Azərbaycan rejissoru Nihad İsa 76 yaşlı Əbidə Mürşüdovanın həyatından bəhs edən Tərəkəmə qadın (“Köçəri qadın”) sənədli filmini çəkir. O, yalnız ana və nənə deyil, həm də maldarlıqla məşğul olur. Bu film onu beynəlxalq festivallara təqdim etmək məqsədilə çəkilir.
Həmçinin prodüseri və ssenaristi olduğu filmin müəllifi Nihad İsanın Sputnik Azərbaycana verdiyi məlumata əsasən, layihənin təşəbbüsçüsü “Miras” mədəni irsin öyrənilməsinə yardım İctimai birliyidir. Kinolent Mənəvi Dəyərlər Fondunun dəstəyi ilə çəkilir.
Onun sözlərincə, rejissorun əsas məqsədi azərbaycanlıların xüsusi etnik qrupu olan tərəkəmələrin timsalında Azərbaycanın mədəni və etnik müxtəlifliyini nümayiş etdirməkdir. Hazırda bu qrupun nümayəndələri Ağsu rayonunun Hegeli kəndində yaşayırlar. Bu film müasir cəmiyyətdən, iri meqapolislərdən uzaqda yaşayan insanlar haqqındadır.
«Mənim baş qəhrəmanım güclü və cəsarətli bir qadındır. O, yay və qış otlaqlarında camış və qoyunları otarmaqla məşğul olur. Bütün bunlarla yanaşı, xalçalar da toxuyur. O, dünyaya 12 uşaq ğətirərək “Qəhrəman ana” medalı ilə təltif edilmişdir. Bundan əlavə, onun 40 nəvə və 30 nəticəsi var. Sovet illərində o, əri ilə birlikdə kolxozda işləyirdi, sonra isə ailə qadının aparmaqda davam etdiyi öz xüsusi təsərrüfatını yaratdı. Bizdə cəmiyyət patriarxal olsa da, qəhrəmanımız böyük ailənin bütün işlərini idarə edir, ehtiyacı olanlara yardım göstərir, mühüm qərarların qəbulunda iştirak edir”, — deyə İsa qeyd edib.
Əbidə Mürşüdova ilə yanaşı, filmin qəhrəmanları həmçinin, valideynlərin iş və ənənələrinin gələcək davamçılarıdır. Filmdə rejissor onların həyat tərzini də göstərib. Orda xalq çalğı alətləri, o cümlədən zurnaların müşayiəti ilə ifa olunan «Tərəkəmə» rəqsi xüsusi yer tutur.