Azərbaycanın rusdilli sakinləri artıq ikinci ildir ki, çaşqınlıq içərisindədirlər: ölkədə üç yüzdən çox belə məktəb olsa da, rus təhsil sektoruna birinci sinif şagirdlərini müəyyən etmək mümkün olmur. Problem hələ ötən il şagirdləri rus sektorunun birinci sinfinə siyahıyaalma zamanı görünməmiş bir ajiotaj yaranarkən ortaya çıxmışdı.
Ancaq bununla yanaşı, Azərbaycan sektoru birinci sinif şagirdlərinin çatışmazlığı ilə üzləşmişdi. Təhsil Nazirliyi vəziyyəti düzəltməyə cəhd göstərmiş və 2019-cu ildən ümumtəhsil məktəblərinin digər dillərdə təhsil alan sektorlarında şifahi nitq bacarıqları üzrə imtahan verilmişdir. İdeya və ya məqsəd belə idi ki, məsələn, uşağın rus dilində danışa bilmədiyi təqdirdə, valideynləri onun rus dilində təhsil almaqla birinci sinifə daxil olması üçün müraciət edə bilməyəcəklər.
Axı çoxları hələ də rus bölməsini rus dilini öyrənmək üçün pulsuz kurs hesab edirlər. Sovet dövründə də belə idi. Ancaq o vaxt daha çox müəllim və siniflər var idi. Bundan əlavə, rus sektoru üçün ajiotaj və ya həyəcan yalnız valideynlərin uşaqlarının rus dilində danışmasını istəməsi ilə bağlı deyil. Hesab edilir ki orada , təhsilin keyfiyyəti daha yüksəkdir.
İstənilən halda, nazirlik ya problemin miqyasını lazımınca qiymətləndirməmiş, ya da korrupsiya amilini nəzərə almadan yanlış hesab etmişdir. Sosial şəbəkələrin bir çox istifadəçiləri hesab edirlər ki, valideynlər qəbul komissiyyasının uşağın rus dilini bilməməsinə göz yumması üçün haqq ödəmişlər.
Ölkə sakinləri üçün rus dilli tədris məktəbinin seçimi 15 dəq.ərzində başa çatdı. O,mayın 1-i saat 10.00-da başladı,10.15-də isə artıq rus sektorunda yer yox idi.
Dalma Newsin müxbirinin müraciət etdiyi Təhsil Nazirliyində hələlik əllərini yelləyərək, yaxın həftələrdə nəsə fikirləşib nəsə bir yol tapmağa söz verirlər. Bakı məktəblərindən birinin adını çəkməməyi xahiş edən direktoru dedi ki, yalnız bir variant var: «Rus dilində tədrislə daha çox ibtidai sinif açmaq. Amma bu qədər müəllim tapılacaqmı?»
Eyni zamanda, sosial şəbəkələr bir növ aşıb-daşaraq hay-haray salır. «Bu problemlə biz də qarşılaşdıq. Biz rusdilli ailəyik. Bütün imtahanlar kiməsə ödənişsiz keçdi… amma birinci sinfə düşə bilmirik… », – deyə S. K. yazır.
«Və niyə (yeni – red.) sinif açılmasın. Axı,tələbat var. Slavyan Universiteti kimləri buraxır???? Valideyn və uşaqları niyə əsəbləşdirirlər. Prezidentə və Birinci xanıma müraciət etmək lazımdır. Məsələ yalnız belə həll olunacaq!!!! Hər kəsin seçmək hüququ var!» – deyə öz növbəsində Gülnarə adlı sosial şəbəkə istifadəçisi yazır.
Solmaz: «Bu xeyirliklə bitməyəcək. Qarşıdurma yaradırlar. Niyə açıq surətdə deməyəsən ki, hamınız belə bir dildə təhsil alın. Nə üçün insanlar uşaqların məktəbə qeydiyyatı ilə əziyyət çəkirlər? …»
Lalə К.: «Problemi süni şəkildə şişirtməyin səbəbini başa düşmürəm. Əlavə siniflər açın və uşaqları öyrədin! Uydurublar — yer yoxdur. Necə yoxdur? Əlavə korpuslar quraşdırılıb. Əgər rus bölməsində yer yoxdursa, deməli, Azərbaycan sektorunda şagird çatışmazlığı var, bura əlavə edin və beləliklə balansa riayət edin!».
Elfira F.: «Bu nəsə bir özbaşınalıqdır. Bu, necə ola bilər? Bizdə Hövsanıda (Bakı yaxınlığındakı qəsəbə) məktəbə qeydiyyat saat 10:00-da başlayıb və 10:05-də başa çatıb. Bir çox uşaqlar kənarda qalmışlar».
Qulamova: «Çox qəribə şeylər baş verir. Əvvəllər belə bir şey yox idi ki, uşaq rus sektorunun birinci sinifinə gedə bilməsin. Nə baş verir, bu iğtişaşlara nə vaxt son qoyulacaq?».
Suniyə К.: « Mən vəziyyəti heç cür başa düşmürəm. Məktəbdə yer yoxdur. Bakı təhsil idarəsinin əməkdaşından soruşuruq: uşaqla nə etməliyik? Cavab verir — bilmirəm. Bəs kim bilir ????».
Leyla A.: «Bu, biabırçılıqdır, uşaqlara münasibətdə istehza və zorbalıqdır. İmtahanlardan müvəffəqiyyətlə keçdik, amma usagı təyin edə bilmirəm».
