Turizm Azərbaycanın ən sürətlə inkişaf edən sahələrindən biridir. Ölkə son illər ərzində xeyli mühüm və nəzərəçarpan nəticələrə nail ola bilib. Respublika bu gün turizmin bütün növlərini fəal inkişaf etdirir. Bu gün Azərbaycan turizm sahəsində dünya rəqabətqabiliyyətliliyinə görə 148 ölkə arasında 39-cu yerdə qərarlaşmışdır.

Dalma Newsə müsahibəsində Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycanın turizm sahəsinin inkişafından, Gürcüstana Azərbaycandan keçəcək rusiyalı turistlərdən və bir çox digər məsələlərdən danışdı.

— Bu gün Azərbaycan Respublikası hansı turizm növlərini fəal inkişaf etdirir?

— Azərbaycanda müalicəvi turizm fəal şəkildə inkişaf edir. Dünyanın bir çox ölkələrindən Naftalan, Qalaaltı, Naxçıvan sanatoriyalarına turistlər gəlir. Əgər əvvəllər turistlər digər istiqamətləri seçirdilərsə, bu gün ölkə məhz bu sahədə səbatlaşıb. Azərbaycana əsasən MDB ölkələrindən olan turistlər müalicə olunmağa gəlirlər, lakin avropalılara da rast gəlmək olur. Axı, sadaladığım sanatoriyalar bir sıra xəstəliklərdən qurtulmağa və eyni zamanda sağlam həyat tərzini saxlamağa imkan verir.

Qeyd edək ki, Naftalan nefti ilə oynaq xəstəlikləri və dayaq-hərəkət aparatının qeyri-adi yumşaq toxumaları, sinir xəstəlikləri və dəri xəstəlikləri müalicə olunur. Qalaaltı müalicə suyunu yalnız bilavasitə sanatoriyalarda içmək olar, çünki su saxlanmaya və nəql olunmaya qadir deyil, belə ki,o bu halda müalicə keyfiyyətini itirmiş olur. O böyrəklərdən, öd kisəsindən, sidik və öd yollarından xırda daşların çıxarılmasına imkan yaradır. Naxçıvan Muxtar Respublikasında isə nadir “Duzdağ” duz mağaraları yerləşir və bu mağaralar tənəffüs orqanlarının xəstəliklərini sağaltmağa imkan verir.

—Bəs, qış turizmi necə?

— Burada da böyük nailiyyətlər gözə çarpır. Bu, çox fəal və səmərəli inkişaf edən turizm növlərindən biridir. Lakin, qiymət siyasəti bir qədər dəyişsəydi, daha yaxşı olardı. Çünki aşağı qiymətlər daha çox insanı cəlb edir.

— Siz belə bir istirahətin heç də hamının cibinə görə olmadığınımı nəzərdə tutursunuz?

— Yox, adamlar heç olmasa, bir dəfə belə istirahəti özlərinə rəva görə bilərlər. Amma burada daim istirahət etmək heç də hamının cibinə görə deyil. Əgər qiymət siyasəti bir qədər dəyişsəydi, onda gələnlərin sayı daha çox olardı. Söhbət ölkənin digər rayonlarından gələn yerli turistlərdən də gedir.

Qeyd edək ki, TurStat analitik agentliyinin məlumatına görə, “Şahdağ” və “Tufandağ” qış kurortları MDB-nin Top-3 ən yaxşı qış kurortlarının sırasına daxil olub.

— Turizmin yeni növlərini inkişaf etdirməyə ehtiyac varmı?

— Əlbəttə, bu gün çadır və kənd turizm növlərini inkişaf etdirmək lazımdır. Bu gün “yaşıl ” deyilən turizm böyük populyarlıq qazanır. Getdikcə daha çox gənclər və yalnız gənclər deyil, çoxları təbiətdə vaxt keçirmək istəyirlər. Üstəlik, ölkəmizin demək olar ki, bütün rayonları gözəl təbii mənzərələrlə zəngindir. Buna görə də, əgər çadır turizmi kütləvi şəkildə inkişaf etdirilməyə başlayarsa, turistlərin ardı-arası kəsilməyəcək. Gənclər kiçik məbləğ ödəyib çadır kirayə etməyə və bir neçə gün təbiətin qoynunda yaşamağa hazırdırlar. Mən belə fikirdəyəm ki, turistləri daha çox cəlb etmək üçün yeni turizm növlərini inkişaf etdirmək və əsas diqqəti çimərlik turizminə yönəltmək lazımdır.

— Niyə məhz çimərlik?

—MDB ölkələrindən olan bir çox turist yayda yalnız dəniz və günəş istəyir. Ölkəmiz öz önəmlı və günəşli havasindan kimsəni məhrum etmir. Amma burada təmiz qumlu sahil və dəniz – bu, çimərlik turizminin uğur və müvəffəqiyyətinin zəminidir. Yeri gəlmişkən, prezident İlham Əliyev də bu mövzuya toxunmuşdur. Dövlət başçısının bu sahədə islahatlara dair qəbul etdiyi sərəncam fəaliyyət göstərir. Plana görə, çimərliklər çimərlik operatorlarının idarəçiliyinə veriləcək, 2021-ci ilə qədər isə Çimərlik Operatorları Assosiasiyası formalaşdırılacaq. Bununla yanaşı, Xəzərin sahilində çimərliklərin sayının artırılması planlaşdırılır. Eyni zamanda, daha çox otel də tikmək lazımdır.

— Necə otellər?

— Büdcə qonaq evlərinin sayını artırmaq lazımdır. Xüsusilə, hostel və pansionlar, 2 və ya 3 ulduzlu otellər. Büdcə turistləri həmişə varlı və zəngin turistlərdən daha çox olurlar.

— Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda imzaladığı fərmana əsasən, iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinə rusiyalıların Gürcüstana daşınmasına qadağa qoyulmuşdur.

— Bəli, indi ruslar alternativ yollardan, məsələn, Azərbaycandan istifadə edərək Gürcüstana getməyə məcbur olacaqlar. Bəzi səyahətçilər isə özlərini ikiqat keçidlərlə yormaya və digər MDB ölkələrini seçə bilərlər. Mən rusiyalıların Azərbaycana istirahətə yollanaçaqlarını istisna etmirəm . Mən bu barədə əminliklə danışa bilmərəm, çünki heç bir dəqiq məlumat yoxdur. Lakin birmənalı şəkildə deyə bilərəm ki, Bakı rusiyalı turistlərin Gürcüstana və əks istiqamətə getmələri üçün tranzit nöqtəsi kimi çıxış edə bilər.

Lakin bu yay Azərbaycana Rusiya və Ərəb ölkələrindən turist axını gözlənilir. Avropadan az sayda qonaq gələcək. Bundan başqa, Çin turistlərinin də axını gözlənilir. Bu baxımdan böyük turist axını gözləmək olar.

Gürcüstan istiqamətinə gəilncə isə, ruslar qiymət siyasətinə görə onu seçirlər. Azərbaycanda isə qiymətlər bir qədər yüksəkdir. Lakin Azərbaycan turizm sahəsinin inkişafı istiqamətində fəal işləyir. Əldə olunanlarla kifayətlənmək olmaz.

Qeyd edək ki, rusiyalı turistlər Bakını çox vaxt sevimli turizm istiqaməti kimi seçirlər. Ən çox qonaq Rusiyadan (11 min), Gürcüstandan (10 min) və Qərbi Avropadan (8,9 min) gəlmışdir.

 

Günel Мəmmədli