Türkiyədə dövlət çevrilişinə cəhdlərdən dərhal sonra Azərbaycanda da, vaiz Fəthullah Gülənin ardıcıllarına qarşı böyük kampaniya başlandı. Türkiyədəki çevriliş cəhdinin ardınca ölkədə hakimiyyəti devirməyi planlaşdıran gülənçilər indi cinayət işinin fiqurantlarına dönmüşlər. Məlumatı Azərbaycan DİN-nin rəhbəri Ramil Usubov da təsdiqləmişdir. «Azərbaycanda innən belə də FETО (Fəthullah Gülən hərəkatı) terror təşkilatının üzvlərinə qarşı lazımi addımlar atılacaqdır. Biz bundan sonra da bu problemi ən yüksək səviyyədə həll edəcəyik»,- deyə daxili işlər naziri bildirmişdir.
O, qeyd edib ki, Türkiyə və Azərbaycan terror təşkilatlarına qarşı mübarizədə uğurla əməkdaşlıq edirlər. «Həmçinin bizim Türkiyə ərazisində FETО terror təşkilatının tam aradan qaldırılması üzrə əməkdaşlığımız da davam edir»,- deyə nazir bildirib.
Bundan əlavə, Usubov ANS telekanalını Güləni dəstəkləməkdə ittiham edib. Nazirin sözlərinə görə, telekanal məhz bu səbəbdən bağlanmışdır.министр.
Azərbaycan hakimiyyətinin gülənçilərin fəaliyyəti ilə bağlı narahatçılığı üçün yetərincə çox səbəblər vardır. Qeyd edək ki, cəmi bir neçə həftə bundan öncə Fəthullah Gülən hərəkatının Qafqazdaki sabiq koordinatoru, bu hərəkatda əsas mövqe tutan və Gülənin Gürcüstandaki məktəblərini idarə edən Həyati Kuçuk, Türkiyənin Sabah qəzetinə sensasiyalı müsahibə vermişdir. Öz müsahibəsində H.Kuçuk bildirmişdir ki, gülənçilər hərəkatı rəhbərliyinin Gülənin Pensilvaniyadaki mənzil-qərargahında keçirdiyi müşavirə zamanı ona Bakıdan zəng vurmuşlar. Zəng vuran Gülənə şikayət edib ki, Azərbaycan prezidenti İlham Əliyev və onun hökuməti gülənçiləri hər vasitə ilə sıxışdırırlar. Cavabında Fəthullah Gülən Azərbaycan hakimiyyətinin ünvanına təhdidlər yağdırmağa başlayaraq bildirmişdir ki, «onların hamısını Xəzər dənizinə atacaq».
Məsələ ondan ibarətdir ki, Azərbaycanda Gülən təşkilatı ilə mübarizə barədə tez-tez məlumat verilir, belə bir şəraitdə gülənçilər Azərbaycanda öz nüfuzlarını saxlaya biləcəklərmi sualına H. Кuçuк cavab vermişdir ki, gülənçilər hər yerdə gizli fəaliyyət göstərirlər. «Azərbaycanda da gülənçilər gizli fəaliyyət göstərir və orada onlar az deyillər. Gülən həmişə demişdir ki, biz bir dəfə gəldiyimiz yerləri heç vaxt tərk etmirik. O, deyib ki, Rusiyada bəzi məktəblərin bağlanmasına baxmayaraq, Rusiya Federasiyasının subyektlərində, onlar hələ də fəaliyyət göstərir. Bu, reallıqdır. Əgər onlar İlham Əliyevi devirsəydilər, Azərbaycan tamamilə onların əlində olardı. Vahid xalq və iki dövlət olmaqla, biz gülənçiləri tarixin zibilliyinə tullamalıyıq»,- deyə Кuçuк vurğulamışdır.
Qeyd edək ki, Həyaти Кuçuк 25 il Gülən hərəkatına xidmət etmişdir. Lakin üç il bundan əvvəl o, təşkilatı tərk etmiş və mətbuatda gülənçilərin bütün əməllərini ifşa edir.
