Xarici investorlar Azərbaycanda aşağı büdcəli turistlər üçün hostellər tikməkdə maraqlıdırlar. Bu barədə Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədr müavini Müzəffər Ağakərimov bildirib.

Ölkədə belə obyektlərin kəskin çatışmazlığı hiss olunur, bu da öz növbəsində turizmin inkişaf səviyyəsinə təsir göstərir. Ağakərimovun sözlərinə görə, bir çox investorlar Bakıda hostellərin tikinti bazarında “taxtın” heç kim tərəfindən tutulmadığını biləndə, bu sektora investisiya qoymaq fikrini irəli sürüblər.

“Amma biz istərdik ki, bu sahəyə yerli investorlar yatırım etsinlər”, – assosiasiyanın nümayəndəsi qeyd edib.

O hesab edir ki, belə hostellər, ilk növbədə, Bakıda tikilməlidir. Çünki turistlərin çoxu əksər hallarda məhz paytaxta baş çəkirlər.