Azərbaycandan olan və dünya xəritəsini bağlı gözlə çəkən coğrafiya və tarix müəllimi Ginnesin rekordlar kitabına düşə bilər. Müəllim bağlı gözlə təkcə dünya xəritəsini deyil, portretləri də olduqca asan, səriştə ilə və tez çəkir. Dalma Newsə müsahibəsində rəssam Vüsal Cabbarov öz yaradıcılıq yolundan və Azərbaycanın müasir təsviri incəsənətindən söz açmışdır.

Vüsalı incəsənət aləminə gətirən, həmçinin rəsmlə maraqlanan atası olmuşdur. Onun cəmi dörd yaşı var idi, atası oğlunun istedadını görüb, onu özü öyrətməyə və rəssamlıq məktəblərində təhsilə güclü təkan verməyə başladı. 

«Bunlar adi uşaq rəsmləri idi. Lakin artüq o zaman mənim sadə işlərim həmyaşıdlarımın çəkdiklərindən fərqlənirdi. Ona görə də atam mənə özünün bildiyi hər şeyi öyrətməyə başladı. 11 yaşımda isə məni rəssamlıq məktəbinə verdi ki, mən orafa öz bacarıq və qabiliyyətimi müəyyənləşdirib dəqiqləşdirdim. Qəribədir, təbiət necə qurulub, axı, indi mənim oğlum da rəsmlə maraqlanır və özünü bu işə həsr etmək istəyir. Təsviri incəsənət bizim ailə işimizə çevrilir», – deyə Vüsal danışır.

Əksər rəssamlardan fərqli olaraq, Vüsal Cabbarov iş zamanı rəsmin eskizindəki dəqiqsislikləri düzəltmək üçün pozandan istifadə etmir, çünki o, praktiki olaraq, belə səhvlərə yol vermir. Yaxın vaxtlardan isə o, rəsm çəkərkən hətta kətana baxmağı da dayandırıb.

«30 ildən çoxdur ki, qələm, marker, boyalar və sairəni əlimdən buraxmıram. Mənə bağlı gözlərimlə bir şey çəkməyə çalışmağı təklif etdikdə, bunu asanlıqla qəbul edərək, onun öhdəsindən asanlıqla gələcəyimə əmin oldum və səhv etmədim. Sürətə gəldikdə isə, heç vaxt qəsdən şəkil çəkməyə çalışmamışam. Daimi vaxt çatışmazlığı üzündən ideyaları tez bir zamanda kətan üzərinə köçürmək lazım idi. Vaxt keçdikcə bu vərdiş halına düşdü»,- deyə o əlavə etdi

Bununla yanaşı, Vüsal Cabbarov Ginnesin Rekordlar kitabına müraciət edib. O, gözləri bağlı, necə deyərlər, kor-koranə xəritələrin ən sürətli tərtibi üzrə rekord müəyyən etməyi planlaşdırır. Rəssam Dünya xəritəsini cəmi üçcə dəqiqəyə çəkir, portretlər isə — maksimum beş dəqiqəyə çəkilib başa çatır. «Tezliklə Ginness nümayəndələri mənimlə əlaqə saxlamalı və öz qərarlarını açıqlamalıdırlar. İstedadımı görüb hiss etsələr, bu mənə xoş təsir bağışlayacaq, amma bu mənim üçün məqsəd deyil», — deyə o bildirib.

Bununla bərabər, rəssam heç bir vəchlə incəsənəti maddi nemətlərə və ya şöhrətə dəyişdirməyəcəyini də vurğulayıb. O, yaradıcılıqla yaşayır və öz həyatını təsviri sənətsiz təsəvvür etmir. Yeri gəlmişkən, Vüsal təkcə kağız üzərində deyil, həm də kətan materialı, elektron daşıyıcıları üzərində də çəkir, eyni zamada ağac və ya taxta üzərində yandırma üsulu ilə təsvirlər nəqş etmə texnikasına malikdir. Azərbaycan rəssamı daim yeni ideyalar və texnika axtarışında olduğunu gizlətmir. Sənətkarın əsərlərinin əksəriyyətində Azərbaycan mədəniyyəti və tarixini görmək mümkündür.

