Azərbaycanın Göyçay şəhərində hər il olduğu kimi Nar festivalı keçirilib. Tədbirin qonaqları üçün bayram yarmarkası, rəssamların sərgisi, müsabiqələr və oyunlar təşkil olunub. Ölkənin ən yaxşı aqrarçıları özlərinin yetişdirdikləri ən iri meyvələri təqdim etmişlər, yerli evdar qadınlar isə bütün qonaqları nardan hazırlanmış yemək və şirniyyatlarla qonaq etdilər.

Bundan başqa, festival çərçivəsində konservləşdirilmiş nar şirəsi istehsalı zavodunun 50 illiyi qeyd edilib.

Bu, Göyçay rayonunda ənənəvi olaraq keçirilən sayca on dördüncü festivaldır. Göyçay uzun illərdir ki, nar yetişdirmə mərkəzidir, orada bu meyvənin bütün növləri, o cümlədən danələri əgər belə demək olarsa, tumsuz nar bitir. Lakin bu şəhər “Vələs”, “Şirin”, “Gülöyşə”, “Bığır” nar növləri ilə xüsusilə məşhurdur. Bu meyvələrin xüsusiyyəti ondan ibarətdir ki, onlar nazik qabığa və iri danələrə malikdirlər. Yeri gəlmişkən, bir neçə il bundan əvvəl Göyçayda nar abidəsi açılmışdır.

Elşən Vəliyev

“Mən Yevlax şəhərində yaşayıram, lakin bir neçə il əvvəl Göyçay dövlət idarəetmə və texnologiya kollecinə daxil olmuşam. Adətən, istirahət günlərində əzizlərimin əhatəsində bir neçə gün keçirmək üçün öz evimizə gedirəm, amma Nar festivalının bayram günlərində yox. Mən havada bayram atmosferi və abi havasının olduğu bu parlaq və şən günləri əldən verə bilmərəm.

Yeri gəlmişkən, festivalın hazırlıq səviyyəsi və keyfiyyəti ildən-ilə artır. Nəticədə, keçən ilki bayramla müqayisədə bu il daha çox iştirakçı və qonaq olub. Masalar, hər zamanki kimi, milli mətbəx yeməklərinin bolluğundan parçalanırdı. Hər şeydən çox nar dənəli qutablar xoşuma gəldi”, – deyə tələbə Elşən Vəliyev öz təəssüratlarını Dalma Newslə bölüşdü. Festivalda dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin əməkdaşları, kənd təsərrüfatı sahibkarları və potensial investorlar iştirak etmişlər. Onlar xüsusi olaraq etnoqastronomik festivalda iştirak etmək üçün buraya gəlmiş, minlərlə yerli sakin və xarici turist bayramın qonağı olmuşlar. Turizm sahəsindən olan ekspertlərin fikrincə, nar festivalı ildən-ilə daha çox turist cəlb edir.

“Əvvəlcə həyat yoldaşım və mən Azərbaycana yayda gəlməyi planlaşdırırdıq, lakin müəyyən səbəblər üzündən səfərimizi təxirə salmalı olduq. Öyrənəndə ki, noyabr ayında Nar festivalının keçirilməsi planlaşdırılıb, biz həyat yoldaşımla belə bir qeyri-adi bayramda olmaq qərarına gəldik. Biz son dərəcə şadıq. Azərbaycanlıların mətbəxdə nardan necə məharət və zövqlə istifadə etmələri xüsusilə xoş idi. Həmçinin, rəssamların sərgisi də çox xoşuma gəldi”, – deyə Rusiyadan gəlmiş turist Natalya Kupina Dalma Newsə bildirib.

Ənənəvi olaraq, festivalın iştirakçıları və qonaqları üçün populyar ifaçıların və folklor kollektivlərinin iştirakı ilə konsertlər, şən müsabiqələr və oyunlar təşkil edilmişdi. Məsələn, aqronom və bağbanlar kimin ən iri nara malik olması üzrə rəqabətə başlamış — hər belə iri meyvənin çəkisi 1,5 kiloqramı ötmüşdü. Bundan başqa, tədbir çərçivəsində nərd üzrə çempionat, foto müsabiqəsi və poetik yarış keçirilmişdir ki, qaliblər 3 min manat (1800 dollara yaxın) mükafat almışlar. İkinci və üçüncü yerləri tutan iştirakçılar da diqqətdən kənarda qalmamışlar. Bundan əlavə, tədbir çərçivəsində rəssamların əl işlərindən ibarət sərgi də keçirilib. Nar festivalı və bayramının əsas yeri isə yarmarka meydanı idi və burada qonaqlar müxtəlif nar növlərindən hazırlanmış yeməklərdən, mürəbbə və içkilərdən dada bilirdilər. Bundan başqa, qonaqlara narşərab – nar əsasında ət və balıq xörəklərinə milli sousun hazırlanmasında iştirak etmək imkanı verilmişdir.

Festivalın bayram edilməsi üçün əsas yer isə yarmarka meydanı idi və burada qonaqlar müxtəlif nar növlərindən hazırlanmış yemək, mürəbbə və içkilərdən dada bilirdilər. Bundan başqa, qonaqlara narşərab –ət və balıq xörəklərinə Nar əsasında Milli sousun hazırlanmasında iştirak etmək imkanı verilmişdir.

Festival gözəl atəşfəşanlıqla başa çatdı.

Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Göyçay icra hakimiyyəti və hər il sponsorluq dəstəyi göstərən AzNar şirkətidir.

AzNar bu il festival çərçivəsində 50 illiyini qeyd etdi. Düz yarım əsr əvvəl Azərbaycanda nardan Konservləşdirilmiş şirə istehsalı üzrə AzNar zavodu yaradılmışdır. 2011-ci ildə şirkət ilk dəfə olaraq narın tullantısız emalının yeni texnologiyasını tətbiq etmişdir. Belə ki, məsələn, meyvə tumlarından zavod premium sinifli Nar yağını istehsal etməyə başlamışdır ki, öz müalicəvi xüsusiyyətləri sayəsində o, kosmetologiya və təbabətdə yüksək qiymətləndirilir. Bu gün AzNar narın geniş nar plantasiyalarına malikdir və öz məhsullarını bir sıra xarici ölkələrə ixrac edir.

Xatırladaq ki, Azərbaycanda nar bayramı 2006-cı ildən başlayaraq hər il qeyd olunur və məhsul yığımının başa çatdığı dövrə təsadüf edir. Hər il bayramda 15 mindən artıq insan iştirak edir. Hazırda Göyçayda 3627 hektar nar bağları var ki, onlardan 3327 hektarı məhsul verir – bu, orta hesabla 40 min tona yaxın nardır. İstehsal olunan meyvənin yarıdan çoxu sıralarında o cümlədən Rusiya, Ukrayna və Gürcüstanın da olduğu xarici bazarlara çıxarılır.

 

Leyla Əlizadə