Azərbaycanın milli kostyumu — Azərbaycan xalqının özgün mədəniyyətinin özünəməxsus ifadəsidir. Bir çox geyimlər qədim zamanlardan bizim günlərə kimi qorunub saxlanmışdır və müxtəlif ölkələrin muzeylərində saxlanılır, ancaq elələri də var ki, onlar müasir Azərbaycan modelyerləri tərəfindən qədim kişi və qadın prototipləri əsasında yaradılır.

Bu günlər Azərbaycan Elmlər akademiyasının milli muzeyində (AMEA) «Azərbaycan milli geyimləri — necə varsa» adlı sərginin açılışı olmuşdur. Sərgi muzey və Azərbaycan respublikası Milli təhsil texnologiyaları mərkəzi tərəfindən təşkil edilmişdi. Sərgidə 30-dan çox geyim təqdim edilmişdi. Ən maraqlısı odur ki, onlar qədim nümunələrin dəqiq surəti deyildi və etnoqraf, modelyer Sabirə Dünyamalıyeva tərəfindən Azərbaycan, Gürcüstan və İran muzey arxivlərinin araşdırmaları əsasında yaradılmışdır.

Sabirə Dünyamalıyevanın Dalma Newsə müsahibəsində dediyi kimi, o öz kolleksiyasını yaradana qədər milli geyimin müvafiq standartlarını müəyyən etmək üçün XIX əsrin sonu — XX əsrin əvvəllərinin Azərbaycan geyimlərini tədqiq etmişdir.

«İnsanlar öz əcdadlarının necə geyinmələri, necə yaşamalarına həmişə maraq göstərirlər. Təəssüf ki, milli geyimlərin hazırlanmasında tez-tez səhvlərə yol verilir. Bu, onunla əlaqədardır ki, öyrənilmə və təbliğ prosesi yeni-yeni başlayır. Mənim ən başlıca məqsədim Azərbaycan-türk-müsəlman mədəniyyətinin qorunub saxlanmasına öz töhfəmi vermək və bu bilikləri gələcək nəsillərə çatdırmaqdır», – deyə Dünyamalıyeva vurğulamışdır. Arxivlərdə qeyd etdiyi kimi, ekspert sayəsində xarici etnoqraf və səyyahlar, saxlanıb, bir çox materialları üzrə qədim kostyumlar Azərbaycan. Onun sözlərinə görə, məlumat, onlar dağınıq müxtəlif arxivlərinə, onun lazımdır, yalnız toplamaq, tədqiq etmək və yalnız bundan sonra başlamaq təbliğ etmək üçün səhvlər buraxmayaq.

Ekspertin qeyd etdiyi kimi, xarici etnoqraf və səyyahlarların sayəsində arxivlərdə qədim Azərbaycan kostyumları üzrə çoxlu material saxlanmışdır. Onun sözlərincə, məlumat müxtəlif arxivlərə səpələnmişdir, bu dağınıq materialı yalnız toplamaq, tədqiq etmək və səhvə yol verməmək, ancaq bundan sonra onun təbliğinə başlamaq lazımdır.

DSCN6913_1306x980 (1)

Bu sərgi onunla fərqlənir ki, orda yalnız Azərbaycanda deyil, həm də qonşu ölkələrin ərazisində yaşayan azərbaycanlıların geyimləri sərgilənir. Dünyamalıyeva əhalinin müxtəlif təbəqələrinin, yəni tacir, əsgər, zadəgan, ruhanilər və digərlərinin geyimlərini nümayiş etdirməyə çalışmışdır.

Qadın geyimləri

Sərgidə həm qadın, həm də kişi geyimləri təqdim olunmuşdu ki, Sabirə Dünyamalıyeva onları məmnuniyyətlə Dalma Newsə təsvir eməyə razılaşdı. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da, milli kostyum sosial status, maddi rifah və digər məqamları, o cümlədən siyasi mənsubiyyəti əks etdirirdi. Geyimlər regiondan-regiona çox fərqlənirdi. Belə ki, məsələn, qadın kostyumu yaş həddi və ailə vəziyyətini müəyyənləşdirməyə işarə idi.

