Mayın 1-dən Bakıda Şopinq (Alış-veriş,ticarət) festivalına start verilib. Bu, sayca artıq üçüncü ticarət festivalıdır. Əlbəttə, bu hadisə hələlik, dünya ticarət industriyası mərkəzinə dönməmişdir, ancaq artıq elə turistlər var ki, Bakıya məhz həmin bu festival dövründə gəlirlər.

Budur, Rusiyadan olan turist Anastasiya Dalma News müxbirinə müsahibəsində danışdı ki, ticarət festivalı haqda KİV-dən öyrənmişdir. «Etiraf edirəm ki, mən dəhşətli şopoqolikəm(alış-veriş həvəskarı). Müxtəlif şeylər almağı dəlicəsinə sevirəm,özü də mallar endirmlə satılırca, bu mənim üçün xüsusilə xoşdur. Gizlətmirəm, Bakını çoxdan görmək istəyirdim, çünki foto-şəkillərdə mən sadəcə olaraq bu şəhərə vurulmuşdum. Azərbaycan paytaxtında şopinq festivalı keçirildiyini öyrənən zaman icə dərhal başa düşdüm ki, bumənim bəxt və taleyimdir. İndi Rusiyada may bayramlarıdır, mən məhz bu bayramlarla əlaqədar Bakıda özümə bir neçə yaxşı şey almağa imkan tapdım»,—deyə o söylədi.

İrandan gəlmiş turist Аlimə Dalma Newsin müxbirinə bildirmişdir ki, Bakıya ticarət festivalına görə gəlməsə də, mağazalardan birində alış-verişdən sonra mənə bu haqda danışanda və Tax Free (Pulsuz vergi) sistemi vasitəsilə xərclədiyim pulun bir hissəsini geri almaq təklifını eşidəndə məni xoş bir heyrət bürüdü. «Son zamanlar Bakı mənim sevimli istiqamətlərimdən biri olmuşdur. Və hər səfərim zamanı, bu isə artıq 5-ci gəlişimdir,mən müxtəlif xoş sürprizlərlə rastlaşıram. Ticarət festivalı – onlardan biridir», —deyə o bildirir.

Ovucun içindəkitək məlumat

Qeyd etmək lazımdır ki, Bakı şoppinq festivalına dair xüsusi internet səhifəsi yaradılmış və orada festival haqqında hər cür informasiya ilə tanış olmaq mümkündür. Hər yeni hadisə ilə əlaqədar Festivala qatılan mağazaların sayı, artır! Yalnız Bakı Alış-veriş Festivalının keçirildiyi günlərdə xüsusi kampaniya və endirim aksiyaları çərçivəsində alıcılar dünyanın aparıcı markalarından paltar, elektronika,məişət texnikası, мебел, ətriyyat və kosmetika, eləcə də digər malları xüsusi qiymətlərlə ala bilərlər. Festivala həmçinin supermarketlər də qoşulmuşdur.

Festival çərçivəsində həm yerli, həm də xarici ölkə vətəndaşları endirimlərlə yanaşı, «Baku Shopping Festival – TaxFree» stikeri qeyd olunan bütün mağazalarda 100 manatdan (təxminən 59 dollar) artıq məbləğdə alış-veriş halında Tax free sistemi vasitəsilə xərclənən pulun bir hissəsini qaytarmaq imkanı əldə edəcəklər. Məbləğin qaytarılması həm nağd, həm də bank hesabı/karta köçürmə yolu ilə həyata keçiriləcək.

Yuxarıda qeyd edilən imkanlarla yanaşı, festival zamanı qiymətli prizlər uduşu ilə xüsusi «mobil» lotereya, əyləncəli şopinq mоl oyunları, eləcə də digər əyləncəli tədbirlər təşkil ediləcək.

Qeyd etmək lazımdır ki, Bakı Alış-veriş Festivalı 2017-ci ildən etibarən bir ay müddətilə ildə iki dəfə keçirilir və Azərbaycan vətəndaşlarına, eləcə də şəhərin qonaqlarına əlverişli şopinq üçün nadir imkanlar verir. 10 aprel — 10 may 2017-ci ildə keçirilən ilk festivaldan bu günədək keçən müddətdə Bakı Alış-veriş Festivalı böyük uğurlar əldə etmiş, beynəlxalq ictimaiyyətin diqqətinə və yerli alıcıların müsbət rəylərinə layiq görülmüşdür. Beləliklə, 2017-ci ilin yaz və payızında iki alış-veriş festivalı keçirilmişdir. Ümumiyyətlə, bu müddət ərzində Festivalın rəsmi iştirakçıları şəbəkəsinə 600-dən çox mağaza qoşulmuş, Тax free sistemi vasitəsilə pul qaytarılması üzrə 71,331 əməliyyat keçirilmiş və yerli alıcılarla yanaşı, 6,500 – dən artıq turist həmçinin Тax free sistemindən istifadə etmişdir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin «Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» 1 sentyabr 2016-cı il tarixli fərmanına əsasən keçirilən alış-veriş festivalları Mədəniyyət nazirliyi nəzdində Azərbaycan Konqreslər bürosuna həvalə edilib.

