Ötən cümə axşamının əsas informasiya hadisəsi Rusiya Baş qərargah rəisi Valeri Gerasimov və ABŞ Birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri Cozef Danfordun Bakıdaki görüşü olmuşdur. Dünyanın iki aparıcı hərbi dövləti arasındakı münasibətlərdə gərginlik nəzərə alınmaqla, Bakı görüşü həqiqətən əhəmiyyətli kimi qiymətləndirilir.

Ekspertlərin fikri – Nə üçün Bakı?

Dalma Newsə Gerasimov və Danfordun görüşünü şərh edərkən gürcü politoloqu Gela Vasadze qeyd edib ki, bu səviyyədə tədbirin Bakıda aparılma faktı ondan xəbər verir ki, Azərbaycan ciddi danışıqlar meydançası kimi nəzərdən keçirilir.

«Bakı? Burada bir sıra amillər var. Əvvəla, bu, Yaxın Şərq regionu əhalisi əsasən türk, həm də ilə böyük bir hissəsi şiə postsovet dövlətinin paytaxtı, Cənubi Qafqazın da daxil olduğu hansısa Böyük Yaxın Şərq mikromodelidir. Deyirlər ki, görüşün Bakıda keçirilmə ideyasını ABŞ administrasiyasına israillilər ötürmüşlər. Çox ola bilsin ki, belədir. Ancaq istənilən halda bu, həmçinin region üçün də yaxşı bir seçimdir», – deyə politoloq qeyd etmişdir.

Vasadze, həmçinin qeyd edib ki, hərbçilərin belə səviyyədə görüşü— hər şeydən əvvəl, ABŞ-ın Cənubi Qafqazı tamamilə Rusiyanın təsir orbitində qoyub onu tərk etməyə hazır olmadığına dəlalət edir.

«Türkiyənin Qərb tərəfə gözlənilən, hətta ortamüddətli perspektivdə labüd olan dönüşü fonunda bu, zənnimcə, mühüm bir siqnaldır. Aydındır ki, Suriyanı Türkiyə və İranın qarşılıqlı münasibətləri kontekstində müzakirə edəcəklər. Zənnimcə, hansısa, lakin sırf texniki xarakterli razılaşmalar əldə olunacaq ki, Türkiyənin Rаккunu götürmək niyyətinə dair bəyanatları kontekstində öz-özlüyündə maraqlıdır. Ancaq yenə də deyirəm, məsləhətləşmələr sırf texniki səciyyə daşıyacaq. Bonnda, Lavrov–Тillerson görüşündə daha maraqlı mövzulara toxunulacaq»,- deyə ekspert vurğulamışdır.

unnamed

Öz növbəsində, rusiyalı politoloq Qriqori Тrofimçuk hesab edir ki, görüş barədə xəbərlərdə Bakı — ən başlıcasıdır. Bu halda başlıcası danışıqların mövzusu deyil, onların aparıldığı meydançadır.

«Bununla da Tehrana ABŞ, Rusiya və Azərbaycanın özünün onun əleyhinə birləşməsi barədə siqnal verilmişdir. Təbii ki, Azərbaycan görüşün öz ərazisində keçirilməsindən imtina edə bilməzdi, çünki başa düşür ki, ABŞ administrasiyası Ağ Evdə öz işinə başlayandan dərhal sonra onun görüş dairəsinə düşmüşdür», – deyə ekspert Dalma Newsə bildirmişdir.

Onun sözlərinə görə, qarşıdakı görüş barədə məlumat gözlənilmədən daxil olub, çünki Vaşinqton və Pentaqon ehtiyat etmişlər ki, əgər Rusiya qabaqcadan xəbərdar edilsə, o, bunu bütün dünyaya Rusiya-amerika münasibətlərinin bərpa kontekstində təqdim edəcək.

«Bu, Ağ evə indi gərək deyil. Azərbaycanın bilavasitə İranın yaxınlığında yerləşməsi baxımündan hələlik ABŞ-ın belə xüsusi diqqətinin Azərbaycanın özünə yaxşımı təsir edəcəyi aydın deyil»,- deyə ekspert qeyd etmişdir.

