Rotterdamda “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsi başa çatmışdır. Finalda 26 ölkənin – Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Fransa, Niderland, Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın nümayəndələri çıxış ediblər. İştirakçılar arasında rəqabət çox güclü və sərt olmuşdur, çünki istedadlı ifaçılar çox idi. Layihənin qalibi İtaliya təmsilçiləri – vokalçı Damiano David, basist Viktoriya De Angelis, gitaraçı Tomas Radji və təbilçi Ethan Torçio da daxil olan Zitti E Buoni mahnısı ilə Menneskin qrupu olmuşdur.
Azərbaycan təmsilçisi Samirə əfəndi Mata Hari mahnısı ilə 20-ci yeri tutmuşdur. Azərbaycana Rusiya, Moldova, Gürcüstan, Albaniya, Ukrayna, İsrail, İrlandiya, İsveçrə, Niderland səs verib, münsiflər heyətinin üzvləri isə 32 bal vermişlər. Nəticədə Samirə əfəndi 65 bal toplayıb.
Mata Hari kompozisiyası Hollandiyanın triosu — Emi van der Uel, Luk van Birs və Toni Kornelissen tərəfindən yazılmış və prodüsstrləşdirilmişdır. Burada Azərbaycanın Milli Musiqi alətləri – zurna və nağara, həmçinin Azərbaycan xalq rəqsi «Yallı»nın melodiyası əsasında etnik motivlər səslənirdi.
Xarici bukmekerlər qabaqcadan proqnozlaşdırırdılar ki, Azərbaycan təmsilçisi layihənin Top-10 qalibləri sırasına düşməyəcək. Belə də oldu. Samirə Əfəndinin səhnə nömrəsi və mahnısı bir çox xarici tamaşaçılar və bloqçulara xoş gəlsə də, Azərbaycanda əksəriyyət onu tənqid edib. Bunun səbəbi eyni zamanda həm də onun açıq-saçıq libası olmuşdur.
Azərbaycan aparıcısı Hüsniyyə Məhərrəmova «Eurovision» Azərbaycanda keçirildiyi ilk gündən onun bir hissəsidir. O, bu il ölkənin bu layihədə necə təmsil olunmasından narazıdır.
«Samirə çox istedadlı müğənnidir. Mənim ona qarşı heç bir iddiam yoxdur. Şəxsən mənə nə onun nömrəsi, nə də mahnısı heç xoşuma gəlmədi. Hesab edirəm ki, daha layiqli kompozisiya seçmək lazım idi», — deyə Hüsniyyə Məhərrəmova etiraf etdi.
Onun sözlərinə populyar müğənni, bəstəkar, şoumen Samir Ələkbərov da qoşulub. İfaçı hesab edir ki, hər il mahnı, səhnə nömrələri seçimi ilə məşğul olan Azərbaycan komandası Azərbaycandan olan peşəkarlara üstünlük verməlidir.
«Nə üçün bizim nümayəndələr hər dəfə xarici bəstəkarların mahnılarını ifa edirlər? Bizdə məgər özümüzünkülər yoxdur? Mən çox sayda yaxşı Azərbaycan bəstəkarları tanıyıram ki, onlar hər il seçim zamanı öz mahnılarını göndərirlər, amma hətta onlara baxıb nəzərdən reçirmırlar. Onlar hesab edirlər ki, əgər kompozisiya əcnəbi tərəfindən yazılsa, o daha uğurlu olacaq, amma gördüyümüz kimi, bu, heç bir rol oynamır.Məhz buna görə də biz hətta müsabiqəninTop-10-na düşə bilmirik», – deyə Samir Ələkbərov hesab edir.
Azərbaycanlı rəqqas Şahin Əliyev hesab edir ki, bütövlükdə Samirə Əfəndinin səhnə nömrəsi yaxşı qoyulmuşdu və mahnı da ritmik, tez yadda qalan mahnı idi. Ona yalnız nömrədə «Yallı» Azərbaycan milli rəqsindən istifadə edilməsi xoşuna gəlmirdi. Onun fikrincə, əgər Azərbaycan nümayəndə heyəti əvvəlcə bu rəqsin hansısa elementlərindən istifadə etməyi planlaşdırırdısa, onlar xarici yox, Azərbaycan xoreoqrafına müraciət etməli idilər.
«Onun nömrəsində xoreoqraf bütün rəqsləri qarışdırmışdı. Təkcə Azərbaycan xalq rəqsi deyil, başqa xalqların rəqslərini də bu cür geyimlərdə ifa etmək olmaz. Onun geyimi çox açıq-saçıq idi. Bu libasda milli xalq rəqslərini deyil,Şərq rəqslərini ifa etmək olar», — deyə Hüseynov hesab edir.
«Avroviziya-2011» müsabiqəsinin qalibi, azərbaycanlı müğənni Eldar Qasımova Samirə Əfəndinin çıxışında hər şey xoşuna gəlib. İfaçı öz həmkarını ilk gündən dəstəkləmiş və hesab edir ki, o, çox yaxşı çıxış etmişdir.
«İfaçı beynəlxalq layihədə çıxış edəndə onun üçün ilk növbədə xarici tamaşaçıya seviləcək mahnı yaratmaq lazımdır. Əgər əvvəlcədən hansısa milli elementi təqdim etmək məqsədi varsa, müğənninin geyimində bu da nəzərə alınmalıdır. Bir çoxları onu geyiminə görə tənqid etdi, amma mən bunun səhv olduğunu düşünürəm. Hər zaman öz xalqımızı dəstəkləməliyik» -deyə Qasımov vurğuladı..
Azərbaycanın «Eurovision-2014»dəki nümayəndəsi Dilarə Kazımova hesab edir ki, Samirə Əfəndi çox yaxşı çıxış edib, lakin təəssüf ki, televiziya tamaşaçıları və münsiflər heyəti bunu qiymətləndirməyiblər.
«Bu layihədə nəyin — mahnının və ya nömrənin vacib olduğunu başa düşməyəcəksiniz. Bir çox istedadlı ifaçılar möhtəşəm səsə malik olsalar da, son yerləri tutublar. Hesab edirəm ki, Samirəyə məyus olmağa dəyməz, çünki o, bacardığı hər şeyi edib. O, çox gözəl çıxış etdi, oxuyub- oynadı. O, bizim üçün hər halda qalibdir”, – deyə Kazımova etiraf edib
Xatırladaq ki, bu, Samirə Əfəndiyevanın iştirak etdiyi ilk müsabiqə deyil – onun yaradıcılıq bioqrafiyasında Yeni Ulduz («Новая звезда»), Böyük Səhnə(«Большая сцена») və Azərbaycanın səsi («Голос Азербайджана») mahnı müsabiqələrində iştirakı da xüsusi yer tutur.
2017-ci ildə müğənni Azərbaycanı Almatıda keçirilən, Qazaxıstanın üçüncü yeri tutduğu İpək Yolu Star beynəlxalq müğənni müsabiqəsində, 2019-cu ildə isə Nur-Sultanda, Qazaxıstanın “Nur-Sultanın səsi” festivalının iştirakçısı olaraq, 2019-cu ildə isə Nur-Sultanda keçirilən “Nur-Sultanın səsi” festivalında təmsil etmişdir.
Каmillа Seidova