Postsovet məkanı sakinlərinin ən sevimli bayramlarından birinin   —  Yeni ilin  bayram edilməsinə cəmi bir neçə gün qalır. Bütün MDB dövlətlərində  ən sevimli və mühüm bayramlardan birinə dönmüş Yeni ili Azərbaycanda necə  qarşılamağa hazırlaşırlar? Və ən başlıcası, bu bayram Azərbaycanda hansı məbləğə başa gələcək? Bu barədə Dalma Newslə söhbət zamanı evdar qadın, iqtisadçı və kulinariya mütəxəssisi söz açımışlar.

yarmarka2
Bakıda Yeni il yarmarkası

Evdar qadın Validə Abbasovanın  sözlərinə görə, o, Yeni il  bayramına hələ dekabrın ilk günlərindən  hazırlaşmağa başlamışdır.

«Bütün məsələ ondadır ki, bayram hazırlığına nə qədər gec başlayırsansa, yeməklər bir o qədər baha başa gəlir. Yeni ili  həyat yoldaşım və balaca uşaqla evdə qarşılayacağam. Elə böyük bir süfrə açmayacağam. Menyuda  mütləq  «stoliçnıy»(olivye) də daxil olmaqla hər biri təxminən 500 qram təşkil edən iki salat olacaq. Bunlar  təxminən 50 manata (təqribən 25 avro – Red.) başa gələcək», — deyə Validə Abbasova danışdı.

İsti yeməklərə gəlincə, onların sayı iki olacaq. «30 manata (15 avro) ət almaq lazım gələcək. Bir də ki, turşu, meyvə (təxminən 20 manat), özümün hazırlayacağım tort (təxminən 20 manata başa gələcək), şirniyyat, quru meyvələr, qoz-fındıq, şampan (təqribən 30 manat), kompot da hazırlayacağam və əlbəttə, çaysız, qəhvəsiz keçinlməyəcək. İlkin hesablamalara görə, bütün bazarlıq üçün təxminən 200 manat (100 avro) lazım gələcək»,— deyir həmsöhbətimiz .

Photo from https://fly2baku.com
Azərbaycanda Yeni il süfrəsi. Photo from https://fly2baku.com

Öz növbəsində, Milli kulinariya mərkəzinin rəhbəri, Azərbaycan milli kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Dalma Newsin suallarını cavablandıraraq, qeyd etmişdir ki, Yeni il milli bayram deyıl. Onu SSRİ-də qeyd etmişlər və o vaxtdan belə bir ənənə yaranmışdır.

Bəs Azərbaycanda Yeni ili  qeyd etmənin hansısa öz spesifikası varmı?

«Azərbaycanda Yeni il süfrəsi açmağın elə bir xüsusi spesifikası yoxdur. Azərbaycanlılar bu bayrama yalnız Sovetlər İttifaqı zamanı qatılmışlar. Əlbəttə, masalar üzərində «stoliçnıy» və digər salatlar olacaq»,-deyə o qeyd etdi.

Tahir Əmiraslanov həmçinin əlavə edib ki, hər hansı bayramlarda hazırlanan milli xörəklər də olacaq: ət yeməkləri, ilk növbədə  хəngəl (gürcü “xinqali”si  ilə çaşdırmamaq– Red.), bоzаrtmа, qovurma. Əsl Yeni il isə Azərbaycanda  əlbəttə, mart ayında  qeyd olunacaq ki, bu— Novruzdur.

t_amiaslanov
Azərbaycan milli kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov

«Ümumilikdə isə, Azərbaycanda hər hansı bayramları qeyd edərkən, süfrələrə milli ət yeməkləri, şirniyyat, konfet  düzürlər. Ev sahibələri dolma və кüftə də  bişirə bilərlər. Bir çoxları yeni il bayramının səhəri xaş da yeyirlər», — deyə Əmiraslanov açıqlayır.

