Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edən Tehranə Bəhruzi “Mrs. Top of the World-2015” beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək.
Müsabiqə noyabr ayının 13-dən 18-ə qədər Antalyada keçiriləcək.
“Mrs. Top of the World-2015” müsabiqəsi “IntRIGA World” fondu tərəfindən təsis edilib və xeyriyyə xarakteri daşıyır. Müsabiqədə 26 yaşdan 46 yaşa qədər olan qadın və qızlar iştirak edə bilər – subay, evli, uşağı olan və ya olmayan.
Müsabiqənin proqramına müxtəlif mədəni tədbirlər, fotosessiyalar və mətbuatla görüş daxildir.
Tehranə Bəhruzi 1986-cı ildə sentyabr ayının 7-də Rusiyanın Xabarovsk bölgəsində anadan olub. Hal-hazırda Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır. Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib.