Azərbaycan və Rusiya vətəndaşlarından ibarət cinayətkar qrup Rusiyaya sanksiyalaşdırılmış ərzaq gətiriblər. Xüsusi avadanlıqla təmin edilmiş anbarda onlar aparıcı istehsalçıların saxta etiketlərini çap ediblər. Eləcə də saxtalaşdırılmış malı bahalı pendir növləri adı altında mağazalara paylayıblar.

LiderXeber.az xəbər verir ki, cinayətkar qrupun hələlik 6 üzvü həbs edilib.

Qeyd edək ki, 470 ton sanksiyalaşdırılmış pendir müsadirə olunub.

Məlum olub ki, cəmi bir neçə ay ərzində cinayətkar qrup 2 milyard rubl dəyərində saxta mal satıb.