Sirr deyil ki, özünə xüsusi avtomobil almağı çoxları arzulayır. Və əgər bir neçə il əvvəl «dəmir ata» malik olmaq daha real idisə, bu gün özünü sevindirə bilmək heç cür alınmayacaq, çünki necə deyərlər,o ki var ödəmək lazım gələcək,- deyə Minval.az yazır

Bunun səbəbi — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası, idxal gömrük rüsumları və ixrac gömrük rüsumlarının faiz dərəcələridir ki, buna əsasən 1 yanvar 2018-ci ildən etibarən idxal olunan minik avtomobillərinə gömrük rüsumunun həcmi orta hesabla 70% artıb.

Bu sərəncam KİV-də dərc olunan zaman ekspertlər deyirdilər: bu qərar iri həcmli mühərrikə malik avtomobillərin dəyərinə təsir göstərəcək. Bundan başqa, gömrük rüsumlarının qalxması «təkliflərin ixtisarı və qiymətlərin artırılması» sxemi üzrə idxalın ixtisarı üçün zəmin ola bilərdi . Eyni zamanda, mühərrikin hər kub santimetri üçün rüsum 1,5 manat hesablanır (kifayət qədər böyük rəqəmdir) ki, avtomobillərin qiymətinin ən azı, 15-20% artmasına gətirib çıxaracaq.

İlk zəng hələ 2018-ci ilin oktyabrında Bakıda kiçik mühərrikli avtomobillərin qiymətinin artdığı vaxt səsləndi. Beləliklə, iki litr həcmində mühərriki olan avtomobillərin orta qiymətinin sentyabr ayı ilə müqayisədə daha 14.25 faiz artması müşahidə olunaraq 17.483 manat təşkil etmişdi.

Ekspertlər izah etməyə tələsdilər ki, kiçik həcmli mühərrikə malik avtomobillərin qiymətinin artımı bunlara tələbatın böyük olması ilə əlaqədardır.

Statistikaya əsasən, 2018-ci ilin dekabr ayında minik avtomobilinin orta qiyməti 34 595 manat təşkil etmişdir.

Bu gün ölkədə avtomobillərin qiymətləri artmaqda davam edir. Bundan başqa, əgər əvvəllər maşını kreditlə almaq olurdusa, bu gün bu, banka verilməli olan yüksək faizlərə görə çox az adama mümkün olur. Bundan əlavə, əgər bütün dünyada lizinq vasitəsilə maşın əldə etmək çox əlverişli hesab olunursa, bu, Azərbaycanda yeri gəlmişkən, əksinədir: belə bir maliyyə əsarətinə düşsən, canını ordan tezliklə qurtara bilməzsən.

Belə çıxır ki, avtomobil sahəsində dövlət siyasəti istehlakçının xeyrinə deyil, ona qarşı yönəlmişdir?

Minval.az-ın əməkdaşı şərh üçün iqtisadçı Natiq Cəfərliyə müraciət etmişdir:

— Necə düşünürsünüz, avtomobillərin qiymətləri niyə artmaqda davam edir? Belə çıxır ki, bu gün Bakıda avtomobil – hərəkət vasitəsi deyil, məhz dəbdəbə və lüksdür?

— Ötən ilin sonunda Azərbaycan hökuməti avtomobillərə aksiz yığımlarını orta hesabla 50-60% olmaqla olduqca çox artırmışdır. Bundan başqa, gömrükdə bu gün real rəsmiləşdirilmə kimi bir anlayış işləyir. Və əgər əvvəllər müştəri və gömrük arasında hansısa «qara» və ya «boz», hansısa söylənməmiş, qeyri-rəsmi razılaşmalar olurdusa, bu gün hər şey açıq, necə deyərlər, ağ üzrə formalaşdırılıb rəsmiləşdirilir. Bu da avtomobillərin qiymətinə təsir göstərir.

Natiq Cəfərli

Kreditlərə gəlincə, Azərbaycanda onsuz da bütün kreditləşmə xidmətlərinə olan kredit faizləri çox yüksəkdir. Bu, maliyyə sahəsində normal mühitin olmaması və bankların bütün istiqamətlərdə, o cümlədən avtomobil kreditləşdirmələrinə faiz dərəcələrinə nəzarət edə bilən çox kiçik sayda holdinq və qruplara mənsub olması ilə izah edilir. Ona görə də ölkəmizdə bütün sahələrdə, o cümlədən avtomobil kreditləri sahəsində kredit faizləri çox yüksəkdir. Müqayisə edin: ümumiyyətlə, ABŞ-da və Avropada avtomobil kreditləri 2%-i ötmür, bizdə isə orta hesabla 18-20% təşkil edir.

Lizinqlər bir qayda olaraq, uzunmüddətli perspektivlərə(5-7, bəzən 8-10 il) verilir, banklar özlərini çox güclü sığortalayır, faizləri qaldırırlar. Özlərini isə həm də ona görə sığortalayırlar ki, bu müddət ərzində manatın məzənnəsi dollara nisbətdə bir neçə dəfə ucuzlaşıb dəyişə bilər və banklar elə bu riskləri faiz dərəcəsinin üzərinə qoyurlar.

Aksiz haqqlarının artırılması ötən ilin sonunda Azərbaycan hökumətinin belə bir qərar qəbul etməsi ilə bağlıdır. Onlar bunu onunla izah etdilər ki, guya beləliklə büdcə daxilolmaları artırılacaq və həm də bu münvalla, yerli istehsala yardım göstəriləcək (Naftalanda maşınyığma zavodu açılıb).

Bundan başqa, bu fəaliyyət özünü həm də son vaxtlar Bakı üçün bir bəlaya dönmüş maşın tıxacları ilə mübarizədə doğruldur.

 

Yana Mədətova

Mənbə: Minval.az