Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planı təsdiqlənib.
Oxu.Az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov xatırladıb ki, prezident İlham Əliyevin 28 avqust tarixli sərəncamına əsasən Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək.
Təqvim Planına əsasən namizədlərin irəli sürülməsi prosesi bu gündən başlanır. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.