Son illər ərzində Azərbaycan turizm sektorunun inkişafında mühüm sıçrayış etmişdir. Göstəricilər nəzərəçarpan, gələcək planlar isə daha qlobaldır. 2017-ci ildə Azərbaycana gələn turistlərin sayı 2,7 milyon nəfərə çatmışdır.
Mehmanxana biznesində vəziyyət
«Azərbaycan bu gün turizm sahəsində inkişaf etmiş ölkədir. Mən dəqiq deyə bilərəm ki, gələcəkdə ölkə ildə 3 milyondan artıq turist qəbul edə biləcək. İntəhası, bu istiqamətdə cidd-cəhdlə işləmək lazımdır, çünki hər bir ayrıca turizm sahəsinin öz çatışmazlıqları var», — deyə Azərbaycan turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Dalma Newsə müsahibəsində bildirmişdir.
Məsələn, onun sözlərinə görə, ixtisaslı ekskursiya təlimatçıları və bələdçilərinin sayını ahtırmaq lazımdır ki, onlar ən populyar və qeyri- populyar dünya dillərində danışacaqlar. Bu, çox vacibdir, çünki Azərbaycana ən müxtəlif ölkələrdən turistlər gəlir.
Bundan başqa, həm Azərbaycan respublikasının paytaxtı, həm də bölgələrdə mehmanxana, qonaq evi və otellərin sayının artırılması üzərində işləmək çox vacibdir. Özü də söz təkcə 4 və 5 ulduzlu otellər haqqında deyil, həmçinin 1, 2 və 3 ulduzlu otellərdən gedir.
«Azərbaycanda büdcə mehmanxanalarının sayını artırmaq çox vacibdir. Məsələ burasındadır ki, bu gün ölkədə mehmanxanalar çatışmır. Elə dövrlər olur ki, Azərbaycana çox böyük turist axını yollanır və onlar mənzillərdə qalmağa məcbur olurlar. Yəni, onlar mənzil icarə edir və gündəlik kirayə haqqı ödəyirlər. Bundan başqa, bəziləri sadəcə olaraq 4 və 5 ulduzlu otellərdə qalmaq haqqını ödəmək iqtidarında deyillər. Həmçinin Azərbaycanla tanış olmaq istəyən, ancaq bahalı otellərin haqqını ödəmək iqtidarında olmayan aztəminatlı turstləri də unutmaq lazım deyil. Bundan başqa, bir çox otel müdirləri qiymətləri çox qaldırırlar ki, bu da həmçinin turizmin inkişafına mənfi təsir göstərir. Mən hesab edirəm ki, hökumət tərəfindən bu istiqamətdə işi gücləndirmək, acgöz və tamahkar sahibkar və menecerləri isə işdən çıxarmaq lazımdır», — deyə o qeyd edib.
Turistə nə təklif etmək?
Söz müsbət cəhətlərdən gedirsə, Ağakərimov onların xeylıi çox olduğunu qeyd etdi. «Azərbaycan son illər ərzində öz ölkəsinə turist axınını xeyli artıra bilmişdir. Respublikada ən müxtəlif turizm növləri inkişaf edir. Ölkə turizmin müxtəlif növlərinin inkişafına səy göstərir. Onların arasında çimərlik, müalicə (tibbi), qış turizmləri, eləcə də аqroturizmi (yaşıllıq, kənd və s.) göstərmək olar.
«Son illər Azərbaycan qış turizminin inkişafına yüksək diqqət yetirməyə başlamışdır. Bu gün qış turizmini sevən turistlər üçün «Şahdağ» qış-yay turizm kompleksi və «Tufandağ» yay-qış istirahət və turizm kompleksini seçirlər», —deyə o bildirir.
Qeyd edək ki, «Tufandağ» yay-qış istirahət və turizm kompleksi Qəbələ şəhərindən təxminən 4 km məsafədə yerləşir. Azərbaycanın Qusar rayon mərkəzindən 32 kilometr məsafədə Şahdağ milli parkının ərazisində yerləşən Şahdağ kompleksi isə özlüyündə dağ-xizək kurortunu təmsil edir.
Ekspert qeyd edib ki, Azərbaycanda müalicəvi turlar böyük populyarlıq qazanıb. Naftalan, Qalaaltı, Naxçıvan (Duzdağ) sanatoriyalarına çox sayda turist gəlir. Qeyd edək ki, Naftalan neftilə oynaq xəstəlikləri və dayaq-hərəkət aparatının qeyri-oynaq yumşaq toxumaları; sinir pozuntuları, periferik damar xəstəlikləri, ginekoloji və dəri xəstəlikləri müalicə edilir.1969-cu ildə Qalaaltı kəndi üzərində dağlıq meşələrdə yeni müalicə su mənbəyi aşkar edilmişdi. Qalaaltı suyunu yalnız birbaşa mənbəyin özündən içmək olar, belə ki, həmin su nəql edilməyə yaramır.
Onun sözlərincə, Azərbaycan kənd turizmini də inkişaf etdirir. Bu, təbii, mədəni-tarixi kənd yerlərinin digər resursları və onun xüsusiyyətlərinin kompleks turizm məhsulu yaradılmasına yönümlü turizm sənayesi sektorudur. Azərbaycanda, xüsusilə regionlarda, məsələn, Şəki, İsmayıllı, Qəbələ və s. çox gözəl yerlər var. Turizmin bu növü xüsusilə avropalılarda populyardır.