Əksər şərhçilər sosial şəbəkə istifadəçisi Rəhimə A-nın çıxardığı nəticəyə gəlirlər: «Təhsil Nazirliyindəkilərin hamısını boynundan tutub bayıra atmaq lazımdır. Müvafiq deyillər — qoy başqa bir iş axtarıb tapsınlar. Ucdantutma əsəb və havayı xərclərdir».
Baş verənlərə fəlsəfə elmləri doktoru, professor, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Rafiq Əliyevin öz baxışları var ki, o bunlarla Dalma Newsin suallarını cavablandırarkən bölüşmüşdür.
— Bu il yenidən məktəblərin rus bölməsinin birinci sinfinə qəbulu ilə bağlı problemlər yaranıb. Vəziyyət, hətta keçən ildəkindən daha çox pisləşib…
— … Bəli, təkcə Bakıda ən azı bir neçə yüz uşaq birinci sinfə daxil ola bilməyib…
— Nə üçün rus sektoruna belə bir axın var?
— Birinci səbəb, dünyada siyasi vəziyyətin dəyişməsidir. İkincisi, son 20 il ərzində insanlar rus dili olmadan uzağa gedə bilməyəcəklərini başa düşmüşlər. Əvvəllər Bakının rusdilli sakinlərinin özlərini hansısa dərəcədə yad hiss etmələri acınacaqlı vəziyyət idi. O zaman yaranmış millətçilik yekunda öz savadsızlığı və səriştəsizliyi ilə boğuldu.
Azsavadlı adamlar belə bir fikir irəli sürürdülər ki, bizə rus dili lazım deyil, İngilis, Fransız dili lazımdır və s. Ancaq biri digərinə mane olmur! Nəticədə, vəziyyətin yanlış anlaşılması bizi indi olduğumuz vəziyyətə gətirib çıxardı. Mən özüm uzun illər yazmışam ki, rus dili bizə lazımdır.
İndiki axın təbiidir. Əgər insan üç dili— Azərbaycan, rus və ingilis dillərini bilmirsə, hətta Bakıda işə düzəlmək çətindir. Bizim biznesmenlərin çoxu Rusiya ilə bağlıdır və müvafiq olaraq rus dili lazımdır. Odur ki, burada rus sektoru rus dilində təlim kursları kimi istifadə olunur.
—Yeri gəlmişkən, yaxınlarda rus bölməsi şagirdlərinin sərxoşluq etmələri, siqaret çəkmələri və ümumiyyətlə bəzi xoşagəlməz əməllərlə məşğul olmalarına dair ittihamlarla bağlı bir əhvalat olmuşdu…
—Bəli, cəmiyyətin bir hissəsində rus dilinə bu mənfi cəhət qalmışdır.
Mən bu yaxınlarda aşağı siniflər və universitetlərdə dinin mütləq məcburi qaydada öyrənilməsinə başlanacağına dair danışıqları da qeyd edərdim. Mən buna çox kəskin olfraq mənfi yanaşıram. Bütün bunlar rus dili ilə mübarizə edənlərin xeyrinə oynayır. Guya onlar «kafirləri» sevməyən müsəlmandırlar.
Mən əminəm ki, rus dili bizə çox şey vermiş və bu günədək də veməkdədir.
— Bəs indi uşaqlara nə etmək lazımdır? Vəziyyətdən necə çıxmaq olar, axı, onlar məktəbdən qalıblar. İbtidai siniflərin sayınımı artırmaq? Ancaq keçən il deyirdilər ki, müəllim çatışmır.…
— Onlar bu il də kifayət qədər deyil! Vəziyyətə baxaq: 5-6 il bundan əvvəl rus sektorunda, qruplarda 5-6 nəfər var idi. İndi rus dilində oxumaq istəyənlərin sayı 10-15 dəfə artıbdır, müəllimlərin sayı isə azalıbdır. Haradasa 1000-1500 müəllim lazımdır. Bəs onları harada tapmaq olar?
Hətta Azərbaycan Pedaqoji Universiteti kimi ali məktəbdə də rus dili kafedrasını ləğv ediblər. Müəllimləri kim hazırlayacaq? Bütün bunlar o deməkdir ki, Təhsil Nazirliyinin gələcək üçün normal iş planı yox idi. Biz elə vəziyyətə düşmüşük ki, rus dilində təhsilə ehtiyac var, amma müəllim yoxdur. Konstitusiyaya görə istədiyimiz dildə təhsil almaq hüququmuz var. Bu hüquq pozulur.
— Belə çıxır ki, çıxılmaz vəziyyət yaranıb?
— Özləri özlərini çıxılmaz vəziyyətə salıblar. Dalandan çıxmaq yolu hansıdır? Ancaq əks tərəfə. Amma orada da bir şey qalmayıb. Bundan 20-25 il geriyə getmək? Necə? Odur ki, bir həll yolu axtarıb tapmaq lazımdır. Rusiya Təhsil Nazirliyindən xahiş etmək, oradan müəllimlər dəvət etmək mümkündür. Dərsliklər xahiş etmək lazımdır.
Prezident, birinci xanım rus dilinin əhəmiyyətindən dəfələrlə danışmış, Lomonosov adına MDU-nun Bakı filialı rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayevanın bu mövzuda böyük məqaləsi olmuşdur. Bütün bu müddət ərzində Təhsil Nazirliyi nə ilə məşğul olmuşdu?
Мəmməd Мəmmədzadə