 

Politoloq bu görüşün Vaşinqton və Moskvanın Bakıya münasibətdəkii siyasətinə nə kimi təsir göstərə biləcəyi məsələsini şərh edərkən, bildirib ki, Ağ Evin yeni administrasiyası artıq bəyan edib ki, Cənubi Qafqaz, Qarabağ və sairənin ABŞ-ın milli təhlükəsizlik probleminə dəxli var.

Trofimçukun qənaətincə, «Azərbaycan — regionun əsas ölkələrindən biridir, odur ki, Ağ Ev İranda çox miqdarda etnik azərbaycanlının yaşadığını unutmadan Azərbaycanla münasibətlərdə öz strategiyasını təkmilləşdirəcək. Rusiyanın Bakı ilə bağlı siyasəti dəyişməyəcək, hər şey təxminən əvvəlki kimi inkişaf edəcək. Ancaq yeni administrasiyanın demək olar ki, bütün uca nümayəndələrinin davranış maneralarından çıxış edərək, çox güman ki, ABŞ burada sərt — güc mövqeyindən fəaliyyət göstərəcək. Obama vaxtındaki kimi mənasız söhbətlər və fərsiz danışıqlar xeyli az olacaq».

Onun fikrincə, hələlik nüvə tərksilahından tutmuş Krımadək kəskin mövzuların bütün spektri üzrə Moskvanın testləşdirmə prosesi gedir.

unnamed (2)

«Elə-belə, necə deyərlər, boş yerdə heç bir gərginlik aşağı düşməz. Lakin burada məsələ Moskva üçün daha mürəkkəbdir, çünki ölkənin aparıcı siyasi partiya nümayəndələrinin çoxu və digər qərəzli şərhçilər, faktiki olaraq, ötən ilin sonunda Donald Trampın qələbəsini alqışlamış, hətta Dövlət dumasının binasında onun şərəfinə şampan da içmişlər. Daha sadə desək, onların özləri Rusiyanın güclü və açıq düşməninin hakimiyyətə gəlişını yaxınlaşdırmışlar. Bunu necəsə səciyyələndirmək lazımdır, çünki bu artıq zarafat və sadəcə elə-belə yaddan çıxası məsələ deyil», – deyə ekspert əlavə etmişdir.

Maraqlı dünyəvi proseslər Avrasiya regionuna köçür

«Новости-Азербайджан»ın (Xəbərlər-Azərbaycan) baş direktoru Gülnarə Məmmədzadənin fikrincə, Azərbaycan nüfuzlu beynəlxalq meydançalarda Belarus və Qazaxıstandan az olmayan dərəcədə imic və keyfiyyətli statusa malikdır.

«İş təkcə bunda deyil: ən maraqlı dünya prosesləri Avrasiya regionuna köçür ki, bunu həm Moskva, həm də Vaşinqtonda yaxşı başa düşürlər. Bakı — strateji transkontinental kommunikasiyaların kəsişməsində əsas mərkəzi rabitə qovşağıdır. Azərbaycanın xarici siyasəti səmərəli balanslaşma halında çoxvektorluluq təmayülünü saxlayır. Müvafiq olaraq, son dövrdə Bakı Moskva ilə etimad səviyyəsini yüksəltmiş, Vaşinqtonla isə коrrекtivləşdirmişdir», – deyə o, Dalma Newsə bildirdi.

Məmmədzadə həmçinin əlavə etdi ki, Azərbaycanın Türkiyə ilə münasibətlərinin xüsusi statusunu da nəzərə almaq lazımdır ki, bunu Rusiya-türkiyə münasibətlərinin normallaşması üzrə Azərbaycanın uğurlu sülhməramlı səyləri təsdiq edir.

unnamed (3)

«Vaşinqton çətin ki, daha sonra da Moskva və Ankaranın münasibətlərindəki iddilliyanı rahat müşahidə edə bilərdi. Ona görə də demək olar ki, Bakının Amerika-türkiyə münasibətlərinin normallaşmasındaki xidmət üzrə analoji rolu Vaşinqtona da lazım ola bilər. Ümumiyyətlə, son bir il ərzində bilavasitə Moskvanın sayəsində dinamik inkişaf edən bütün bu Rusiya-İran-Türkiyə konfiqurasiyası yalnız Ağ evdəki yerdəyişmələr səbəbindən ABŞ tərəfindən fəal müdaxiləyə gətirib çıxarmamışdır. Əgər dünyanın əldə etdiyi həmin Tramp olmasaydı, onu uydurmaq gərək olardı. Çünki hələlik aydın deyil: ABŞ xarici siyasət xəttindəki dəyişikliklər— strateji yaxud taktiki xarakterli, real və ya təqlidedicidir»,- deyə o bildirib.

