Azərbaycanın ən iri sənaye obyekti – “Sumqayıt Texnologiyalar Parkı” ciddi maliyyə problemilə üzləşərək öz əməkdaşlarını kütləvi şəkildə ixtisara salıb işdən azad edir.

Haqqin.az”ın “Azadlıq” radiosuna istinadla verdiyi xəbərə görə, bu sənaye komrleksinə daxil olan bir neçə zavod artıq öz fəaliyyətini dayandırmışdır.

Maaşların ödənilməməsinə açıq etiraz edən bir qrup əməkdaş ixtisar bəhanəsilə zavoddan azad ediləndən sonra müəssisələrdə işçilərin etirazları bir qədər səngimişdir.

Oxşar vəziyyət enerji və bir sıra infrastruktur obyektlərinin tikintisilə məşğul olan “Azenco” ASC-də də yaşanır.

Yerli işçilər əməkdaşların ixtisara salınmasını yeni dövlət sifarişlərinin olmaması ilə izah edirlər. Hazırda Sumqayıtın daha iki iri sənaye nəhəngi olan boruyayma və alüminium zavodları da öz işilərini dayandırmışlar.