40 milyon manatlıq dövriyyə

«Mən hesab edirəm ki, Türkiyə və Çin istehsalçıları Bakı ticarət festivalı çərçivəsində öz məhsullarının təşviqinə görə, Azərbaycan hökumətinə minnətdar olmalıdırlar. Məsələ ondadır ki, Şopinq festivallar təqdim olunan məhsulların 75%-i yerli istehsal olduğu zaman səmərə verir. Yeri gəlmişkən, bu qəbildən olan festivallar Türkiyədə ildə bir neçə dəfə keçirilir. Azərbaycanda isə ticarət festivalı çərçivəsində məhsulların yarıdan çoxu xarici istehsaldır. Amma biz hələ ki, məhz bu sahənin inkişafının ilkin mərhələsindəyik», — deyə iqtisadçı Natiq Cəfərli Dalma Newsə müsahibəsində bildirmişdir.

Onun sözlərincə, şübhəsiz, bu gün alıcıların əsas kütləsi yerli sakinlərdən ibarətdir. Yalnız kiçik bir qismi İran, Ərəb ölkələri, Gürcüstan, Rusiya və Türkiyədən olan turistlərdir. Turistlərin əsas axını isə bu gün Azərbaycan respublikasının paytaxtına ticarət festivalı üçün deyil, sadəcə, ölkəmizə vaxt keçirmək istəyilə səfər edir. Yeri gəlmişkən, bunun üçün, hökumət şərait yaradıb və bir sıra dövlətlərin vətəndaşları üçün vizaların alınma prosesini yüngülləşdirilmişdir.

«O cümlədən, yerli əhali üçün fəaliyyət göstərən Tax Free sistemi bir qədər anlaşılmazlıq doğurur. Bütün dünyada, o, adətən, yalnız əcnəbilərə şamil olunur. Bir tərəfdən, bu, əlbəttə, yerli əhali üçün faydalıdır, ancaq məntiqə uyğun deyildir», — deyə iqtisadçı hesab edir.

Onun sözlərinə görə, ticarət festivalının maliyyə dövriyyəsi təxminən 30-40 milyon manat qədər qiymətləndirilir. Əlbəttə, büdcəyə bu məbləğin kiçik bir hissəsi düşür. Məsələ ondadır ki, dövlət büdcəsi vergilər hesabına dolur. Əgər kiçik və orta biznes ticarət festivalı çərçivəsində qazana bilərlərsə, elə sadalanan vergilər Dövlət büdcəsinin gəlirlərini təşkil edəcək.

Alış-veriş festivalları bütün dünyada məşhurdur

Qışda ticarət festivalı – Dubai Shopping Festival öz işinə başlayır. Global Village yarmarka kompleksində 70-dən artıq ölkə öz pavilyonlarını açır. Festivalın əsas xüsusiyyəti çox qiymətli prizlərlə müşaiyət olunan gündəlik lotereyalardır: onların arasında xeyli qızıl (734 kq), otuz «Rolls-Rоys» və böyük məbləğdə nağd pul vardır.

Sakit okeanın qərb hissəsində Guam adasında da şopinq-festival keçirilir. Guamdaki əsas şopinq TGalleriaBy DFS, The Plaza и TumonSandsPlaza premial malları ilə ticarət mərkəzlərinin yerləşdiyi paytaxt Tumonda cəmləşmişdir.

Alış-veriş festivalı Koreyada xüsusi olaraq turistlər üçün təşkil olunur və bütün böyük şəhərlərdə keçirilir. İstəyənlərə mal 70% – ə qədər endirimlə təklif olunur. İstanbul Shopping Festivalı isə yalnız yüksək güzəştlərlə deyil, həm də müxtəlif mədəni proqramlarla məşhurdur. Sinqapurdaki Böyük endirimlər yarmarkasının vaxtı isə hələ təsdiq edilməmişdir, lakin məlumdur ki, mağazalarda endirimlər 80%-ə çatacaq.

 

Таtyanа Ələkbərovа