Yeni il ərəfəsində sosial şəbəkələrin Azərbaycan seqmentində 10 manata əvvəllər və indi nə almağın mümkünlüyünə dair «fotomem» populyar oldu. Bu mənzərədən belə bir nəticə çıxır ki, hər şey pisdir.

Bunula belə, rəsmi statistik məlumata görə, 2018-ci ildə Azərbaycan əhalisinin gəlirləri ötən illə müqayisədə artmışdır. Buna diqqət yetirən iqtisad elmləri doktoru, İqtisadi və sosial inkişaf mərkəzinin (İSİM) sədri Vüqar Bayramov media.az nəşrinə müsahibəsində bildirmişdir ki, « ümumilikdə, 2018-ci ilin yanvarından noyabrına qədər olan müddət ərzində Azərbaycan vətəndaşlarının gəlirləri 9,2% artaraq 43,8 milyard manat və ya ölkənin hər bir sakini üçün 4471 manat təşkil etmişdir».

Lakin əhalinin vəsaitin çox hissəsini yalnız ərzaq məhsullarına sərf etdiyini nəzərə alsaq, bunu elə bir tutarlı uğur hesab etmək olarmı?

Əldə olan məlumatlara görə, əhali öz gəlirlərinin 70,2% – ini istehlak mallarını əldə etməyə sərf edir, gəlirin 9,1% – i vergi və yığımlara, 2,7% – i kreditlərin ödənilməsinə gedir və əhali gəlirlərin yalnız təxminən 18%-ni qırağa qoyur və ya depozit hesabına salır.

Ekspertlər deyirlər ki, Azərbaycanda ərzaq məhsullarının qiymətləri çox yüksəkdir. Və bununla belə, Yeni ili evdə qeyd etmək üçün edilən xərclər bizdə daha çox təəccüb doğurdu. Orta statistiklı Azərbaycan vətəndaşına Yeni ildə harasa xaricə getmək və ya bütün Yeni il gecəsini restoranda keçirmək onun cibinə uyğun deyil. Hərçənd, bunu özlərinə rəva bilən varlılar o qədər də az deyil – 5-10%, lakin ölkə əhalisinin əksəriyyəti Yeni ilin gəlişini evdə qeyd etməyə üstünlük verir.

Xаtırladaq ki, Dalma Newsin xahişi ilə ötən il evdar qadın Validə Abbasova üç nəfər – iki böyük və bir uşaqdan ibarət ailə üçün Yeni il masasının dəyərini hesablamışdı. O vaxt xərclər təxminən 200 mаnаt (100 yevroya qədər) təşkil etmişdi.

Вu il biz dörd nəfərdən ibarət ailənin xərclərini hesablamağı xahiş etdik. Nəticələr evdar qadının özünü də təəccübləndirib çaşdırdı. Məlum oldu ki, indi dörd nəfərlik Yeni il süfrəsi ötən il üç nəfər üçün nəzərdə tutulmuş süfrədən bir qədər daha ucuz başa gəlir. При этом Валида Аббасова учла еще и возможность прихода гостей. Bu dəfə Validə Abbasova həm də qonaqların da gəlmə imkanını nəzərə almışdı.

«Israfçılıqdan uzaq ənənəvi masa: quru meyvə və şabalıdlı plov və ya dolma, mətbəx plitəsi və ya duxovkada kartof və alma ilə hazırlanan toyuq. Salatlardan — olivye və göbələkli (təxminən 500 qram). Qəlyanaltılar: pendir, kolbasa, turşu, təzə tərəvəz, göyərti. İçkilərdən şampan, qonaqlar gələrsə, xoşlayanlar üçün rəngarənlik naminə araq və şərab. Mütləq kompot və təzə sıxılmış meyvə şirəsi. Süfrədə şirniyyatdan— meyvə quruları, qoz-fındıq içi, bal. Meyvə: alma, portağal, nаringi, kivi, banan. Bir də əlbəttə ki, tort və şirniyyat», — deyə evdar qadın təxmini menyunu təsvir etmişdir.

O bildirdi ki, Yeni ilə 10 gün qalan vaxtın qiymətlərinə istinad edir. «Çoxları elə mənim kimi, məhsulları əvvəlcədən alırlar. Dekabrın 30-31-də mağazaları çapıb alış-veriş etməyə xüsusi istək olmur, həm də bunun elə bir mənası da yoxdur. İstisna etmirəm ki, lap bayram ərəfəsində xərclər 10 faiz arta bilər».

