Azərbaycan həbsxanalarının vəziyyəti hazırda necədir? Bəs onların dustaqlarla dolu olub-olmaması ilə bağlı durum? Hakimiyyət Cinayət Məcəlləsinin bəzi maddələrini dekriminallaşdırmaq niyyətindədirmi? Dalma Newsin bu və digər suallarına Azərbaycan Hüquq müdafiə mərkəzinin (AHM) rəhbəri Eldar Zeynalov cavab vermişdir.

— Qaradağ rayonunun Umbaki qəsəbəsində ömürlük məhkumlar üçün yeni həbsxananın istifadəyə verilməsi üzrə işlər başa çatmaqdadır…

— Bəli, bu, sevindirməyə bilməz. Bu, Azərbaycanda yeganə həbsxanadır ki, onun tikintisi penitensiar mülahizələrlə deyil, mədəniyyət maraqları ilə əsaslandırılmışdır. 2007-ci ildə YUNESKO Qobustan qəsəbəsindəki petroqlifləri Ümumdünya İrsi Siyahısına daxil etmişdir. Qəsəbədə mövcud olan həbsxana qoruq ərazisindən bir qədər uzaqda olsa da və xüsusən də onların bəzilərinin həmin müəssisə barədə məlumatları olduğundan, bu qoruq turistlərin gözündən yayınmamışdı.

Qobustan həbsxanası yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında dəfələrlə tənqid olunub. Tənqid qismən nəzərə alınsa və çatışmazlıqlar aradan qaldırılsa da, yeni həbsxananın tikintisi ilə bağlı bir sıra problemlər həll olunmayıb. Hər şeydən əvvəl, söhbət ondan gedir ki, köhnə həbsxanaya Avropada qəbul olunduğundan tamamilə başqa yaşayış standartları qoyulurdu. Belə ki, Cəzaların İcra Məcəlləsinə əsasən, bir məhkuma kamerada ümumi sahənin 4 kv.metri düşür, halbuki İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi 6-7 kv.m tövsiyə edir.

Bundan əlavə, ilk-əvvəl ömürlük cəza kameraları personalın təhlükəsizliyi və məhbusların bir-birindən təcrid edilməsi niyyətilə 1 və ya 2 nəfər üçün nəzərdə tutulmuşdu. Eyni zamanda, tibbi və əməliyyat məlumatlarının qiymətləndirilməsi əsasında Avropada fərdi yanaşma qəbul edilmişdir və bu halda ömürlük cəza alanların heç də hamısı xüsusi təhlükəli sayılmayacaqdır. Bu istiqamətdə ilk addım olaraq, bir müddət əvvəl Məcəlləyə dəyişiklik edilib və indi kameralarda daha çox sayda məhbus ola bilər (hərçənd, mənzil standartlarına da zidd deyil).

Qobustan həbsxanasında da idman, əmək, təhsil, namaz, ibadət yerlərini ziyarət etmək və s. üçün şərait yaradılmamışdır. Güman edilir ki, bütün bu problemlər tibbi xidmətlərin də təkmilləşdiriləcəyi yeni müəssisədə öz həllini tapacaq (bu, ömürlük cəza məhbuslarını kiçik səbəblərə görə mərkəzi həbsxana xəstəxanasına köçürmək məcburiyyətini aradan qaldıracaqdır).

Eldar Zeynalov

— Deyə bilərsinizmi, bu gün həbsxanalar nə dərəcədə doludur? Onları boşaltmağa ehtiyac varmı?

— Həm köhnə həbsxanaları boşaltmaq, həm də yenilərini tikmək lazımdır. Problem ondadır ki, köhnə həbsxanalar daha çoxdur və onlar hər məhbusa demək olar ki, qəbiristanlıq ölçüsü ilə 2,5 kv.m yaşayış sahəsi həcmində ayrılırdı. Sadə hesablama göstərir ki, hazırkı standartın — 4 kv.m-in təmin edilməsi üçün həbsxana “əhalisı” 1,5 dəfə, 6-7 kv.m Avropa standartı üzrə isə 2,5 dəfə azaldılmalıdır. Ya həbsxanaların sayı iki dəfə artırılmalı, ya da məhbusların sayı eyni nisbətdə azalmalıdır.

Zənnimizcə, həbsxana idarəsi kompromis yolu seçib. Bir tərəfdən, regional mərkəzlərdə həm istintaq təcridxanasının, həm də müxtəlif rejimli koloniyaların olduğu penitensiar komplekslər tikilir (məsələn, Şəkidə belə bir həbsxana tikilib).

