Azərbaycan bu il bütün rekordları vurdu: yalnız rəsmi məlumatlara görə, ötən ilə nisbətən ölkəyə 20% çox turist səfər edib.Və bu yalnız 2017-ci ilin 9 ayının statistikasıdır.

Bir qayda olaraq, Azərbaycana turist axını nəinki bayramlar ərəfəsində, həm də ilıq Xəzər dənizindən  zövq almağın mümkün olduğu  ilin yay fəslində də artır. Lakin indi söz bu barədə deyil. Yeni il bayramları yaxınlaşır və təbii ki, ölkə bura gələnlərin növbəti dalğası ərəfəsindədir. Azərbaycan üçün qış turizmi — bu kifayət qədər yeni bir istiqamətdir, lakin o uğurla inkişaf edir.

03«Azərbaycan Ərəb ölkələri, İran, Rusiya və Qazaxıstandan kütləvi turist axını gözləyir, xeyli az Ukrayna və Belarusdan və yalnız kiçik bir axın Avropa dövlətiərindən gələcək. Birmənalı şəkildə deyə bilərəm ki, artıq qış turizminin daha çox inkişaf etdiyi bölgələrdə demək olar ki, bütün otellər sifarişlə  tutulmuşdur». Bu barədə Dalma Newslə söhbətində Azərbaycan turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirmişdir.

maxresdefault
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov

Onun sözlərinə görə, turistlər Yeni il bayramlarını ölkənin bölgələrində keçirəcəklər. Söz Şəki, Qəbələ, Şamaxı, Qusar kimi rayonlardan gedir. Şahdağ qış-yay turizm kompleksi və «Tufandağ» yay-qış turizm istirahət kompleksi turistlər arasında böyük  populyarlıq qazanmışlar. Qeyd edək ki, «Тufandağ» Qəbələ şəhərindən təxminən 4 km məsafədə yerləşir. Şahdağ kompleksi isə — dağ-xizək kurortu olmaqla, Azərbaycanın Qusar rayon mərkəzindən 32 kilometr məsafədə, Şahdağ milli parkının ərazisində yerləşir. «Şahdağ» Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.

Габала. Фото с сайта https://www.nat-geo.ru/
Qəbələ. Foto- https://www.nat-geo.ru/saytındandır
Горнолыжный курорт "Шахдаг". Фото с сайта kuprblog.
Dağ xizək kurortu. Foto kuprblog saytındandır.
Горнолыжный курорт Туфандаг. Фото с сайта https://www.booking.com/
«Тufandağ» dağ-xizək kurortu. Foto –şəkil https://www.booking.com/saytındandır

Bundan əlavə, Azərbaycan rusiyalı turistlər üçün MDB və yaxın xarici ölkələrin qış kurortlarının ilk onluğuna daxil olmuşdur. «Şahdağ» и «Тufandağ» kurortları  reytinqdə 2-ci və 7-ci sətrləri tutmuşlar, – deyə AR mədəniyyət və turizm nazirliyinin saytı bildirir.

Qeyd  etmək  lazımdır ki, analitika agentliyi Тur Stat 2017-2018 ilin qışında istirahət üçün populyar olan MDB  dağ-xizək kurortlarının reytinqini  tərtib etmişdir. Ən yaxşı qış kurortlarının reytinqinə  Çimbulak  (Qazaxıstan) başçılıq edir. Onun ardınca  Şahdağ (Azərbaycan), Siliçi (Belarus), Dzaхкаdzor (Ermənistan), Çimqan (Özbəkistan), Каrаkоl (Qırğızıstan), Loqoysk (Belarus), Тufandağ (Azərbaycan), Аltayskiе Alpı (Qazaxıstan) və Yakut dağları (Belarus) gəlir.

Müzəffər Ağakərimov bildirib ki, özlərinə yeni il bayramlarını keçirilmək üçün yer seçərkən, turistlər mütləq infrastrukturu nəzərə alırlar. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən rayonlarda yerləşən otellərə  gedən yol — yeni və rahatdır, ona görə də istirahət edənlər lazımi məntəqəyə maneəsiz çata bilərlər. Bundan başqa, regionlarda təqdim olunan otellər yüksək xidmət keyfiyyəti və rahatlıqları ilə fərqlənirlər. Böyük sayda əyləncə proqramlarının olması isə turistləri cəlb edən əlavə bir stimuldur.

Onun sözlərinə görə, Azərbaycana ən müxtəlif turistlər gəlir. Kimsə ölkədə min dollar xərcləyir, digərləri isə qənaət etməyə çalışırlar. Lakin orta hesabla, Azərbaycanda istirahət edən hər bir turist burda təxminən 1000 dollar sərf edır. Bu məbləğ təqdim hesablamalar yaşayış oteldə 4 gecə – 5 gün yaşamaq üçün nəzərdə tutulur. Lakin aviauçuşların xərci bu məbləğə daxil deyil.

