Muğam – Qafqazda azərbaycanlıların musiqi fərdiyyəti və özünəməxsusluğunun vizit vərəqəsidir. O, hər şeyi ifaçılığın digər üslublarından fərqli olaraq daha çox birləşdirir: tolerantlıq, sevgi, birlik və əmin-amanlıq hissi doğurur. Harmoniya axtarışına sövq edir,ona nail olmağa yardım göstərir …

Bəs klassik musiqi nəzəriyyəsi baxımından muğam nədir? Bu, azərbaycanlıların folklor musiqisinin adətən improvizə yolu ilə ifasını səciyyələndirən əsas janrıdır. Muğam təkcə Azərbaycanda yayılmamışdır. Ona Yaxın Şərq xalqlarının əksəriyyəti – türklər, ərəblər, farslar və türkmənlər arasında da rast gəlinir. Muğamın müstəsna, nadir musiqiləşdirilmə üslubları bir şeylə oxşardır: minor, çox vaxt fəlsəfi süjetlərin lirik ifası ilə. Amma ərəb muğamını məsələn, fars muğamı ilə səhv salmaq mümkün deyil – hər bir istiqamətin öz istisnaları və süjet xətlərinin yerləşdirilmə spesifikası vardır.

Axı, onun bütün Yaxın Şərqdə məşhur olduğu məlum ola-ola, muğam nə üçün tez-tez Azərbaycanla assosiasiya olunur? İş burasındadır ki, geniş vüsət tapmış və sonralar janrın bütövlükdə Avropa və Qərbdə inkişafına imkan vermiş əsas nəzəri və tarixi musiqi əsərləri müstəsna olaraq Azərbaycan ustaları, musiqişünasları və xalq ifaçıları tərəfindən tərtib edilmişdir.

Bütün dünyanın bu musiqiyə heyranlığı belə bir faktla sübuta yetir: 2008-ci ildə YUNESKO muğamı bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şedevrlərindən biri elan etmişdir. Bu təşkilatın rəsmi saytında həmin musiqi forması haqqında foto və video-lentin qoyulduğu kiçik məruzə ilə tanış olmaq mümkündür.

YUNESKO saytındaki kiçik məqalə bu nadir mədəni fenomenin tarixində böyük bir səhifədir.Avropa dinləyicisi üçün ilk qeyri-adi ekzotik “muğam” sözü ilə val yalnız 1906-cı ildə gözə dəyir: ingilis səhmdar cəmiyyəti “Qrammofon” onu kiçik intriqa ilə buraxır. O, “müsəlman Şərqilə maraqlanan hər kəs üçün çıxır “. Onlara indi onun kiçik bir modelini özündə saxlamaq imkanı verilmişdir… london “Qrammofonu ” avantürası ardınca təşəbbüskar, fransız, alman və italyan firmaları gəlir.

XX əsrin ikinci rübündə Sovet hakimiyyətinin təsdiqilə muğam senzuranın nəzarəti altına düşür. Onun xarici dünyaya çıxışına isə düz 40 il son qoyulacaq.

Vəziyyət yalnız yetmişinci illərdə Azərbaycan SSR mədəniyyət xadimləri və Sovet İttifaqı mədəniyyət naziri Yekaterina Furtsevanın onillik səyləri sayəsində dəyişəcək. Bu zaman böyük tirajla muğamın qrammofon valları buraxılır ki, onlar böyük ölkəyə yayılmaqla kəndlilər və fəhlələr arasında da bu üslubu populyarlaşdırır. Dünya vaxtilə unudulmuş səsi yenidən qavramağa başlayır.

Bu gün muğam yalnız Köhnə qitə və dünyada məşhur deyil. Onun tanındığı ölkələr siyahısında həm ABŞ, həm Braziliya, həm Kanada, həm də Meksika və Argentina da vardır. Muğamı Monqolustan, Yaponiya və Çində də dinləyirlər.

Bəs onun beşiyi – Azərbaycanda? Ciddi addımlar artıq atılmışdır: 2009-cu ildən başlayaraq hər 2 ildən bir mart ayında Bakıda beynəlxalq “Muğam aləmi” festivalı keçirilir. Təşkilati məsələləri Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərbaycan Mədəniyyətinin Dostları” fondu öz üzərinə götürür. Süjet, mükafatlandırmalar və rəylərlə bağlı hər şey isə – Azərbaycan respublikası bəstəkarlar İttifaqının işidir.