Rəssam uşaqlara təkcə coğrafiya və tarix öyrətmir, həm də rəsm dərsləri verir. Düzdür, son zamanlar Vüsal həddindən artıq yüklənib — fərdi sərgiyə hazırlaşır, buna görə də təsviri sənətə dair dərsləri müvəqqəti dayandırıb. Amma tezliklə yenidən bu işə başlamağı planlaşdırır.

«Yaradıcılıq təcrübəsini və öz sirlərini növbəti nəslə ötürmək çox vacibdir, çünki ölkədə incəsənətin inkişaf edəcəyi və ya geriləyib çürüyəcəyi bizdən asılıdır»

Rəssam qeyd edib ki, hazırda regionlarda incəsənətin tədrisi daha yaxşı səviyyədədir. «Azərbaycanın regionlarında uşaqların ixtisaslaşdırılmış yaradıcılıq məktəblərinə və dərnəklərə çıxışı var. Lakin bu müəssisələrdə təhsilin səviyyəsi qənaətbəxş deyil. Problem, ilk növbədə, kadrlardadır. Pedaqoqlar incəsənətin qələmi düzgün saxlamaq və gözəl xətlər çəkmək bacarığı ilə məhdudlaşmadığını gənclərə lazımınca çatdırmırlar . Elm yaradıcılıqla əl-ələ irəliləyir. Unikal ideyalar yaratmaq üçün hərtərəfli inkişaf etmiş insan olmaq lazımdır. Bunun üçün isə müxtəlif sahələrdən baş çıxarmağı öyrənib bacarmaq gərəkdir», — deyə o hesab edir.

Qeyd edək ki, Vüsal Cabbarov ensiklopedik biliklərə malik rəssamdır. O, anatomiya, coğrafiya, tarix, ədəbiyyat , folklor və s. sahələrdə önəmliı biliklərə malikdir.

«Elm öz yaradıcılıq fəaliyyətinin yaradılması və inkişafına yaxşı təkan verir, dünyagörüşünü genişləndirir və sərhədləri silir. Ancaq buna çox az adam əhəmiyyət verir, bununla da öz potensialını öz əli ilə dəfn etmiş olur. Axı, nəticədə, əksəriyyət güclü ideyalarla unikal işlər yarada bilmir»,-.deyə Cabbarov hesab edir.

Həmsöhbətin sözlərinə görə, bütün bunlar plagiatın yayılmasına gətirib çıxarır. Öz ideyalarına, dəst-xəttinə və ya yazı tərzinə malik olmayan rəssamlar tez-tez ustadların hazır işlərindən nümunələr üçün istifadə edirlər.

«Əlbəttə, bu, hamıya aid deyildir. Bizim bir çox istedadlı və qabiliyyətli insanlarımız var ki, onlar müasir Azərbaycan incəsənətini bütün dünyada məşhurlaşdırıb şöhrətləndirirlər. Amma çoxları üçün özünün süjet , yeni kompozisiya və rəng seçmə məsələsinin həll yollarını düşünüb tapmaq əvəzinə başqasının ideyasını kopyalamaq daha asandır. Surəti nə qədər məharətlə icra edilirsə edilsin, o ən azı ustadın intellektual orijinalı pozulduğuna görə,onunla eyni mövqe və səviyyədə dayana bilməz. Ola bilsin ki, sakinlər incəsənətdən yaxşı xəbərdar olsaydılar, Azərbaycanda plagiat bazarının həcmi o qədər də böyük olmazdı . Təəssüf ki, ölkəmizdə incəsənətlə insanların məhdud dairəsi maraqlanır və onun surətini orijinaldan fərqləndirə bilirlər. Bilik səviyyəsini yüksəltmək lazımdır ki, keçmiş sənətkarlar insanları aldatmasın və ölkədə mədəniyyətin inkişafına mane ola bilməsinlər. Öz növbəsində, dövlət tərəfindən bu sahədə daha çox maraq və dəstək görmək istəyirik», — deyə Vüsal Cabbarov sözünə yekun vurmuşdur.

 

Lеylа Əlizadə