İyulun 26-31-də Qroznıda A.M.Qorçakov adına İctimai diplomatiyaya dəstək fondunun hər il keçirilən “Qafqaz dialoqu–2016” beynəlxalq elmi-təhsil layihəsi keçdi. Layihə çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Rasim Nəsrəddin oğlu Musabəyov EADaily ilə eksklüziv müsahibəsində Qarabağ münaqişəsi üzrə danışıqlar prosesindən gözlədikləri, Azərbaycaınn avrasiya inteqrasiyasında iştiraka və Türkiyə ilə hərbi əməkdaşlığa münasibətlərindən danışmışdır. 

Azərbaycanda konstitusiya islahatı, vitse-prezident vəzifəsinin tətbiqi nə ilə əlaqədardır?

Mənə bu suala cavab vermək çətindir, çünki orada çox güman ki, hər hansı bir siyasi məqsədəuyğunluq var. Təşəbbüs prezident aparatından göstərilmiş, Konstitusiya məhkəməsinə yetərincə tez verilmiş və düzü, mən hələ ki, bu təşəbbüsün müəlliflərindən, xüsusilə, bu məsələ ilə məşğul olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza məsələləri üzrə şöbə müdiri Şahin Əliyevdən, arqumentləşdirmə görməmişəm. Odur ki, bu mənada deməyə çətinlik çəkirəm.

Amma bir halda ki, bu təşəbbüs yenə də prezident aparatından gəlir, çox güman ki, onun arxasında kifayət qədər ciddi siyasi məqsədəuyğunluq durur. Mən hesab edirəm ki, təyinatlar yaranan zaman onlar özləri məhz nə kəsb etdklərini açıqlayacaqlar.

Prezidentlərin Sankt-Peterburqdaki görüşündən sonra sizin Qarabağ münaqişəsinin həllinə dair danışıqlara ümidləriniz necədir? Danışıqlar prosesində sıçrayışa ümid varmı?

Məsələ ümiddə deyil. Azərbaycan deyirdi ki, məzmunlu danışıqlara başlamaq lazımdır. Və ümumiyyətlə, onlar sanki başlandı. Lakin bununla yanaşı, təcrübə göstərir ki, bu məzmunlu danışıqlar təəssüf ki, hansısa məsul nəticələrə gətirib çıxarmadı. Biz ümid etmək istərdik ki, bu dəfə belə olmayacaq.

Hər halda mən də, erməni analitiklər də və ümumiyyətlə Azərbaycanda biz də qeyd edirik ki, nizamlamada hansısa bir irəliləyişə nail olmaq üçün həm vasitəçilərin, həm də beynəlxalq təşkilatların fəaliyyətndə məsələnin irəliləyişi çərçivəsində misilsiz fəallıq müşahidə olunur. Mənə görə, vuruşmaqdansa danışmaq və hansısa həll yolları tapmağa çalışmaq daha önəmlidir.

Belə fəallıq hansısa nəticələrə gətirib çıxaracaqmı?

Təəssüf ki, mənim intuisiyam irəliləyiş şansının çox deyil, əksinə daha az olduğunu göstərir. Amma mən çox yaxşı alternativlər olduğunu bilirəm. Bəlkə də bunu anlamaq həm vasitəçilər, həm də tərəflərin hər halda irəliyə doğru hərəkəti təmin etməsinə təkan verər.

Azərbaycanda ATƏT-in Minsk qrupunun işindən narazılıq və onun tərkibini genişləndirmək, yaxud danışıqların formatını dəyişmək çağırışları səslənir. Bu barədə nə düşünürsünüz?

Xeyr, bu, qeyri-realdır, həm də elə bir mənası yoxdur. İndi ATƏT-in Minsk qrupunun formatını dəyişdirmək üçün danışıqları kənara qoyub, məzmunlu məsələlərdən prosedur məsələlərə keçmək lazımdır. Bu mənim fikrimcə, mənasız işdir.

