Lissabonda keçiriləcək «Eurovision-2018» beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı gənc caz müğənnisi, bəstəkar Aysel Məmmədova təqdim edəcək. Hələ uşaq yaşlarından musiqi ilə məşğul olan ifaçı həmişə peşəkar müğənni olmağı arzulamışdır. Musiqiyə məhəbbət ona həmçinin musiqiçi olan valideynlərindən keçmişdir. Müğənni Bülbül adına Xüsusi orta musiqi məktəbini və Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasının klassik fortepiano fakültəsini bitirmişdir. Dəfələrlə müxtəlif müsabiqələrdə Azərbaycanı təmsil edərək, diplom və mükafatlara layiq görülmüşdür.

Аysel Мəmmədоvа

Аysel Мəmmədоvа əvvəlcə əsasən Azərbaycan və xarici klassik kompozisiyaları ifa etmiş, ancaq sonradan onda caza böyük maraq yaranmış və o özünü məhz bu janrda tapmışdı. İfaçı Aleksandr CоppaloniDebora Karter kimi məşhur musiqiçilərdən fərdi dərs almışdır. «İsti-2017» («Жара-2017») Bakı beynəlxalq musiqi festivalı Ayselə böyük məşhurluq gətirdi ki, gənc müğənni orda SSRİ xalq artisti Sofiya Rotarunun yubiley gecəsində iştirak edərək onun «Sən mənim ürəyimsən» mahnısını ifa etmişdi.

Dalma Newsə müsahibəsində Aysel Məmmədova etiraf etmişdir ki, belə genişmiqyaslı mahnı layihəsində Azərbaycanı təmsil etmək üçün məhz onun seçiləcəyini heç özü də gözləmirdi, çünki onun icrasılıq stili pop-musiqidən uzaqdır.

«Mən bütün digər ifaçılar kimi çox həyəcan keçirirəm. Hələlik layihədə təqdim edəcəyim mahnı haqqında bir şey deyə bilmərəm. Kompozisiyanın final versiyası İngiltərədə hazır olacaq, sonra isə artıq klipin çəkilişləri başlanacaq , həmçinin səhnə şousu üzərində işə start verəcəyik. Nəticəni tezliklə görəcəksiniz », – deyə Aysel Məmmədova söyləyir.

Аysel Мəmmədоvа

İfaçının özünün də hələlik etiraf etmək istəməməsinə baxmayaraq, şayiələr gəzir ki, müsabiqədə onun prodüseri Rusiyanın xalq artisti Filipp Кirkorov olacaq. Bu danışıqların ortaya çıxmasına səbəb isə son vaxtlar Moskvadaki tədbirlərdə Aysel Məmmədovanın tez-tez müğənninin yanında görünməsi olmuşdur. Filipp Кirkorov da öz müsahibələrində dəfələrlə qeyd etmişdir ki, azərbaycanlı ifaçını dəstəkləmək niyyətindədir və ona məsləhətlər verməkdə davam edəcək. Bu şayiələrin nə qədər doğru olması müsabiqəyə yaxın vaxtda məlum olacaq.

Аysel Məmmədova və Filipp Kirkorov

Azərbaycanlıların «Eurovision-2018»dən gözlədikləri

Azərbaycanın əksər internet istifadəçiləri əmindirlər ki, Aysel Məmmədova müsabiqədə Azərbaycanı layiqincə təqdim edə biləcək, çünki onda bunun üçün lazım olan hər cür üstünlük və göctərici vardır – musiqi təhsili, səsi, gözəl zahiri görünüşü.

Ölkənin mədəniyyət xadimləri də bu fikirdədirlər. Azərbaycanın xalq artisti Mübariz Tağıyev Dalma Newsə müsahibəsində qeyd etmişdir ki, Aysel Məmmədova ehtiyac və tələbat duyulan, gələcəyi olan gənc ifaçılar sırasındadır.

 

Mübariz Tağıyev

««Eurovision» — ən gözlənilməz müsabiqələrdən biridir ki,orda qalibləri əvvəlcədən təxmin etmək və hətta proqnoz vermək mümkün deyil. Təəssüf ki, çox vaxt bizim istedadlı hesab etdiyimiz ifaçılar hətta qaliblər onluğuna belə düşmür. Bu, hər dəfə məni çox kədərləndirir. Ayselin mahnısı hələ ki, hazır deyil, ona görə də mənə onun müxtəlif ölkə tamaşaçılarının zövqünü oxşayıb-oxşamayacağını demək çətindir, amma mən onun istedadına əminəm», — deyə Mübariz Tağıyev vurğulamışdır.

Xalq artisti həmçinin qeyd edib ki, müsabiqədə bütün iştirakçılar canlı oxuyurlar, odur ki, peşəkarlar səsdəki xətaları dərhal tuturlar. Buna görə də Mübariz Tağıyev Aysel Məmmədovaya az həyəcanlanmağı və yalnız öz çıxışı haqqında düşünməyi məsləhət görür: o, hesab edir ki, bu halda müğənni öz rəqiblərini geridə qoyub qalib gələ bilər.

Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov, qeyd edib ki, uzun müddət Bakıda «Eurovision» müsabiqəsinin milli seçim münsiflər heyətinin üzvlərindən biri olmuş və hər dəfə ona seçim etmək çətin olmuşdur, belə ki, gənc ifaçıların əksəriyyəti istedadlıdırlar.

«Ölkəmizi hər dəfə yaxşı səsə malik ifaçılar təmsil edir və bu müğənnilərə Aysel Məmmədovanı da aid etmək olar. O, çox istedadlıdır, mən onun ifasını dəfələrlə eşitmişəm. Məncə «Eurovision»da ən başlıcası, tamaşaçılara hər şeyi maraqlı təqdim etməkdir ki, bu halda ifaçının səsindən çox, onun səhnədə təqdim etdiyi şouya diqqət yetirirlər,— deyə Faiq Sücəddinov öz fikrilə bölüşmüşdür.

Фаиг Суджаддинов

Bir insan kimi, hər il layihənin müsabiqəçilərini izləyən bəstəkar qeyd etdi ki, hərçənd heç də bütün iştirakçılar öz mahnılarını təqdim etməsələr də, iştirakçıların seçimindən belə qənaətə gəlmək olar ki, cari il «Avroviziya» səhnəsində əsasən caz ifaçıları çıxış edəcəklər. O, inanır ki, Aysel Məmmədova üçün uğurlu bir mahnı seçəcəklər.

Azərbaycanın «Eurovision-2014»dəki təmsilçisi Dilarə Kazımova həmkarına az narahat olmağı və rəqibləri haqqında düşünməyi məsləhət görmüşdür.

««Eurovision»da iştirak mənim həyatımda indiyə qədər ən yaddaqalan hadisələrdən biridir. Bu hissi təsvir etmək qeyri-mümkündür. Mən bu duyğuları hiss etməyi hər bir ifaçıya arzulayıram. Mən sanki başqa bir aləmə düşmüşdüm. Məsləhət vermək həmişə çətindir, çünki səhnəyə düşən kimi sən həmin tövsiyyələri unudursan. Ona görə də Ayselə yalnız uğurlar arzu edirəm», — deyə Dilarə Kazımova Dalma Newsə müsahibəsində bildirmişdir.

Dilarə Kazımova

Azərbaycanın «Eurovision» tarixi

«Eurovision» müsabiqəsində Azərbaycanın debütü 2008–ci ildə olmuşdur. O vaxt ölkəni Belqradda «Day After Day» kompoziyası ilə iki ifaçı – Elnur HüseynovSamir Cavadzadə duet şəklində təqdim etmişdilər. Müğənnilər altıncı yeri tutmuşdular. 2009-cu ildə Azərbaycan müğənnisi Aysel Teymurzadə İran-isveç həmkarı Araş ilə birlikdə «Eurovision» da «Always» mahnısını təqdim edərək Azərbaycana üçüncü yeri gətirmişlər. Bir il sonra, 2010-cu il müsabiqəsində azərbaycanlı ifaçı Səfurə Əlizadə «Drip Drop» mahnısı ilə çıxış edərək beşinci yeri tutmuşdu. 2011-ci il Azərbaycan üçün uğurlu oldu, belə ki, müğənnilər Eldar QasımovNigar Camal «Running Scared» kompoziyası ilə öz rəqiblərini qabaqlayıb, birinci yeri tutmuşlar. Müğənni Səbinə Babayeva 2012-ci ildə «When the Music Dies» mahnısı ilə dördüncü, Fərid Məmmədov isə 2013-cü ildə «Hold Me» kompozisiyasını ifa edərək ikinci yeri tutmuşlar. 2014-cü ildə Dilarə Kazımova «Start a Fire» mahnısı ilə Azərbaycana 22-ci yeri gətirmiş, 2015-ci ildə isə Elnur Hüseynov müsabiqədə ikinci dəfə, ancaq bu dəfə yalnız solo ilə çıxış etmişdi. O, «Hour of the Wolf» kompozisiyasını ifa edərək 12-ci yer tutmuşdu. Bir il sonra «Eurovision -2016»da Azərbaycanı gənc ifaçı Səmra Rəhimli təqdim edərək, «Miracle» mahnısı ilə 17-ci yeri tutmuşdu. Diana Hacıyeva 2017-ci il müsabiqəsində Dihaj adı ilə çıxış etmişdir. O, «Skeletons» mahnısını ifa etmiş və tamaşaçı, eləcə də layihənin münsiflər heyəti üzvlərinin səsvermə nəticələrinə görə 14-cü yeri tutmuşdu.

2018-ci il mayın 8-12-də Lissabonda keçiriləcək «Eurovision»un Azərbaycan üçün uğurlu, yaxud əksinə, uğursuz olacaqı artıq müsabiqədən sonra bəlli olacaq. Hələlik isə, müğənni Aysel Məmmədovanın mahnısı və klipin buraxılışını,eləcə də səhnə şousuna hazırlığı gözləyirik.

 

Hazırlayanı Кəmалə Əliyeva