Avqustun 23-dən 30-na kimi “Koktebel Jazz Party” Krım festivalı keçiriləcək. Festivalın təşkilatçıları tədbirin iştirakçıları olan xarici vətəndaşların siyahısını tərtib edib. Bununla yanaşı, onlara yarımadaya Ukrayna tərəfi ilə razılaşdırılmadan gedəcəkləri təqdirdə nəticələr barədə xəbərdarlıq olunub.
Oxu.Az xəbər verir ki, siyahıda azərbaycanlı cazmen Vaqif Sadıxovun da adı var. Vaqif Sadıxov Bakıda anadan olub, daha sonra hazırda yaşadığı Moskvaya köçüb.
Ukrayna Mədəniyyət naziri Vyaçeslav Kirilenko bildirib ki, mədəniyyət xadimləri Krıma daxil olarsa, bu onlara Ukraynaya girişin qadağan olunması bahasına başa gələcək.
Qeyd edək ki, tədbir “Beş qitənin cazı” şüarı altında keçirilməlidi.