Cari ilin sonuna Bakıda mənzil qiymətlərinin artımı 7-8% səviyyəsinə çatacaq. Bu barədə Sputnik Аzərbbaycana Azərbaycan Qiymətləndiricilər cəmiyyəti (AQC) idarə heyətinin sədri Nüsrət İbrahimov bildirmişdir

Azərbaycanın hər bir vətəndaşına Avropa standartlarında nəzərdə tutulandan iki dəfə az kvadrat metr mənzil sahəsi düşür.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında mənzil tikintisinə 955 milyon manat investisiya yatırılıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 208,3 milyon manat və ya 26,6 faiz çoxdur.Bütün bunlar əlbəttə ki, qiymətlərə də öz təsirini göstərmişdir. Nəticədə inşaatçıların təhvil verdkləri mənzillərin həcmi ötən illə müqayisədə 285 min kvadrat metr (və ya 20,4%) artmışdır. Bütün bunlar, əlbəttə, qiymətlərə də təsir göstərmişdir.

İbrahimovun sözlərinə görə, oktyabrda Bakıda qiymətlər ötən ayla müqayisədə ilkin bazarda 3,15% — bir kvadratmetr üçün 1,187-dən 1,224 manatadək artıb, «ikincil bazar» bir kvadratmetr üçün 1,656-dan 1,798 manatadək yüksəlmişdir. Şəhərin ev qiymətləri orta hesabla ayda 5,6% artmışdır.

Ekspert Azərbaycanda ildə iki milyon kvadratmetrə çata biləcək mənzil tikintisinin cari artım tempini uca səslə tikinti bumu kimi ifadə edib səciyyələndirməmişdir. «Hazırda ötən il və inişil bünövrəsi qoyulmuş binalardan mənzil sahələri verilir. Ancaq, məsələn, Sovet dövrü ilə müqayisə edilərsə, indi Azərbaycanda mənzil istifadəsinin həcmi ildə 3,5-3,8 milyon kvadratmetrə çatmışdır. Və bununla belə, hətta bu zaman da mənzil heç də hamıya kifayət etmir» , – deyə İbrahimov vurğulamışdır.

Ümumiyyətlə, əgər Avropa standartlarına görə, adambaşına 33-35 kvadrat metr düşürsə, Sovet İttifaqı standartlarına uyğun olaraq bu rəqəm 6 kvadratmetrdir. «Son məlumatlara görə, Azərbaycanda mənzil fondu 168 milyon kvadratmetr təşkil edir.

Bu, adambaşına təxminən 17 kvadrat metr deməkdir. Eyni zamanda yeni binaların inşası ilə yanaşı, Sovet dövründə tikilən yaşayış məntəqələrinin sökülmə prosesinin davam etdiriləcəyini də unutmamalıyıq», – deyə İbrahimov vurğulamışdır.

2017-ci ildə Azərbaycanda mənzil tikintisinə 891 milyon manat ayrılmış, 1,724 milyon kvadrat metr yaşayış sahəsi tikilib istifadəyə verilmişdir.