Məftunedici, şux və qəşəng, asan pul, dayazdüşüncəlilik — bizim əksəriyyətimizin model biznesini belə görürlər. Amma əslində bütün bunlar stereotiplərdir. Hər bir uğurlu modelin çiyinləri arxasında böyük əmək, stress, səbr və əzmkarlıq gizlənir. Lakin çoxlarına bu parlaqlığın o tərəfində hər şeyin həqiqətən asan və sadə olduğuna inanmaq çox xoşdur.
Dalma News müxbiri Azərbaycanda moda sənayesinin necə inkişaf etdiyini, niyə bu günə qədər cəmiyyətin modelin peşəsini ciddi qəbul etmədiyini və Azərbaycan gənclərinin bu gün nə üçün yalnız xaricdə özlərini göstərə biləcəyini aydınlaşdırmağa çalışmışdır.
Riad Abdulov: respublikamız dünyəvi respublikadır və bir çoxları müasir görüşlərə sadiqdirlər
— Model biznesinə necə düşdüyünüzdən danışın.
— Mənim böyük qardaşım uzun müddət model biznesində işləmişdir. Əlbəttə, bu gün o, artıq bu işdən uzaqlaşıb, amma nə vaxtsa məni bu sahəyə gətirib çıxarmışdır. Onda mən ali məktəbin birinci kursunda oxuyurdum və Bakıda model məktəblərinin miqdarını bir əlin barmaqlarında saymaq olardı. Prinsipcə, o vaxtdan bəri bu baxımdan çox az şey dəyişmişdir.
— Sirr deyil ki, Qafqazda cəmiyyətin bu sahəyə münasibəti son dərəcə skeptikdir və bu, kişi modellərə münasibətdə özünü daha bariz göstərir. Siz neqativ hallarla üzləşirsinizmi? Ailəniz və dostlarınız sizin peşənizə necə yanaşırlar?
— Valideynlər, qohumlar və dostlarım məni dəstəkləyirlər. Bundan başqa, onlar məni televiziya yaxud reklam plakatları və videolarda görəndə sevinirlər. Başqa məsələdir ki, ölkə əhalisinin əksəriyyəti yaradıcılığın və qazancın bu növünü başa düşmür və qəbul etmək istəmir. Əsasən, bölgələrin və şəhərətrafı qəsəbələrin sakinləri k işi modellərinə müsbət yanaşmırlar. Onlar hesab edirlər ki, bu, qeyri-ciddi və nüfuzsuz işdir, kişi alın qan-təri və əlinin qabarı ilə pul qazanmalıdır, model biznesi isə yalnız namus və abır-həyanın nə olduğunu unudan qızlara yaraşan qayğısız, gözəl və bahalı həyat tərzidir. Xoşbəxtlikdən, heç də hamı belə qəti deyil. Dünyəvi respublikamız var , bir çoxları müasir baxışlara sadiqdirlər və xoşbəxtlikdən belə insanların sayı getdikcə artır.
— Bəs peşəkar planda kişilər üçün bu sahədə inkişaf etmək çətindir?
— Model biznesində qızlara tələbat həmişə yüksək olub və yüksək olaraq qalmaqdadır, buna görə də kişilərdən fərqli olaraq onlar üçün iş daha çoxdur. Belə vəziyyət hər yerdə, hətta Avropada da müşahidə olunur. Təəccüblü deyil, çünki qızlar daha tez-tez paltar və kosmetika alırlar, müvafiq olaraq malların əsas həcmi məhz onlara yönəldilir, buna görə də reklam etmək üçün bir şey var. Eyni zamanda, model-kişilər də kənarda qalmır, onlar da çox pul və populyarlıq qazanırlar.
Bakının hər həftə moda hadisələrinin yaşandığı, yerli dizaynerlərin öz tendensiyalarını yaratdıqları və xarici həmkarlarına ton verdiyi dəbli şəhər adlandırılmaması, hər ikinci sakinin isə son istiqamətləri diqqətlə izləməsi başqa məsələdir. Təəssüf ki, belə deyil. Biz indi-indi məşhur kutyurye öz yaradıcılıqları ilə bölüşdüyü və bizə dəbə necə uyğun olmağı və moda yaratmağı öyrətdikləri feşn-viki keçirməyə başlamışıq. Və bu şəraitdə biz modellərə — həm kişilər, həm də qızlara hələlik inkişaf etmək çətindir.
-Yəni elə bir rəqabət yoxdur?