Meyvə, tərəvəz, göyərti və ev qaymağını evdar qadın hər bazar fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkasında əldə edir. Əti etibarlı qəssabdan, toyuğu isə ixtisaslaşdırılmış mağazadan alır. Orada hər şey təzə və ucuzdur.

«Dörd nəfər üçün hesabı ilə mənim xərcimin məbləği təxminən 190 manat təşkil etdi. Sözün düzü, mən təəccübləndim, axı keçən il mən üç nəfər üçün hesablayanda indikindən 10 manat çox alınmışdı», — deyə Validə Abbasova söyləyir.

İntəhası, hər şeyin bir izahı var ki, Davamlı inkişafın tədqiqatlar mərkəzinin rəhbəri Nəriman Ağayev Dalma Newsin suallarını cavablandırarkən məhz elə bunu təqdim etmişdir. «Bəli, bu il yeni il süfrəsi nəzərəçarpacaq dərəcədə ucuzdur. Məhsul bolluğu var ki, bu da qiymətlərin enməsinə gətirib çıxarır. Şəbəkə mağazaları malların qiymətinə təsir göstərən xüsusi kampaniyalar keçirirlər. Endirimlər sayəsində xörəklərin hazırlanması üçün istifadə olunan hər şey— bayram düyüsü, mayonez və s. hətta keçən ilkindən daha ucuz əldə oluna bilər. Odur ki, sizin sorğu apardığınız evdar qadın haqlıdır», — deyə Ağayev bildirib.

Nəriman Ağayev

Ekspert qeyd edib ki, onun təşkilatı altı böyük və dörd uşaq üçün bayram süfrəsinin hesabını aparmışdır: «350 manat məbləği alınmışdır. Ora, əlbəttə, spirtli içkilərin məbləği qoyulmamışdır ki, il ərzində məhz elə onların qiyməti bahalaşmışdır. İstisnalıq təşkil edən – bir simvolik şampan şüşəsidir». Lakin bu tendensiya gələn il də davam edəcəkmi, yeni il süfrəsi daha ucuz olacaqırmı? «Bunu indi heç kim deyə bilməz. Əgər vətəndaşların rifahı artarsa, onlar bayram süfrəsinə iki dəfə artıq məbləğ sərf edə bilərlər. Ayda 1000 manata qədər (təxminən 500 avro) gəliri olan ortabab ailələr var. Bayram süfrəsində qara kürü olası varlı ailələr var.Kasıb ailələr var ki, evdə olanla kifayətlənirlər», — deyə Ağayev bildirib.

Bununla yanaşı, müsahibimizin sözlərinə görə, Davamlı inkişafın araşdırma mərkəzi ümumiyyətlə, əhalinin gəlirlərinin artmasını gələn ilə proqnozlaşdırır: «Məsələ yalnız bu gəlirlərin necə bölüşdürüləcəyindədir. İndi Azərbaycanda adamlar demək olar ki, qazandıqları vəsaitin yarısını yalnız yeməyə sərf edirlər. Növbəti ildə xüsusilə gənclərin tələbatını nəzərə alaraq, bu nisbət hər hansı bir tərəfə dəyişə bilər. Bu, bizim nəsldir ki, köhnə qayda ilə «stoliçni»,«selyodka pod şuboy» və s. cür adlanan salatları seçir. Gənclər isə nəsə qeyri-adi bir şey istəyə bilərlər…».

Nəriman Ağayev bütün bunları ümumiləşdirərək, qeyd edib ki, əgər söz 2018-ci ildən gedirsə, indi ticarət nöqtələri ərzaq məhsullarını istənilən cibin imkanına görə çatdırıb təqdim edir (yəni necə deyərlər, « hər kəs ayağını yorğanına görə uzadır»: «Hökmən və ya mütləq beş kilo düyü almaq lazım deyil, bir kiloqram da almaq olar. Həm də üstəlik, insanlar bayramlarda təkcə bugünkü əmək haqqını xərcləmir, belə bayramlara əvvəlcədən hazırlaşırlar. Hərçənd, hər şey bayrama olan münasibətdən asılıdır. Amma bu il Azərbaycan sakinlərinin bayram süfrəsi layiqli olacaq. Lakin yenə də deyirəm, gələn il nə olacağını proqnozlaşdıra bilmərəm».

 

Мəmməd Мəmmədzadə