Yeni il masasının dəyərinə gəlincə, kulinar hesab edir ki, hər şey çox şərtidir:«Əlbəttə, qiymətlər artıq qalxmışdır. Amma dövlət kənd təsərrüfatı yarmarkaları təşkil edir ki, orada qiymətlər aşağıdır. Nəzərə almaq lazımdır ki, bir çoxlarının  öz «ev tədarükü» var. Və yenə də şəhərdə bir qiymət, kənddə isə — tamamilə başqa qiymətdır. Kimsə bayramı restoranlarda qeyd edəcək, ancaq onların da dərəcələri müxtəlif olduğu kimi, qiymətləri də müxtəlifdir. Hər şey maliyyə imkanlarından asılıdır» , –deyə nəşrin müsahibi vurğuladı.

Экономист Натиг Джафарли
İqtisadçı  Natiq  Cəfərli

Eyni zamanda, Azərbaycan iqtisadçısı Natiq Cəfərli müxbirimizlə açıqlamasında qeyd edib ki, əgər adi bir ailə götürsək, Yeni il masası üzərində  adətən bir və ya iki salat olur: «adətən onlardan biri – Yeni ilin atributu kimi «stoliçnıy» salatıdır. Ət yeməkləri də olacaq, indi onlar daha tez-tez quş ətindən hazırlanır, çünki toyuq əti ucuzdur. Bir çox ailələrdə Yeni il üçün plov hazırlanır. Və əlbəttə, içməli şeyləri — meyvə şirələri, mineral su, şampan və sairəni unutmaq lazım deyil».

Müsahibimiz qeyd edir ki, Azərbaycanda bir çox ailələr şirniyyat və meyvəcata xüsusi diqqət ayırırlar ki, bunlar çay süfrəsi və yeni il verilişlərinə baxış üçün vacibdir.

Yeni il masasına çəkilən xərcə toxunan Natiq Cəfərli evdar qadın Validə  Abbasovanın hesablamaları ilə razılaşmışdır:

«Nəzərə alsaq ki, Yeni il  qarşısında Azərbaycanda qiymətlər pis ənənə üzrə daim artır, onda dörd-beş nəfərdən ibarət  ortabab  bir ailə  təxminən, 250 manat sərf edəcək», — deyə  o bildirmişdir.

Bununla yanaşı, iqtisadçının xüsusi olaraq göstərdiyi kimi,  ölkədə yaşayış minimumu nəfərə 173 manat, orta aylıq əməkhaqqı – 550-600 manat, minimum əmək haqqı 230 manat səviyyəsində müəyyənləşdirilmişdir.

«Bizdə minimum əmək haqqını demək olar ki, 1 milyon 600 min rəsmi çalışan vətəndaşlardanın əhalinin 40 faizi alır. O ki qaldı, pensiyaçılara, onlar orta hesabla, ayda təxminən 100 avro (200 manat) alırlar. Təxminən 160-170 manat məbləğində minimum pensiya da mövcuddur. Ölkədə 1 milyon 300 min pensiyaçı var. Belə ki, burada – 900 min nəfər elə minimum pensiya alır », — deyə Natiq Cəfərli vurğuladı.

Onun sözlərincə, belə çıxır ki, orta statistik azərbaycanlının bir Yeni il gününə bir  aylıq əmək haqqı sərf olunur. «Məhz buna görə də insanlar qabaqcadan qənaət edib pul toplayır, tez xarab olan məhsullar almamağa çalışırlar ki, yeni il gecəsini ailə əhatəsi və bayram şəraitində yaxşı keçirə bilsinlər».

Праздничный стол на Новруз в Азербайджане
Azərbaycanda Novruz bayramı süfrəsi

«Yeni ilin qeyd olunması Sovet İttifaqı dövründən artıq milli  ənənəyə döndü. Və xüsusi qeyd etmək istəyirəm ki, bu, dini bayram yox, məhz dünyəvi ənənədir. Azərbaycanda Novruz bayramı və Yeni il demək olar ki, eyni səviyyədə qeyd edilir. Bununla yanaşı, Novruz xərcləri hətta daha çoxdur, çünki həmin günlər məcburi qaydada şirniyyat və ləziz yeməklər olmalıdır ki, hər bir ailə mütləq onları hazırlamağa çalışır»,—  deyə Natiq Cəfərli qeyd etdi.

 

Hazırlayanı Məmməd Məmmədzadə