Illustration: sia.az

Azərbaycanda icbari tibbi sığorta tətbiq edirlər və artıq mərhələli plan çəkilmişdir. Bundan başqa, Milli məclisin payız sessiyasında «İcbari tibbi sığorta haqqında» qanuna daxil olunması planlaşdırılan dəyişikliklərin ilkin detalları məlum olmuşdur.

Yerli KİV-nin verdiyi məlumata görə, yaxın illərdə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisini əhatə edəcək. İşləyən vətəndaşlar öz əmək haqqlarının bir hissəsini sığorta ödəməyə sərf etməli olacaqlar. Lakin işləməyən vətəndaşlar da dövlətin diqqətindən kənarda qalmayacaqlar, onlar da həmçinin artıq haqqında söz gedən məbləği ödəməlidirlər.

Söz ildə adambaşı 120 manatdan gedir (60 avrodan artıq). İlk baxışdan məbləğin zahiri cüziliyinə baxmayaraq, əslində bu, əhalinin böyük bir hissəsi üçün ciddi əlavə xərclərdir.

Nə üçün əlavə xərclər? – deyə, hər hansı qərb ölkəsinin sadə bir oxucusu soruşa bilər? Axı bu məbləğə pulsuz müalicə təmin olunur? Amma hər şey göründüyü kimi deyil.

Azərbaycanda təbabət «pulsuzdur». Amma məhz dırnaqarası pulsuz. İnsanlar poliklinikalarda həkimlərə, təcili yardım briqadalarına pul verirlər. Əlbəttə, imkan daxilində ödəyirlər. Lakin imkan daha yaxşı olduqca, göstərilən yardım da bir o qədər yaxşı olur.

Beləliklə, nə alınır: Belə çıxır ki, hətta zəmanətli pulsuz tibbi yardımı təmin etməyən dövlət indi Azərbaycan əhalisinin cibinə girir? Bəs axı elə bu cür alınır.

Hələ bir neçə il əvvəl «tanışlıqla» (Azərbaycanda buna «tapşu» deyirlər) layiqli dövlət xəstəxanasında doğum, yəni bir növ pulsuz doğuş 1000-2000 manata başa gəlirdi. Xəstəxanada loru dillə desək 500 manata da danışmaq mümkün idi. İndi isə hamıya əlavə «nаlоq» asacaqlar ki, bu da insanların tibbi xərclərini ləğv etmir.

Bakı sakini K.Validə Dalma News ilə söhbətində təəccübünü bildirdi: «Dişə adi bir plomb qoymaq üçün ən azı 40 manat tələb edirlər».

«Biz onsuz da klinika və xəstəxanalarda, o cümlədən bu qəbildən olan dövlət müəssisələrində pul ödəyirik. Bəs anlaşılmaz, çox güman ki, əhəmiyyətsiz icbari tibbi sığorta üçün bizim ciblərimizi boşaltmaq nə üçündür? Bizim tibb işçiləri pulsuz heç nə etməyəcəklər, həm də sığorta tibb xidməti xərclərini ödəyə bilməyəcək», — deyə Bakı sakini hesab edir.

Bəs işsizlər və ya çoxuşaqlı ailələrlə necə olmaq? Onlar hardan vəsait əldə edəcəklər?

Məmur və ekspertlərin bu barədə öz fikirləri var. Ondan başlayaq ki, Azərbaycan Nazirlər kabineti yanında Dövlət agentliyi İcbari tibbi sığorta (İTS) xidmətləri üzrə ödənişlərin alınması üçün təxmini ölçü müəyyənləşdirmişdir. Bunlar, yuxarıda qeyd edildiyi kimi, bir nəfər üçün ildə 120 manat təşkil edir.

Həm də nəzərdə tutulur ki (hələ dəqiq deyil), bir sıra kateqoriyalardan olan ölkə vətəndaşları ödənişlərin həyata keçirilməsindən azad ediləcək. Bu, azyaşlı uşaqlar, pensiyaçılar, əlillər və aztəminatlı ailələrdir.

Millət vəkili Musa Quliyev hesab edir ki, Azərbaycanda işsizlər tibbi sığortanı pulsuz alacaqlar. Bu barədə o, Media.Az. saytına müsahibəsində bildirmişdir. Lakin bununla yanaşı, o deyib: «Başa düşmək lazımdır ki, işləməmək üçün vətəndaşın tutarlı səbəbləri olmalıdır. Söz sağlamlığın vəziyyətindən, kiçik uşaqların mövcudluğundan və işləməyənin yaşından gedir. Əgər vətəndaş işsiz qalmışsa və iş tapa bilmirsə, onda o, hətta bu halda da dövlətdən sığorta ala bilər. Ancaq bunun üçün vətəndaş məşğulluq orqanlarında qeydiyyatdan keçməlidir».

Musa Quliyev

Sonra – daha çox: «İşqabiliyyətli vətəndaş məşğulluq orqanlarında ona təklif olunan vakansiyadan imtina etdiyi, yaxud gəlir mənbəyinə malik olduğu halda vergiləri ödəmirsə, onda əlbəttə, heç kim ona pulsuz İTS polisi verməyəcək. Belə vətəndaşlar tibbi yardım almaq üçün özəl sektora öz hesablarına müraciət edəcəklər», — deyə millət vəkili bildirmişdir.

