İndiyə qədər deputatlığa namizədliyin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasında 19 seçki dairəsi üzrə 25 müraciət qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov söyləyib.
M.Pənahov bu il parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şəxslərin və seçkilərdə iştirak edəcək partiyaların ötən seçkilərlə müqayisədə daha çox olacağını gözlədiklərini, mətbuatda bu yöndə açıqlamalardan, bəyanatlardan bu qənaətə gəldiklərini bildirib.