Azərbaycan prokurorluğunun məlumatına görə, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra gülənçilər həqiqətən də Azərbaycanda analoji tədbirlər planlaşdırırdılar. «Azərbaycan Respublikası ərazisində qanunsuz hərəkətlərin qarşısını almaq məqsədi ilə ölkənin Baş prokurorluğunda Fəthullah Gülənin terror təşkilatının tərəfdarlarına qarşı Azərbaycan Cinayət məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılmışdır»,- deyə Azərbaycan Baş prokurorluğunun mətbuat katibi Eldar Sultanov bildirmişdir.
Heç şübhəsiz, əgər qiyamçılar Ərdoğanı devrirməyə və hakimiyyəti ələ keçirməyə nail olsaydılar, gülənçilər Azərbaycana qarşı böyük bir mübarizə cəbhəsi açardılar. Və bu, sadəcə sözlər və gurultulu bəyanatlar deyil. Həm Türkiyənin baş naziri, həm də və xin-nin rəhbəri açıq şəkildə bildirirlər ki, türk islamı – Gülən protestantlığının kök atdığı digər türk ölkələrində olduğu kimi, gülənçilər Azərbaycanda da dövlət çevrilişi planlaşdırırlar. Yəqin, Binəli Yıldırım və Mövlud Çavuşoğlu kimi bu qədər ciddi siyasətçilər faktlara əsaslanmayan cəfəng sözlərə yol verməzlər.
Azərbaycan hakimiyyətinin ən çox sualı müxalif Xalq Cəbhəsinin lideri Əli Kərimlinin ünvanınadır. Ötən ilin sonunda Nərdarandaki üsyanın təşkilində məhz onun tərəfdarlarının əli olduğunu hesab edirlər. O vaxt aqressiv fikirli klerikalların əlləri ilə səkkiz nəfər, o cümlədən bir necə polis əməkdaşı həlak olmuşdu.
Doğrudur, Kərimlinin özü sanki son vaxtlar kursu dəyişdirrməyə cəhd göstərir. Türk qiyamı uğursuzluğa uğrayandan sonra o, həm Azərbaycanda, həm də Türkiyədə legitim hakimiyyətə dəstəkdən danışmağa başladı. Lakin hüquq-mühafizə orqanlarının əlində məhz onun tərəfdarlarının gülənçilələrlə çox sıx əməkdaşlığı və onlardan əsas etibarilə maliyyə piramidaları vasitəsilə pul almalarına dair təkzibolunmaz dəlil-sübut vardır. Uzun illər boyu Kərimlinin yaxın silahdaşı jurnalist Qənimət Zahidin «Azərbaycan saatı» adlı mənfur teieviziya verilişi «Barış TV» türk telekanalının efirində çıxırdı. Veriliş başdan-başa Azərbaycan hakimiyyətini köhnə və unudulmuş «soyuq müharibə»nin siyasi nifrət janrında əsassız olaraq ləkələməyə həsr olunmuşdu.
Rəsmi Bakı kluarlarında tez-tez belə bir sual yaranırdı ki, nəinki ittifaq, həm də iki prezidentin şəxsi dostluq səciyyəsi daşıyan münasibətlərinə baxmayaraq, necə olur ki, Ərdoğan hökuməti öz TV-də bu kimi bədxah çıxışlara icazə verir?! Bu, bir çox hallarla cavabsız və ritorik sual idi, odur ki, türklər çiyinlərini çəkmişlər.
Dövlət çevrilişinə cəhdlərdən dərhal sonra, Türkiyə hökuməti ilk növbədə məhz Barış TV telekanalını bağlayır. Sən demə, o, birbaşa efiri digər məsələlərlə bahəm, böyük ruh yüksəkliyi ilə аntiəliyev təbliğinə həsr etməklə yanaşı, həm də elə gülənçilyin bariz carçısılarından biri imiş. Bəlkə elə buna görə vaxtilə Türkiyə rəsmiləri çiyinlərini çəkmişlər?!