Lakin axı, Azərbaycanda qeyri-formal əmək bazarı az qala formal bazardan artıqdır. Və söz heç də «öz-özünə məşğulluqdan»deyil. Bir çoxları «rəsmən» çalışırlar, ancaq işəgötürənlər onları rəsmi qeydiyyata almırlar.

Daha bir məqam: kimsə hər gün xəstəxana və ya poliklinikaya müraciət edir, kim isə, bir neçə il ərzində heç vaxt bunu etməmişdir, bu halda nə etməli və yığılmış pullar necə olsun?

Bəs əgər insan ümumiyyətlə sistemdən kənardırsa və VÖEN – vergi hesabı yoxdursa? Mən şəxsən adamlar tanıyıram ki, indiyə qədər hətta yeni pasport almamış və sovet pasportu ilə yola gedirlər. Xəstəxanalara gedir, hamının ödədiyi kimi ödəyir və ödəyəcəklər. Lakin heç olmasa, İTS haqqı tələb edərək ikinci dəfə onların cibinə girməyəcəklər.

Azərbaycan sığorta eksperti Adil Aslanov Dalma News ilə söhbətində bildirib ki, icbari tibbi pilot layihəsi artıq Mingəçevir, Yevlax və Ağdaş rayonlarında sınaqdan çıxarılmışdır. Müsahibimiz yaxın vaxtlarda Azərbaycanda İTS-in işləməsinə dair ciddi şübhə bildirdi: «Axı, sxemə əsasən tibb müəssisələri özəlləşdirilməli və rəsmi olaraq ödənişli əsasa keçirilməlidir, bu isə yoxdur».

Bundan başqa, ekspert deyir ki, bir çox müəssisələrdə indiyə qədər elektron deyil, köhnə «kart sistemi» fəaliyyət göstərir. «Bu, çox uzun və mən deyərdim ki, hətta cəhənnəm işidir. Mən hesab edirəm ki, bir il ərzində onu başa çatdırmaq mümkün olmayacaq.

Bundan əlavə, hansı modeli seçəcəklər: Rusiya, Avropa, Türkiyə? Və iş də bunun üzərində gedəcək. Məsələn, türk modeli, çox bahadır, pulsuz kateqoriyalara çox az adam düşür. Rusiyada isə hər şey əksinədir.

Bundan başqa, dövlət bu il pulsuz tibbi sığortaya lazım olan məbləği ayırmayacaq, büdcədə belə bir maddə qoyulmayıb», — deyə Adil Aslanov qeyd edirю

Adil Aslanov

Bununla belə, Azərbaycanda artıq bir neçə ildir ki, əmlakın icbari sığortası tətbiq olunur. Amma əslində, bu, işləmir. Görəsən, bu məcburi tibbi sığorta ilə də baş verməyəcək ki?

Bu suala cavab olaraq ekspert qeyd edib ki, həyat və insan sağlamlığı – bu əmlak deyil. «Hər ailədə heç olmasa, ayda bir dəfə kimsə tibbi yardım üçün müraciət edir. Daşınmaz əmlakın sığortalanması halında əhalini ona müraciətə məcbur etmək üçün heç bir vasitə yoxdur. Amma MTS – bu, başqa məsələ.

Biz poliklinikalara gedirik, məsələn, bizə işə daxil olmaq üçün sağlamlıq haqqında arayış lazımdır. Və ya uşaqlara —məktəb üçün, hərbi komissariat üçün. İcbari tibbi sığorta olmadan belə bir arayış sadəcə olaraq verilməyəcək», — deyə Adil Aslanov açıqlayır.

Lakin, müsahibimiz hesab edir ki, ildə adambaşı 120 manat sığortanı heç cür təmin edib ödəyə bilməz: «Bəs, birdən insan ağır xəstəliyə, ürək çatışmazlığına düçar oldu?»

«Qanuna görə, bizdə təbabət indiyə qədər pulsuzdur. Amma hamımız bilirik ki, bu belə deyil. İTS qüvvəyə minəndən sonra biz tibbi sığortanı 120 manata alacağıq , ancaq həmçinin müalicə xərclərini ödəyə bilən könüllü sığorta da olacaq», — deyə sığorta eksperti əlavə edir.

Bəs işsizlər və ya rəsmən qeydiyyatdan keçməyənlərlə necə olsun? Ekspertin qeyd etdiyi kimi, məsələn, Rusiyada belə adamlar pulsuz tibbi sığorta ilə təmin olunurlar. «Bizdə necə olacaq – mən bilmirəm. Ola bilsin ki, əgər işsiz və ya aztəminatlı kimi qeydiyyatda durularsa, onda MTS pulsuz olacaq. Amma hələ ki, yenə də deyirəm, bizim parlamentarilər icbari tibbi sığortanın hansı modelini seçmək üzrə qəti qərara gəlməmişlər.

Zənnimcə, hökumətin bütün ölkə ərazisində icbari tibbi sığorta tətbiq edə bilməsi hələ ən azı bir neçə il çəkəcək»,— deyə müsahibimiz sözünə yekun vurdu.

 

Мəmməd Мəmmədzadə