«Paltarı parlaq, əlvan parçalardan tikib, düymələrlə bəzəyirdilər. Ailənin firavanlıq dərəcəsini parçaların keyfiyyətinə görə müəyyənləşdirirdilər. Gənc və yaşlı qadınların geyimləri rənglərinə görə fərqlənirdi. Gənclər daha parlaq və əlvan tonlara, yaşlı qadınlar isə daha təmkinli rəngə malik paltalara üstünlük vermişlər. Və bu, ağlabatan izahata malikdir: gənc qız tez ailə qurmaq üçün cəlbedici olmalı idi», — deyə modelyer söyləmişdr.

Qadın kostyumu şarovar(gen şalvar), gen ətəkli tuman və uzun qollu köynək — yaxası açıq «arxalıq» və ya «кüləcə»dən ibarət idi. Paltar bel və döşə kip oturaraq, sıx bağlanmış, ətəyi isə gen tuman sayəsində beli daha incə göstərirdi. Üstdən geyilən yubka geniş və uzun olurdu ki, onlar gen şalvar və alt tumanları tamamilə örtə bilsin. Tikmə, tesma, krujeva və sikkələrlə bol-bol bəzədilmiş ətəyin altından yalnız ayaqqabının «burnu» görünürdü. Geyimin mühüm elementlərindən birii baş örtükləri — kəlağayı və ya baş yaylığı idi ki, onları yad kişilərin yanında açmaq olmazdı.

DSCN6886_1306x980

Yuxarıda qeyd edildiyi kimi, geyimlər regionlar üzrə bölünmüşdü. Məsələn, Qazax və Lənkəran ərazisində yaşayan qadınlar uzun, böyürləri yarıq köynəklər geyirdilər. Qarabağ və Gəncə sakinləri isə belə yaxşı yatmaq üçün qoftanın üstündən uzunqol çəpkənlər (üst köynəyi) geyirmişlər. O, boyun nahiyəsində bir düymə ilə bağlanırdı. Böyürlərdən çəpkənin qolçaqlı qolları var idi.

Naxçıvan sakinləri gen şarovarlar geyir, bu regionun varlı qadınlarıni isə, tez-tez zəngin tikmələrlə müxtəlif naxışlı uzun küləclərdə (ətəyi kəmər yerinədək qofrelənmiş üst geyimi) görmək olardı. İrəvan və Təbrizdə yaşayan azərbaycanlı qadınların geyimləri yalnız yubkaların uzunluğu ilə fərqlənirdi – onlar dizdən aşağı idi.

Dünyamalıyevanın sözlərinə görə, yalnız gəlin paltarları bütün bölgələrdə eyni idi. O, bildirdi ki, toy paltarları yalnız qırmızı parçadan tikilirdi, çünki, azərbaycanlılar hesab edirdilər ki, bu rəng əmin-amanlıq və xoşbəxtlik simvoludur.

Kişi kostyumu

Kişi kostyumu yaş kateqoriyaları üzrə demək olar ki, eyni idi, kişinin sosial statusunu isə yalnız parçalar, sərvət və müxtəlif bəzəklər hesabına müəyyən etmək olardı. Kişi geyimi köynək, şalvar, bel hissəsi dar biçimli arxalıqdan ibarət idi. Çərkəzə (üst geyim) xüsusi diqqət yetirilirdi və köynəyin üstündən geyilirdi. Ayağa — çəkmə, başa isə, qıvrım yunlu(karakul) quzu və ya qoyun dərisindən hazırlanan papaq geyilirdi. Çərkəzin döş hissəsində isə tənbəki çubuğu və güllələr üçün xüsusi ciblər yerləşirdi.

«Böyük ölçülü ciblər güclü zərbələrdən ciddi zərər çəkmə ehtimalını azaldır. İndi belə ciblər praktik səciyyədən daha çox dekorativ xarakter daşıyır. Həmçinin, kostyumun məcburi atributu o vaxtlar soyuq silah asılan kəmər idi », — deyə modelyer söylədi.

Onun sözlərincə, bəyin kostyumu isə yalnız ağ rəngi ilə seçilirdi.

Söhbətin sonunda Dünyamalıyeva bildirdi ki, Azərbaycan milli geyimlərinin tədqiqi üzrə işi davam etdirəcək və onların saxlandığı digər muzeylərə də baş çəkməyə çalışacaq.

Hazırlayanı Kəmalə Əliyeva