— Var, amma zəifdir. Üstünlüklərə xarici görkəmi ilə seçilən, xarizm və fərdiliyi olan gənclər malikdir. Lakin əksər azərbaycanlıların tipajının oxşar olduğunu və bazarda qeyri-standart xarici görünüşə malik modellərin az olduğunu nəzərə alsaq, rəqabət zəifdir. Yeri gəlmişkən, son zamanlar bizdə koloritli və maraqlı modellərlə tez-tez rast gəlməyə bailamışam ki, bu da sevindirməyə bilməz. Mən ölkəmizdə sağlam və güclü rəqabət olmasını arzulayıram.
— Başqa ölkəyə getmək arzusu yoxdur? Məsələn, özünüzü, Avropada sınamaq?
—Mənim belə bir təcrübəm var idi, düzdür, Köhnə Dünyada yox. Bir neçə il əvvəl universiteti bitirdikdən sonra fotoşəkillərimi ixtisaslaşdırılmış saytlara yükləmək qərarına gəldim, bundan sonra müxtəlif Asiya ölkələrindən olan agentlər mənimlə əlaqə saxladı və promouşen təklif etməyə başladılar. Əlbəttə, modellər üçün daha nüfuzlu ölkələrdə, məsələn, Avropa, ABŞ və ya Yaponiyada işləmək istədim, amma özümü və imkanlarımı real qiymətləndirdim.
Mənim ilk agentim Braziliyadan olan menecer oldu və mənə izah etdi ki, beynəlxalq layihələrdə iş təcrübəsinin olmaması səbəbindən hələlik yalnız Asiya bazarında işə ümid edə bilərəm. Beləliklə, mən onun köməyi ilə Hindistana düşdüm, orada yarım ildən çox işlədim. Bu müddət ərzində mən orada yeni əlaqələr qura və portfoliomu inkişaf etdirə bildim. Müqavilə başa çatdıqdan sonra Bakıya qayıtdım və dərhal mənə təkcə reklam layihələrində deyil, kinoda da çəkilmə təklifləri edildi. Bu gün mən model işindən əlavə musiqi ilə də peşəkar surətdə məşğul oluram, odur ki, hələlik Azərbaycanı tərk etməyi planlaşdırmıram. Hərçənd mənə Çin, Malayziya, İndoneziya və digər Asiya ölkələrindən təkliflər gəlir.
Aleksandra Biryukova: model olmaq ayıbdır. Qohumlar və qonşular qınaya bilərlər
— Özünüz haqqında bir az danışın? Azərbaycanda çoxdanmı yaşayırsınız və necə model oldunuz?
— Mən demək olar ki, köklü bakılıyam, çünki valideynlərim burada doğulublar. Pasporta görə rus olmağıma baxmayaraq, məndə rus qanı o qədər də çox deyil. Atam mordvin, anamın damarlarında isə qan qarışığı axır — Azərbaycan, rus, tatar. Fəaliyyətimə gəldikdə isə, uşaqlıqdan modelinqlə maraqlanmışam. Bu sahədə ilk addımlarımı atmağa başlayanda 17 yaşım var idi. Yadımdadır, o vaxtlar bütün respublikada yeganə model məktəbi işləyirdi, ona görə də seçmək elə də asan deyildi. Yeri gəlmişkən, 14 yaşında yüngül atletika ilə peşəkar məşğul olmağa başlamışam. Və bu gün üçün model fəaliyyəti ilə yanaşı, fitnes-məşqçi kimi də çalışıram.
— Sirr deyilsə, indi neçə yaşınız var?
— Mənim 25 yaşım var.
— Azərbaycanda modellərin karyerası neçə yaşında başa çatır?
—Bir qayda olaraq, 30. Prinsipcə, əksər ölkələrdə ləyaqətlə qazanılmış istirahətə bu yaşda gedirlər. Bizdə qadınların pul qazana bilmələri üçün 35 yaşında da çəkilişlərdə model kimi işlədikləri istisnalar olur. Amma əslində onlar peşəkar deyillər. Bunlar adi yaraşıqlı qadınlardır ki, onlar üçün modelinq hobbi və ya qazanc mənbəyidir. Ümumiyyətlə, bu, Azərbaycanın model biznesinin aktual problemlərindən biridir.
Bu dünyaya təsadüfən soxulmuş əksər “modellərin” ucbatından onsuz da zəif olan bazar dağılır. Qızlar çox kiçik bir ödəniş müqabilində model rolunu yerinə yetirməyə hazırdırlar. Onların ucbatından professional modellər işsiz qalırlar, çünki müştərilər daha çox ödəmək istəmirlər. Onlar hesab edirlər ki, qapı arxasında 20 manata poza verməyə hazır olan 10 yaraşıqlı qız ola-ola, peşəkar manekençinin çəkilişinə görə 300 manat ödəməyə ehtiyac yoxdur. Bu, bazarı necə deyərlər,öldürür. Hər kəs öz işi ilə məşğul olmalıdır.
