Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) fəaliyyət planına uyğun olaraq, Mərkəzin sifarişi ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin hazırladığı “Erməni dili” adlı tədris vəsaiti nəşr edib.

Sputnik Mərkəzin on-line resursuna istinadən xəbər verir ki, tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlıdır. SAM-ın dəstəyi ilə nəşr edilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu tədris vəsaiti 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis.

Bu kitab Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, erməni tarixinin orijinal dildə oxunmasında və Ermənistanın daxili siyasəti haqqında daha geniş məlumat toplamaqda informasiya müharibəsi şəraitində işləyən Azərbaycan mütəxəssisləri üçün yeni imkanlar yaradır.