Azərbaycanda cəmiyyətin, xüsusən də gənclərin ətraf mühiti və təbiəti qorumağını təbliğ etmək məqsədilə “EkoPatrul” adlı sosial çarx hazırlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə çəkilən sosial çarxın layihə rəhbəri və rejissoru Cavanşir Eladisoydur.

Videoçarxda cəmiyyətin müxtəlif təbəqələrinin, əsasən də gənclərin sevimlisi olan Azərbaycan Kapoera Federasiyasının fəxri Prezidenti Taleh Orucov, Kiqboksinq üzrə 21 qat Dünya Çempionu Eduard Məmmədov, Baku 2015 Avropa Oyunlarının qalibi Niyazi Əliyev və bodibilder Kamil Zeynallı kimi məşhur idmançılarla yanaşı, gənclərin sevimlisi olan komediyaçılar Erkin Ergin, Taleh Yüzbəyov və model Rafiqə Əziz çəkiliblər.