Vaxtından əvvəl azad edilmiş şəxslərin həbsxana divarları arasından kim olaraq çıxması məsələsi də az əhəmiyyət kəsb etmir. Bir tərəfdən cəmiyyət cinayətkarları təcrid etmək istəyir, digər tərəfdən həddindən artıq təcrid etmə 5 il və ya daha çox illik həbsdən sonra psixikaya zərər vurmuş olur. Xüsusilə bir çox məhbusların nə əmək, nə də təhsil proqramları ilə əhatə olunmadıqlarını nəzərə alsaq, bu, insanı ən azı başqalarının hesabına və ya himayəsilə yaşayan sosial öhdəçiyə çevirir, daha təcrübəli dustaqların ona ötürdükləri vərdişlər halında isə o, həbsxanadan əsil cinayətkar kimi çıxır.Bu halda hakimiyyətin humanizmi cinayətkarlığın artması ilə nəticələnə bilər (“əlli üçüncü ilin soyuq yayı”nı xatırlayaq).

İki il bundan əvvəl Azərbaycan Prezidenti İlham əliyev özəl sahibkarlar cəlb etməklə köhnə iş yerlərinin bərpasına və yeni iş yerlərinin yaradılmasına dair sərəncam verdi. Amma təəssüf ki, indiyədək bu istiqamətdə heç bir nəzərəçarpacaq irəliləyiş baş verməyib. Məsələn, kənd yerlərində aqrar-sənaye müəssisələri şəklində, məsələn, staqnasiyada yerləşən pambıqçılıqda iş yerlərinin yaradılması ilə bağlı heç bir təşəbbüs göstərilmir. Amma kənd sakinləri üçün ferma və ya tarlada işləmək elektrik qaynaqçılığıını öyrənib mənimsəməkdən və ya dəzgahda dəftərxana qısqaclarını yığmaqdan daha çox tanışdır.

Bundan əlavə, qəsəbə-koloniya cəzaçəkmə tipli penitensiar müəssisələrdə məhbusların gecə koloniyaya qayıtmaları şərtilə koloniyanın hüdudlarından kənarda işləməsi mümkündür. Bir sıra şərtlərə (məsələn, müddətin müəyyən hissəsini çəkmək, yaxşı davranış və s.) riaət edilərkən qəsəbə- koloniyaya köçürülmə də adi koloniyaların boşalma və ya yüngülləşmə üsuludur.

—Cinayət Məcəlləsinin bəzi maddələrinin dekriminallaşdırılması ilə bağlı vəziyyət necədir?

— Son illər hüquqpozmaların bəzi tərkibləri cinayət tərkiblərindən inzibati xətalara keçirilmişdir. Bu, əsasən iqtisadi və əmlak cinayətlərinə aiddir. Məsələn, əvvəllər 100 manat ziyan artıq cinayət məsuliyyətinə gətirib çıxarmış, “Şirvan” adlandırılmış (köhnə əskinasın 2 manatlıq gündəlik adı) çoxlu işlər əmələ gətirmişdi. Belə çıxırdı ki, bir vətəndaş digərinə 100 manat ziyan vurmuş, sonra isə dövlət günahkarın saxlanmasına ildə 6.000 manat xərcləmişdir. İndi plankanı 500 manata qaldırıblar.

Narkomanlara münasibət dəyişib. Əgər yalnız narkotik maddələrdən istifadə edilibsə və başqa cinayətlər törədilməyibsə, cinayətkarı məcburi müalicəyə göndərirlər, müalicə başa çatandan sonra isə, cinayət məsuliyyətindən azad edirlər. Əvvəllər isə barmaqlıqlar arxasına (həbsə) sala bilərdilər.

Hələ ki, qanunvericilər (millət vəkilləri) diffamasiyanın, yəni böhtan və təhqirlərin dekriminalizasiyasından çəkinirlər. Daha çox saylı cinayətlərdə qanun əməlin dekriminalizasiyası olmadan liberallaşdırılıb. Əgər cinayətkar zərərin əvəzini tamamilə ödəyirsə, o, 10 növ cinayət növündə cinayət məsuliyyətindən azad edilir. Daha 25 halda isə, məsuliyyətdən azad olmaq üçün dövlətə dəymiş zərərin 1-2 məbləğində əlavə cərimə ödənilməlidir. 14 halda zərərin əvəzinin ödənilməsi ilə yanaşı, zərərçəkənlə barışıq tələb olunur.

Liberallaşdırma təhlükə törətməyən bəzi cinayətlərə də aid edilmişdir, burada yalnız heç bir alternativ olmadan azadlıqdan məhrum etmə nəzərdə tutulurdu. Azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq azadlığın məhdudlaşdırılması tətbiq edilmişdi. Prinsipcə, bu, yeni tədbir deyil, amma keçmişdə bundan əsassız olaraq imtina etmişlər. Qeyri-rəsmi səbəb isə nəzarətə qərəzli insan amilinin qarışması olmuşdu. Bunu nəzərə alaraq, elektron bilərziklər uğurla sınaqdan keçirildi.

Nəticədə, dörd mindən artıq insan cinayət cəzasından vaxtından əvvəl azad edilib, 900-dən az olmayanı isə elektron bilərziklər taxırlar. Bu ilin aprelində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə CM-də gələcək dəyişikliklərin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Odur ki, onların ilin sonuna qədər həyata keçirilməsi tamamilə mümkündür.

 

Günel Мəmmədli