Azərbaycanın rəssam-gəlincik ustaları Pərviz Hüseynov və onun xanımı İrina Qundorina Latviyanın Preyli şəhərində keçirilən birinci beynəlxalq müəllif kuklaları festivalında iştirak ediblər.
“Trend Life” xəbər verir ki, festivalda Preyli merinin dəvəti ilə Azərbaycan, Rusiya, Belorus, Niderland, Latviya və Estoniyadan olan məşhur gəlincik ustaları iştirak ediblər.
Kuklaların nümayişi ilə yanaşı, festival çərçivəsində orta əsr tərzində maskarad kostyumlu bal da keçirilib.
Qeyd edək ki, Pərviz Hüseynov və İrina Qundorina Azərbaycan Rəssamlar İttifaqının üzvləridir. Eləcə də müasir Azərbaycan incəsənətində konseptual kukla sənətinin və kuklalar art-obyekt sahəsinin əsasını qoyublar. Bununla bağlı keçirilən sərgilərdə və yarışlarda laureat olublar və müxtəlif mükafatlar qazanıblar.