Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin dünən Antalyada keçən üçtərəfli görüşündə diqqət mərkəzində bu ölkələrin iştirakilə nəqliyyat və enerji layihələri durmuşdur. Nazirlər iclasın yekunları üzrə birgə bəyannamə imzalamış və mətbuat konfransı keçirmişlər,- deyə Azərbaycan XİN-nin məlumatında bildirilir.

Sənəddə qeyd olunur ki, üçtərəfli əməkdaşlıq Türkmən və Azərbaycan qazının Türkiyə vasitəsilə nəqlinə yönəlmişdir. Tərəflər öz ölkələrinin potensialından onların vahid nəqliyyat dəhlizinə çevrilməsi üçün istifadə etmək niyyətindədirlər. Bütün bu məsələlərin həlli üçün tərəflər müxtəlif məsələlər üzrə üçtərəfli komissiya yaratmaq fikrindədirlər.
XİN başçıları həmçinin, “Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə” nəqliyyat dəhlizi yaratmaq məsələsini nəzərdən keçirmişlər.

Nazirlər eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin oktyabrda nəqliyyat və enerji sahəsində əməkdaşlığa dair üçtərəfli sənədlərin imsalanacağının gözlənildiyi Türkmənistan görüşünün hazirlanma məsələsini də müzakirə etmişlər.
Üç ölkə XİN rəhbərlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək.