Son illər Azərbaycanda tütün məhsulları ilə bağlı bütün xəbərlər demək olar ki, qiymətlərin artırılması haqqındadır. Budur,elə bu günlər ölkədə siqaretin 10 avrosentdən 15 avrosentədək bahalaşması qeydə alınmışdır.
Bahalaşma aksiz dərəcələrinin artırılması ilə izah olunur. Azərbaycan KİV-nin verdiyi məlumata görə, fevralda tütün məhsullarının idxal aksizləri artmışdır. Azərbaycan Nazirlər kabinetinin qərarına əsasən, vergi, xüsusilə siqaret idxalına artır — 1 min ədəd siqar üçün 12-dən 28 manatadək (6-14 avro), biri 1 manat olmaqla min ədəd siqar üçün— 20 manat.
Nə baş verir? Siqaret cəkməklə mübarizə? Büdcənin siqaret çəkən ölkə vətəndaşlarının hesabına artırılması? Yerli sahibkarların dəstəyi? Dalma News azərbaycanlı ekspertlərilə sorğu aparmaq qərarına gəlmişdir. Vəziyyətlə bağlı öz fikri ilə ilk olaraq Davamlı inkişaf tədqiqatlar mərkəzinin rəhbəri Nəriman Ağayev bölüşdü.
– Azərbaycanda siqaret növbəti dəfə bahalaşıb. Bu nədən irəli gəlir? İqtisadi əsaslandırmalar, yoxsa vətəndaşların sağlamlığının qayğısı?
– Əhalinin sağlamlıq qayğısı – bu, çox güman ki, bəhanədir. Bizim təşkilat təxmini hesablama aparmışdır: yalnız siqaret və digər tütün məmulatlarının bahalaşmasından hər il büdcəyə əlavə olaraq 210 milyon manatdan artıq (105 milyon avro)vəsait gələcəkdir. Dövlət bu və digər mənbə,ya ehtiyatlardan İstifadə etməklə pensiya və maaşları artıra bilər.
—Siz bunu hökumətin haqlı hərəkətləri hesab edirsinizmi?
— Zənnimcə, bu normaldır. Mən özüm çəkən adamam və başa düşürəm ki, mənim siqaretə sərf etdiyim pul sosial xərclərə gedəcək. Maaş və pensiyaların artırılmasının inflyasiyaya gətirib çıxaması isə başqa məsələdir. Belə ki, biz bunların hamısının nəticəsini ilin sonunda, ola bilsin, hətta ilin ortasında görəcəyik
— Xarici tütün qədər olmasa da, yerli tütün məhsulları da bahalaşır. Bu, Azərbaycanda tütün sənayesinin inkişafını sürətləndirəcəkmi?
— Yox, düşünmürəm. Böyük tütün zavodu tam gücü ilə işləmir, o hələ tikilib başa çatdırılmamışdır. Sonra isə xammal, komponentlər, yarımfabrikatlar lazım olacaq. Əgər öz siqaret istehsalımızın həcmini artırmaq istəyiriksə, bizə filtrlər, kömür və kağız lazımdır. Onlar idxal ediləcək, bunu isə valyuta ilə ödəmək lazımdır.
—Artıq Naxçıvanda istehsal olunan çox yaxşı siqaretlər var. Onlar nisbətən ucuzdur, amma bunları Bakıda tapmaq çətindir …
— … Hər halda, tütün – bu zəhərdir (gülümsəyir).
— Gəlin, başqa bir məqama toxunaq. Azərbaycanda «İctimai yerlərdə siqaret çəkməyin qadağası haqqında» qanun qəbul olunmuşdur. Dayanacaqlarda, kafelərdə və s. siqaret çəkmək olmaz. Bu, sağlamlığa qayğı ilə izah olunur. Ancaq axı, bir il-ilyarımdan sonra aydın oldu ki, qanun işləmir. Əvvəllər çəkdikləri kimi, çəkməkdə davam edirdilər …
— Problem ondadır ki, ölü doğuimuş qanunlar olur. Və bundan əlavə, qanunlar üzrə nizamnamələr, əsasnamə aktları hazırlamalı idilər: inzibati pozuntu zamanı, tutalım, birisi dayanacaqda siqaret çəkərkən cərimə etmək hüququna kimin malik olması müəjjən edilməli idi. Vergi əməkdaşları , o cümlədən bələdiyyə məmurları bununla məşğul olmayacaqlar. Bu naqislik və boşluğa diqqət yeirilməmiş və məsələ öz həllini tapmamışdır. Axı, ödənilməmiş cərimələrə görə dövlətin əldən verilmiş gəlir üzrə zərərlərini də hesablamaq mümkün idi. Nə qədər fiziki və hüquqi şəxslər cəzalandırılır? Biz bunu bilmirik, çünki bu qanunun əməl olunmasına nəzarət edən yoxdur…
— Amma Gürcüstanda bu qanun işləyir, həm də çox yaxşı…
— Gürcüstanda çox şey yaxşı işləyir…
Öz növbəsində, Azərbaycanın Azad istehlakçılar birliyinin (АAİB) başçısı Eyyub Hüseynov Dalma Newsə müsahibəsində bildirib ki, insan hüquqlarının, o cümlədən istehlakçıların hüquqlarının müdafiəçisi olaraq, təhlükəli mallara əlçatmanı yolverilməz hesab edir.
— Başqa sözlə, siz ilk növbədə idxal məhsullarını nəzərdə tutan tütün məmulatına qiymət artımını dəstəkləyirsiniz?
— Biz siqaretləri təhlükəli məhsul hesab edirik. İstehlakçılıq siyasəti nöqteyi-nəzərindən mən bunu bəyənirəm. Bununla yanaşı, dövlət büdcəsinə daxil olan vəsaitləri artırmaq amili də var. Daxili istehsalı stimullaşdırmaq amili də var, axı, Sumqayıtda tütün fabriki açılmışdır.
— Azərbaycanda tez-tez müxtəlif qanunlar qəbul edilir ki, işdə həyata keçirilmir. ictimai yerlərdə siqaret çəkməyə qadağanı xatırlayaq . Onu ki, pozmaqda davam edirlər, bəs onda vətəndaşların sağlamlığının qorunması harda qaldı?
— Pozuntuların – qanuna riaət olunmamaların səbəbi ondadır ki, qərar qəbul edən insanlar bunu yaxşı niyyətlə etsələr də, ictimaiyyətin dəstəyini qazana bilmirlər. Bu halda bütün təşəbbüslər boşa çıxıb hədər gedə bilər. Bundan əlavə, qanunun əməl olunmacına nəzarət etməli olan strukturlar önəmli deyillər. Onlar cəmiyyət və KİV ilə əməkdaşlıq etmirlər.
— İstehlakçıların hüquqlarına qayıdaraq qeyd etmək lazımdır ki, siqaret çəkənlər də öz hüquqları olan insanlardır. Və məgər siqaretə total qadağa goymaq düzgündürmü? Siqaret çəkmə yerləri haradadır –bu barədə heç kim danışmır…
— Bəli, əlbəttə ki, bu, düzgün deyil. Qanunvericiliklə siqaret çəkmək üçün yerlər nəzərdə tutulmalı və aydın qeyd olunmalıdır.
* * *
Azərbaycan dünyanın ən çox siqaret çəkən ölkələri sırasındadır,odur ki, tütün məhsullarına aksizlərin artırılması qaçaqmalçıların gəlirlərinin artmasına səbəb olacaq. Bakının siqaret çəkən əhalisi arasında aparılan sorğu göstərdi ki, adamlar qiymətlərin artmasından o qədər də narahat deyillər. Bir çoxları yerli istehsal siqaretlərinə keçir (hərçənd, onları hələ axtarmaq lazımdır), digərləri isə kontrabanda tütün məhsulları alırlar. Taksi sürücüsü M.Şamilin Dalma Newsə sölədiyi kimi, o hələ qiymətlər qallxana qədər də siqareti tütün mağazalarından almırdı: «Hamı şəhərdə nisbətən ucuz qiymətə harada yaxşı siqaret satıldığını yaxşı bilir. Polis də bilir, alıcılar da».
Мəmməd Мəmmədzadə