrübəli rəssamın rəhbərliyi altında hər dəfə müasir rəssamlar üçün iki saat ərzində yaradıcılıqla pulsuz məşğul olmaq imkanı yaradan YARAT müasir incəsənət məkanına minnətdardır. Fırça ustaları tez-tez dəyişirlir ki, öz həmkarlarının bütün janrlar haqqında öyrənmək imkanı olsun.
«Müasir incəsənət çox çətin və mürəkkəbdir, odur ki, ona obyektiv qiymət verə bilmərəm. O, necə deyərlər, şərab kimi dəmlənib yetişməlidir. Əgər o pis və keyfiyyətsizdirsə turşuyacaq, yox, əgər keyfiyyətlidirsə ketdikcə daha yaxşı olacaq.Ümumiyyətlə, bir çox illərin işi ərzində mən çox gözəl bir şeyi başa düşdüm – ürəkdən edilən işlər sonradan peşəkarların marağına səbəb olur» – deyə Səbinə Şıxlinskaya öz əminliyilə bölüşmüşdür.
Fırça ustası gənc həmkarlarına öz üzərində daha çox işləməyi və ən başlıcası, peşəkarların məsləhətlərini dinləməyi məsləhət gördü.
Камilla Seidova