Əgər həmsədrlər prosesi müstəqil irəlilətmək iqtidarında deyillərsə, prosesə Avropa Birliyinin potensialını qoşmaq üçün bunu daha geniş əsasda etməyə cəhd göstərmək başqa məsələdir (ona görə ki, Minsk qrupu təkcə həmsədrlərdən ibarət deyil). Almaniya müəyyən səyləri gücləndirə bilər. Əgər biz bu münaqişənin sərhəd şərtlərini tapa bilmiriksə, tutalım, belə deyək — çərçivədaxili şərtləri, beynəlxalq birlik Minsk konfransının simasında bu çərçivə şərtlərini elan edə bilər.

Türkiyə danışıqlar prosesində daha fəal iştirak etmək marağını ifadə edir. Azərbaycan bunun lehinə, Ermənistan isə qəti əleyhinə çıxış edir.

Bu, vəziyyəti dəyişmir, ona görə ki, Türkiyə onsuz da iştirak edir. Türkiyə bu məsələdə Ermənistanla danışmır, ancaq Rusiya və Amerika ilə söhbət aparır.

Türkiyə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaq istəyir. Bu mümkündürmü?

Mümkün deyil, bunun üçün Türkiyənin Ermənistanla diplomatik əlaqələr qurması lazımdır. Və mənə görə, Türkiyənin dördüncü quyruq bulayan vasitəçi olmasındasa, sadəcə bizim tərəfimizdə olması daha yaxşıdır.

Bəzi Azərbaycan ekspertləri bir sıra hərbi obyektlərin Türkiyəyə ötürülməsini Bakı tərəfindən Moskvaya jest kimi qiymətləndirmişlər.

Hansısa hərbi obyektlərin verilməsindən danışmaq, necə deyərlər, şişirtmə olardı. Salyan kazarmaları deyilən yerdə Türkiyə hərbi müşavirlərinin yerləşdiyi bina Türkiyənin Bakıdaki hərbi attaşesinə verilir. Mənası: Türkiyə hökuməti bu binanı almaqla öz balansına götürərək, onu təmir və avadanlıqla yenidən təchiz etməyə hazırdır. Praktiki baxımdan, Türkiyə məsləhətçiləri necə ki orada idilər, elə orda da qalırlar. Məzmunca heç nə dəyişməyib, eyni zamanda, türk hərbçilərii Nasosnıdaki aerodromdan eynilə bu cür uzun müddət Əfqanıstana tranzit üçün istifadə etmişlər. İndi onlar üçün xüsusi terminal ayrılmışdır.

Ruslar niyə heç bir reaksiya vermirlər? Ona görə ki, reaksiya verməli heç nə yoxdur. KİV informasiyanı yoxlamadan,rəsmi izahat gözləmədən Azərbaycanda Türkiyə hərbi bazalarına dair hay-küy qaldırmışdır, halbuki, mövcud vəziyyəti dəyişə bilən heç nə baş verməmişdir. Məgər Rusiya Azərbaycanda Türkiyə hərbi məsləhətçilərinin olduğunu bilmirdimi? Bilirdi.

Azərbaycanda Avrasiya inteqrasiyasına necə yanaşırlar?

Azərbaycanın bu layihəyə heç bir ideoloji allergiyası yoxdur. Ona bizə çox yaxın tərəfdaş Belarus, demək olar ki, müttəfiqimiz olan Qazaxıstan daxildir. Rusiya ilə bizim çox sıx əlaqələrimiz var. Bizdə heç hansı qeyri-rəğbət yoxdur, lakin bu, o demək deyil ki, bizə yalnız belə dediklərinə görə hər hansı formata gedə bilərik.

Əvvəla, qoy göstərsinlər ki, bu format, həqiqətən də işləyir, o, konkret fayda gətirir, onda məsələ nəzərdən keçirilə bilər. Ancaq sadəcə hansısa ideoloji, geosiyasi çağırışlar naminə Azərbaycanın harasa daxil olmasının mənası yoxdur.

Axı, biz ora-bura çapan Ermənistandan fərqli olaraq, heç assosiativ müqavilə də imzalamamışıq. Biz hansısa bir hərəkət etməmişik. Amma əgər Azərbaycanın Avrasiya birliyinə daxil olan ölkələrlə iqtisadi və siyasi münasibətlərinin həcminə nəzər salınsa, bunun Aİİ üzvü olan Ermənistanınkindən daha möhkəm və daha sərfəli olduğunu müşahidə etmək olar.

Söhbəti Hayk Xalatyan apardı