«Yaxın illərdə ölkəmiz, həmçinin çimərlik turizminin inkişafına da xüsusi diqqət ayıracaq. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-2020 illərdə çimərlik turizminin inkişafı üçün tədbirlər planı təsdiq edilmişdir. O, çimərlik sənayesinin kardinal islahatını nəzərdə tutur. Belə ki, plana görə, çimərliklər çimərlik operatorları idarəsinə veriləcək və 2021 ilədək çimərlik operatorları assosiasiyası formalaşdırılacaq», — deyə o bildirib.
ÜТT AR-da turizmin inkişafını dəstəkləyir
Turizmin inkişafı — Azərbaycan iqtisadiyyatının prioritetli istiqamətlərindən biridir. Bu günlər Ümumdünya turizm təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili Azərbaycana səfər etmişdir. O, bildirib ki, Ümumdünya turizm təşkilatı turizmin inkişafı məsələsində ölkəyə texniki dəstək göstərməyə hazırdır.
Pоlolikaşvili onu da qeyd etmişdir ki, son illər Azərbaycan turizmə sərmayə baxımından ən maraqlı ölkələrdən birinə dönmüşdür.
Statistika özü özündən xəbər verir
Cari ilin yanvar-mart aylarında Azərbaycana 627 835 turist səfər etmişdir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricilərilə müqayisədə 12,6% çoxdur. Bu barədə AR mədəniyyət və turizm naziri Əbülfəz Qarayev XVII Azərbaycan beynəlxalq AITF 2018 «Turizm və səyahətlər» sərgisinin açılışında bəyan etmişdir.
«Əgər biz eyni sürətlə davam edəriksə, Azərbaycan 2019-cu ildə üç milyon, 2020 – ci ildə isə üç milyonyarım turist qəbul edə bilər», — deyə o bildirdi
Azərbaycanın mədəniyyət və turizm nazirliyi qeyd edir ki, ən çox turist Rusiyadan gəlmişdir — 171 814 nəfər. Bunun ardınca Gürcüstan vətəndaşları — 138 909, İran — 99 158, Türkiyə — 72 733, BƏƏ — 29 317, İraq — 11 112, Ukrayna — 11 847 nəfər. Yanvar ayında Azərbaycana 185 913, fevralda — 166 161, martda — 275 761 nəfər turist gəlmişdir.
2018-ci ilin üç ayı ərzində Azərbaycana gəlmiş əcnəbilərin əsas hissəsi, MDB ölkələrinin və Gürcüstanın (342 457 nəfər və ya 54,5%), Yaxın şərq ölkələri (166 976 ya 26,5%) və Avropa ölkələrinin (93 122 və ya 14,8%) payına düşür. 2010-2016-ci illərdə Azərbaycana gələn xarici vətəndaşların sayı (milyon nəfər): 2010 – 1,962; 2011 – 2,239; 2012 – 2,484; 2013 – 2,508; 2014 – 2,297; 2015 – 2,006; 2016 – 2,248; 2017 – 2,691 nəfər təşkil edir..
Bu cür turist axını maliyyə baxımından da çox sərfəlidir. Belə ki, xarici vətəndaşlar Azərbaycanda yanvar ayında 99 798 809 manat, fevral ayında –91128 890 manat sərf etmişlər. Azərbaycan Mədəniyyət və turizm nazirliyinin məlumatında deyildiyi kimi, əcnəbilər cəmi iki ay ərzində — yanvar-fevral aylarında bank kartları vasitəsilə 190 927 699 manat həcmində əməliyyat həyata keçirmişlər.
Möhtəşəm gələcək planlar
2016-cı ilin sonunda Azərbaycan prezidenti İlham Əliyev o cümlədən turizmin inkişafına dair «yol xəritəsi» imzalamışdır. Qarşıya Bakının turizm potensialınin realizə və ölkənin regionlarında bu sahəyə investisiyaların cəlb edilmə vəzifəsi qoyulubdur. Bu, Azərbaycanda beynəlxalq turizmin genişləndirilməsi və iqtisadiyyatda turizm gəliri payının artırılmasına şərait yaradacaqdır.
Azərbaycan öz qarşısına 2025-ci ilə qədər regionda ən böyük buraxılış qabiliyyətinə malik aeroport sahibi olmaq vəzifəsini qoyur və bu çərçivədə prioritet məqsəd böyük Avropa şəhərlərinə hazırda 49 olan birbaşa uçuşların sayının 100-ə çatdırılmasıdır. Bunun əsasında qış və yay mövsümlərində daha cox sayda turistlərin cəlb edilməsi məqsədi ilə çarter reyslərinin artırılması duracaq.
Daha sonra «yol xəritəsində» göstərilir ki, 2025-ci ilə qədər olan dövrdə Azərbaycanın dünyada öz dağ-xizək kompleksləri, sağlamlıq turizmi, nadir təbiəti, parkları, dini və kənd turizmində mədəni irsi ilə tanınmasına yönələn tədbirlər həyata keçiriləcəkdir .
Bundan başqa, turizmdə universitet yataqxanalarının istifadəsi haqqında təkliflər hazırlanacaq. Bu cür taktikanın 2020-ci ilədək ümumi daxili məhsulun artımını 70 milyon manata çatdırmağa imkan verəcəyi güman olunur.O cümlədən, 45 milyon manat bilavasitə münasib qiymətlərə üstünlük verən qonaqlar üçün turlar hesabına və 25 milyon manat dolayı yolla.
Həmçinin nəzərdə tutulur ki, məqbul qiymətlərlə yerləşmə üçün nömrələrin sayı onların ümumi sayının hazırki 30% səviyyəsində qalacaq. Eləcə də 2020-ci il üçün cəmi 6,2 min iş yeri açmaq proqnozlaşdırılır ki, onlardan 4,5 mini bilavasitə turizm sahəsinə aiddir.
Таtyana Ələkbərova