Layihənin əsas məqsədi – Azərbaycan folklor musiqi ənənəsini dünya musiqi mühitində daha gözəçarpan etməkdir.де.

2015-ci ildə festival keçirilməmişdir və bunu o vaxt Bakıda keçirilən Birinci Avropa Oyunlarına hazırlıqla əlaqələndirmək olar..

Daha bir fakt: 2012-ci ildə Azərbaycanda keçirilən “Eurovision” müsabiqəsi görkəmli xanəndə Alim Qasımovun ifa etdiyi muğamla başladı. Bu, nəyi göstərir? Onu göstərir ki, dövlət səviyyəsində də Azərbaycan musiqisini və onunla birlikdə beynəlxalq aləmdə bütün mədəniyyəti şöhrətləndirmək məqsədi qoyulmuşdur.

Bundan əlavə, muğamın həm klassik musiqi, həm də və caz musiqisində müxtəlif təzahürlərini qeyd etmək lazımdır.

Simfonik muğam – şərq motivlərinin klassik musiqi ilə qovuşması 1948-ci ildən məlumdur və bəstəkar Fikrət Əmirov tərəfindən yaradılıb kamilləşdirilmişdir. Vaxtilə bu stilə Soltan Hacıbəyov, Niyazi, Fərəc Qarayev, Tofiq Bakıxanov və başqaları müraciət etmişlər.

f1f366130ac7e0b3730fbc09520e44ef
Vaqif Mustafazadə

Caz-muğam 30-cu illərdə Bakıda yaranır. O, afroamerika, Avropa və Şərq mədəniyyətinin qarışığı ilə diqqətəlayiqdir. O öz zirvəsinə Azərbaycanın caz bəstəkarı və pianoçu Vaqif Mustafazadənin sayəsində çatır. Caz-muğamın meydana gəlməsi ən çox onunla bağlıdır ki, XX əsrin əvvəllərində, dünya neft sənayesi mərkəzi kimi Bakıda getdikcə daha çox liberal, caza aludə biznesmenlər, iş adamları, alim,memar və digər intellektuallar ortaya çıxmağa başlamışdı. Onun uzun illər Azərbaycanda inkişaf etməsi yeni musiqi istiqamətinin yaranmasına səbəb olmuşdur. Bu məsələdə yaxın gələcək üçün proqnoz çox nikbindir.

Xoşbəxtlikdən, muğam Azərbaycan mentalitetinin markeri kimi getdikcə daha geniş yayılır. Bir çox xarici ifaçılar, o cümlədən vokal solistləri, estrada ansamblları, nə az, nə çox, hətta simfonik orkestrləri də necə deyərlər, onu “göydə tuturlar”. Əcnəbilər – fransızlar, ingilislər, italyanlar, almanlar, ruslar, yəhudilər muğama heyran qalır və onu öz dünyagörüşlərinə uyğun olaraq təkmilləşdiririr, kompozisiyalar yazır və bu tərzdə mahnılar oxuyurlar.
Mədəni kosmopolitin böyük sevinc hissi ilə yalnız bir şeyi demək olar: problemlərə baxmayaraq, muğam genişlənir, milli ənənələrin dar çərçivəsini itirir, bütün dünya üzrə hərəkət edir və unikal təzahür kimi yeni özünüifadə yolları tapır.

Problemlərin əksəriyyəti təşkilati məsələlərlə bağlıdır – belə deyək ki, bu incəsənətlə, onun texnikası və həyatı ilə necə deyərlər,birbaşa həmsərhəd deyil. Deməli, o yaşayır, o mövcuddur və o, səddləri – mədəni, mental və sair maneələri aradan qaldırmaqda davam edəcək.

Həmişə, hər yerdə işıq saçıb parlamaq və yüksək sənəti tanıdıb populyarlaşdırmaq– bax, muğamın müəmmalı və sirli ruhunun gizli mənası budur.

Hazırlayanı Ravil Alazov