Dekabrın 7-də Bakının Dənizkənarı bulvarı izdihamlı idi. Bu qış günü yüzlərlə adam bulvara heç də gəzmək, ustirahət etmək, fəvvarələrın seyrinə dalmaq və atraksionarla əylənmək üçün gəlməmişlər. Onlar bura dekabrın 4-də «Günəşli» neft yatağının dənız özülündəki 10-cu platformasında yanğın nəticəsində həlak olan və itkin düşənlərin xatirəsini anmağa toplaşmışlar.
Ilkin məlumata görə cümə günü axşam «Günəşli–10» platformasında baş verən yanğına səbəb sürəti saniyədə 38-40 metrə çatan və 27 saat davam edən çox güclü külək nəticəsində hündürlüyü 8-10 metrə çatan fırtına dalğalarının zərbəsindən yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttının zədələnməsi olmuşdur.
Xilasetmə işləri çox ağır hava şəraitində keçmişdir. Güclü külək və yüksək dalğalar üzündən xilaskarlar platformaya dərhal yaxınlaşa bilməmişlər. Xilasedici jiletlərdə olan neftçilərin yerləşdiyi qayıqlardan birini saxlayan tros isə üzulərək dənızə düşmüşdür.
Axtarış – xilasetmə əməliyyatında iştirak edən vertolyotlar Xəzər dənizində itkin düşən 6 neftçinin cəsədini tapmişlər.
Faciə günü 33 nəfəri xilas etmək mümkün olmuşdur. Şənbə günü bir nəfərin həlak olduğu məlum olmuş, onun cəsədi qohumlarına verilmişdir. Hazırda 23 nəfər itkin hesab olunur.
Bəzi texniki problemlərlə əlaqədər bir qədər gec də olsa Dalma News bu dəhşətli faciə zərərdidələrinin xatirəsini dərin hüznlə anaraq Dənizkənarı bulvardaki anma mərasimindən çəkilmiş şəkilləri dərc edir.
Fotoşəkillər report.az saytından götülmüşdür