Ən paradoksalı odur ki, telekanal bağlandıqdan sonra Kərimli və onun təşviqatçıları Türkiyə hakimiyyətinin terrorizmdə ittiham etdiyi Fəthullah Gülənlə öz əlaqələrini təkzib etməyə başladılar. Halbuki, telekanal Güləni və hazırki Türkiyə hakimiyyətinin devrilmə zəruriyyətini açıq-aşkar təbliğata görə bağlanmışdı.
Amma hakimiyyətin opponentləri isə hesab edirlər ki, gülənçi hərəkatın Azərbaycandaki rejim üçün real müxalifət kimi şərhi əsassızdır. Gülənin təhsil sistemi, KİV, biznes strukturları Azərbaycana SSRİ –nin süqutu dövründə kök salmağa başlamışdı. Gülən emissаrlarы əvvəlcə prezidentlərdən Mütəllibov, sonra Elçibəy, daha sonra isə elə Heydər Əliyev vaxtında da münasibətlər qururdular. Azərbaycanda idarə sistemi ilə az-çox tanış olan hər kəs çox gözəl dərk edir ki, həmçinin ardıcıl olaraq bütün siyasi sistemə sərt nəzarət edən dövlətə müxalifətin təsiri mümkün olmadığı kimi, dövlətin iştirakı olmadan belə coşqun fəaliyyətin inkişafı da qeyri-mümkündür.
Tənqidə o fakt da davam gətirmir ki, 23 ili hazırkı rejimin payına düşən 25 il ərzində, hüquq-mühafizə orqanları, Təhsil nazirliyi, müxtəlif ekspertlər böyürlərində Gülən şəbəkəsinin mövcudluğunu hiss etməmişlər və gülənçilərin sərbəst fəaliyyəti barədə Ərdoğan hökumətinin Azərbaycan hakimiyyətinin ünvanına etdiyi iki məzəmmət olmasaydı, heç indi də fərqinə varmazdılar.
İlk belə xəbərdarlıqdan sonra – 2014-cü ildə Prezident administrasiyası da daxil olmaqla bir sıra dövlət qulluqçuları öz vəzifələrini itirmişlər. Lakin onların gedişi gülənçilik və ya nurçuluqla rəsmən bağlı deyildi. Gülənçillərin təhsil sistemi saxlanılır, onların yerli Saman TV telekanalı Xəzər TV-yə çevrilib, radio FM Burj isə Araz kanalında yayımlanır.
Müxalifət haqqında o vaxt ümumiyyətlə heç bir şey deyilmir və heç kim onu Gülən ilə əlaqələrdə ittiham etmirdi. Belə bir sual yaranır: Azərbaycanda gülənçillərin 25 illik fəaliyyəti ərzində onun on minlərlə məzunu dövlət və biznes strukturlarında mövqe tutdular. Onların çoxu vakansiya əldə etmək üçün dövlət müsabiqələrində iştirak edir və onları uğurla alırdılar. Bu, müxalifətin himayəçiliyilə baş verə bilərdimi? Əgər belədirsə, bu, o deməkdirmi ki, dövlətə Azərbaycanda müxalifət nəzarət edir?
Müxalif «Turan» agentliyinin qeyd etdiyi kimi, indiki аntigülən dalğası Türkiyədə iyul hərbi qiyamının uğursuzluğundan və bunun ardınca Gülənlə əməkdaşlıq barədə müxalifətin deyil, İlham Əliyev hökumətinin ünvanına edilən məzəmmətlərdən sonra başlandı. Rəsmi Bakı bu dəfə öz sıralarında növbəti təmizləmələr aparmaq əvəzinə, Xalq Cəbhəsini Gülənin Azərbaycandaki özəyi elan edərək, onun sıralarındaki ənənəvi opponentlərinə qarşı təzyiqə başladı.
Məqsud Talıblı (Bakı)