Məmmədzadənin sözlərinə görə, fəaliyyətdə olan Amerika administrasiyasının ona qarşı sərt aksentləri yenidən işə saldığı İran amilini də nəzərə almaq vacibdir.

«Əgər Vaşinqton daha sonra Moskvanın sayıqlığını zəiflədib yatızdıra bilərsə, ABŞ-ın Moskvanın Ankara vəTehran ilə, Ankara və Tehranın, Tehran və Bakının münasibətlərinə dissonans etmək, bununla da «yeni avrasiya konfiqurasiyalarını» laxlatmaq cəhdləri istisna deyil». Xüsusən ona görə ki, İran özü də bunun üçün çox səbəblər yaradır.

Lakin başa düşmək lazımdır ki, bu gün heç bir analiz yüksək dərəcədə meylliliyə malik deyil, ona görə ki, dünya prosesləri çevik, mütərəddid və və situativdir. Bir çox proseslər paralel surətdə inkişaf edir»,- deyə o əlavə etmişdir.

Politoloq, həmçinin hesab edir ki, bu görüşün keçirilmə yeri kimi Bakını seçmək faktının özü—Azərbaycan diplomatiyası və şəxsən prezident Əliyevin xidmətidir.

«Və bu Yerevanın narahatlığı üçün daha bir səbəbdir, həm də əsassız deyil. Əgər sülhün taleyi heç olmasa situasiv və fraqmentar surətdə bu meydançada həll edilirsə, Azərbaycan bu şansı çətin ki, əldən versin, Bakı bu məqamdan öz maraqlarına uyğun istifadə edəcək. Bu, tarixi görüşdür: onun hansı nəticələrə gətirib çıxarmasından asılı olmayaraq bunlar dönüşlü olacaq. Bu gün bütün işlər görülə bilməz, lakin dünya və regional siyasədə yeni keyfiyyətli dəyişikliklərin əsası qoyula bilər. Moskva və Vaşinqtonun münasibətlərindəki gərginliyin azaldılmasına gəlincə, mən bununla əlaqədar Trampın gəlişi ilə Rusiya siyasi və mediya birliyinin böyük hissəsini udduğu eyforiya ilə hələ ki, razılaşmıram. Uzun müddət gözləmək lazım olmayacaq və ilin sonunadək yəqin ki, daha çox ölçülüb-biçilmiş nəticələr üçün zəmin yaranacaq»,- deyə o, sözünə yekun vurdu.

Tərəflər gərginliyi azaltmaq üzrə razılığa gəlmişlər

O ki qaldı, görüşün nəticələrinə, Rusiya və ABŞ baş qərargah rəisləri gərginliyin azaldılması, insidentlərin meydana gəlmə risklərinin qarşısının alınması üzrə birgə tədbirlər barədə razılığa gəlmişlər. Rusiya Müdafiə nazirliyinin məlumatına görə, Gerasimov və Danford, həmçinin  «Rusiya-amerika münasibətlərinin cari durumu, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər əsas regionlarda beynəlxalq təhlükəsizlik sahəsindəki vəziyyət ətrafında fikir mübadiləsi aparmışlar».

Təbii ki, danışıqlar məxfi olduğundan biz iki ölkə hərbiyyəsininn nə dərəcədə razılığa gəldiklərini öyrənə bilməyəcəyik. İntəhası, görüşün baş tutma faktının özü artıq çox şeydən və ilk növbədə, Ağ Evin yeni administrasiyanın nəinki Rusiyaya məhəl qoymamaq, əksinə, onunla daha çox ünsiyyətdə olmaq niyyətindən xəbər verir ki, bu da şübhəsiz, iki ölkənin münasibətlərində tərəqqidir.

Hazırlayanı Nicat Hacıyev