Ümumiyyətlə, bazarda rəqabət çox zəifdir. Peşəkarları barmaqla saymaq olar. Çoxları vəziyyətin bizdəkindən nisbətən önəmli olduğu xaricə — əsasən Türkiyə, Çin, Rusiya, Hindistan və hətta Gürcüstana getmişlər.
—Azərbaycan dizaynerlərinin model sorğuları xarici dizaynerlərdən fərqlənirmi?
— Bizdə bazar çox məhduddur, ona görə də bizim dizaynerlərin meyarları elə də sərt deyil. Amma ümumiyyətlə, sorğu standartdır. Bu gün bütün dünyada fərdilik və xarizmə üstünlük verilir, lakin buna baxmayaraq, model biznesinin öz stereotipləri, parametrləri, eləcə də gözəllik meyar və qanunları vardır. Səliqəli burun, 1,75 sm-dən başlayan boy, zərif bədən quruluşu, gəşəng yanaqlara malik qızlar asanlıqla hər hansı bir obraza çevrilə bilər, onlar təmiz kətan kimi olurlar, buna görə də belələrinə tələbat var.
Lakin Azərbaycanda qızların orta statistik boylarının 1,65-170 sm səviyyəsində olduğunu nəzərə alsaq, yerli model agentlikləri öz parametrlərini yenidən nəzərdən keçirməyə məcbur idilər. Belə ki, boyları 1,70 sm-dən aşağı qızlar üçün Azərbaycanın model biznesinə giriş bağlanıb. Əgər söz nümayiş və baxışdan gedirsə, onda bizim dizaynerlər və menecerlər çox vaxt modelləri Ukraynadan, Rusiyadan, Gürcüstandan dəvət edirlər, çünki podium alçaq boyu xoşlamır.
— Modellərin həyat tərzinə aid olan stereotiplərlə rastlaşırsınızmı?
— Əlbəttə. Təəssüf ki, bir çoxlarında model biznesi hələ də yaramaz və yüngül həyat tərzilə əlaqələndirilib izah olunur. Ona görə də çalışıram ki, öz fəaliyyət dairəmi reklam etməyim, bir daha qeyri-adekvat fikirləri eşitməyim. Yeri gəlmişkən, bizdə model məlumatlarına malik olan və bu sahədə özünü sınamaq istəyən çoxlu azərbaycanlı qadın var, lakin valideynlər onlara qadağa qoyur, çünki qohumlar və qonşular düzgün başa düşməyə bilərlər.
Onları qismən başa düşmək olar, çünki bu sahədə heç də hamı ləyaqət və vicdanla qazanmır, lakin bunlar əsasən qeyri-peşəkarlardır. Modellərin asanlıqla pul əldə etmələrilə də razılaşmıram. Bu, ağır işdir. Çəkilişlər tez-tez 10-12 saat davam edir və bütün bu müddət ərzində model demək olar ki, hansısa istirahət və ya nəfəs darlığı hüququna malik deyil. Amma gözəl fotoşəkillərin arxasında hansı zəhmətin durması haqqında çox az adam düşünür.
— Özünü Azərbaycanda bu peşəyə həsr etmək arzusunda olan qızlara nə arzu edərdiniz?
— Onlar öz əməklərinin heç də həmişə layiqincə qiymətləndirilməyəcəyinə və işlə də daim təmin olunmayacaqlarına hazır olmalıdırlar. Bu, durum və vəziyyətdən asılıdır.
Ümumiyyətlə, moda sənayesinin inkişafında əsas maneə yüngül sənayenin inkişaf etməməsidir. Əgər yerli istehsalçılar lazımi həcmdə ayaqqabı və geyim buraxmırlarsa, nə reklam etmək olar?! Əlbəttə ki, son zamanlar bazarda gənc Azərbaycan dizaynerləri peyda olub və onlar bu sahəyə təkan verə bilərlər. Ancaq buna müəyyən vaxt lazım olacaqdır. Beynəlxalq gözəllik standartlarına malik olan və doğma ölkədə moda sənayesinin fəal şəkildə inkişaf etməsini gözləmək istəməyən qızlara özlərini bizdəki problemlərin olmadığı Asiya və ya Avropada sınamağı məsləhət görürəm.
Leyla Əlizadə