Öz növbəsində, Davamlı inkişaf araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev  Dalma Newsə bildirib ki, dekabrın 28-dən  yanvarın 13–dək — Köhnə yeni ilədək sifariş ilə yer tutmaları nəzərə alsaq, Azərbaycana gəlmiş turistlərin sayı yarım milyona çatmış olar. Bura həmçinin bizim MDB ölkələrinin vətəndaşları olan soydaşlarımız da daxildir ki, onlar bayramı Vətəndə  qeyd etməyə gələcəklər.

Bizim təşkilatın məlumatına görə, bir turist Azərbaycanda ən azı, 500 dollar xərcləyir. Ona görə də deyə bilərəm ki, Yeni ilin turist axını AR iqtisadiyyatına  ən azı 2,5 milyard dollar gətirəcək», — deyə Nəriman Ağayev açıqladı.o, bildirdi.

Eyni zamanda artıq məlum oldu ki, rusiyalı turistlər qış tətili və yeni il bayramlarını Bakıda keçirəcəklər. 2017-2018-ci illərin qışında turist səfərlərinin populyarlığı  üzrə analizin nəticələrinə görə qarşıdan gələn Yeni il üçün MDB-də ən məşhur turist şəhərlərinin 1-ci onluğuna daha bir Azərbaycan şəhəri — Gəncə də daxil olmuşdur. Bundan başqa, turistləri Azərbaycanın dağ-xizək kurortları da cəlb edir. ТurStatın məlumatına görə, turistlər MDB şəhərinə qışda orta hesabla dörd günlüyə gəlir  və sutkada 75 dollar xərcləyirlər.

Гянджа. Фото с сайта https://travel.rambler.ru/guide/europe/azerbaijan/ganja/media/
Gəncə. Fоtто-şəkil  https://travel.rambler.ru/guide/europe/azerbaijan/ganja/media/saytındandır

2017-18 illərin  qışı üçün turistlərə MDB-nin 10 ən məşhur şəhərini təqdim edirik: Minsk (Belarus), Almatı (Qazaxıstan), Bakı (Azərbaycan), Yerevan (Ermənistan), Daşkənd (Özbəkistan), Astana (Qazaxıstan), Brest (Belarus), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Gəncə (Azərbaycan).

Qazan şəhər sakinləri, həmçinin yeni il bayramlarını Azərbaycan paytaxtında keçirməyə üstünlük verirlər,-deyə Tatar-inform məlumat verir.  Belə nəticələrə dekabrın 27-dən  yanvarın 11-dək olan dövrdə bilet əldə etməni araşdıran OneTwoTrip  səyahətlər servisi gəlmiçdir. Bu günlər qazanlıların ən populyar avioistiqamətləri Bakı və Paris olmuşdur.

nazim_samedov
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov

Turizm sektorunun inkişaf potensialı haqqında, lap bu ərəfədə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov öz  bəyanatında xatırlatmışdır. O, bildirmişdir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayında Azərbaycana  gələn turistlərin sayı 20% artaraq, 2 milyon 477 min nəfərdən daha artığı təşkil etmişdir. Səmədov qeyd edib ki, ölkəyə gələn xarici turistlər 1,3 milyard dollar, xaricə gedən azərbaycanlı turistlər isə 1,2 milyard dollar sərf etmişlər: «bu sahədə 100 milyon dollar həcmində müsbət saldo yaranmışdır ki, bu da təqdirəlayiqdir».

2017-ci ilin  yanvar-oktyabrına olan məlumata görə, ən çox turist RF-dan (31,9% artım) müşahidə olunmuşdur, ikinci və üçüncü yerləri müvafiq olaraq öz aralarında 19,2% artımla Gürcüstandan və 14% artımla İrandan olan turistlər bölüşmüşlər. Dördüncü sətrdə — Türkiyə vətəndaşları, beşincidə isə —BƏƏ-dən (Birləşmiş Ərəb əmirlikləri) gələn turistlər  olmuşlar. Özü də bu göstəricilər ölkənin keçmişdə müşahidə etdiklərindən daha böyükdür.

Ümumdünya turizm və səyahət şurası əvvəllər Azərbaycanla bağlı hesabatda qeyd etmişdi ki, 2017-ci ildə turizm ÜDM-də 7% və ya 2,446 milyard manat təmin edəcək, 2017-2027 illərdə sektorun payı 6,5% artaraq, 4,581 mlrd manatadək  ($2,881 milyard) və ya 5,9% ÜDM –təşkil edəcək.

403209989WTTC -in məlumatına görə, turizm və səyahət sektorunun (o cümlədən, investisiyalardan daha geniş səmərə və digər parametrlər) Azərbaycanın ÜDM-ə tam təsiri 2027-ci ildə 15 milyard 924,5 mln manat ($10 milyard 15,4 milyon), və ya ölkə ÜDM- nin 20,6%-i qədər artacaq.

Təşkilatda qeyd edirlər ki, turizm və səyahətlər sektorunun  inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Təşkilatın ekspertləri cari ildə sektorun 642 min iş yerinin yaradılmasını təmin edəcəyini proqnozlaşdırırlar (artım səviyyəsi 5,4%). Bu zaman 2027-ci il üçün bu göstərici 883 minə çatacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9%-ni təşkil edəcək.

 

Hazırlayanı Tatyana Ələkbərova