Avqustun 2-də Azərbaycanda Milli kino gününü qeyd etmişlər. Bir çoxları təəssüflə bildirmişlər ki, vaxtilə Azərbaycan kinematoqrafiyası qürur mənbəyi idi, lakin SSRİ dağıldıqdan sonra tənəzzül etdi. Vətən kinosuna maraq niyə aşağı düşür,bu, kimin günahıdır və dirçəlişə ümidin olub-olmaması barədə Dalma Newsə müsahibəsində çiyinləri arxasında xeyli film və seriallar olan məşhur aktyor Zaur Şəfiyev söz açmışdır.

Azərbaycan kinematoqrafiyasının nailiyyətlərini necə qiymətləndirirsiniz?

Azərbaycan kinosunun tarixində bir sıra görkəmli rejissorların lokomotivlər kimi bütün kinematoqrafiyanı öz arxasınca apardıqları və gənc mütəxəssislərə ton verdikləri “qızıl dövrlər” olmuşdur. Müasir kino haqqında danışmalı olsaq, təəssüf ki, fəxr etməyə əsas azdır. Beynəlxalq müsabiqələrdə getdikcə Azərbaycan rejissorlarının daha az işləri iştirak edir. Diqqətə, bəzən isə Kann, Rotterdam, Berlin və digər kinofestivallarda mükafatlara əsasən qısametrajlı filmlər layiq görülür.Tammetrajlı filmlərə gəldikdə isə, onlarla bağlı vəziyyət daha acınacaqlıdır.

Sizin fikrinizcə, problem nədədir? Rejissorlara nə çatışmır — maliyyə dəstəyi, istedadlı kadrlar və ya ideyalar?

Hamısı birlikdə. Bizdə hisslər oyada bilən və dünyanın hər yerindən olan tamaşaçıları riqqətə gətirə bilən əsl yaxşı kino çəkilişləri dayandırılmışdır. Amma bu nə qədər kobud səslənsə də, kütləvi surətdə yalnız Azərbaycan auditoriyasına yönəlmiş birdəfəlik filmlər istehsal etməyə başladılar. Amma artıq bizim tamaşaçılara submədəni filmlər də maraq göstərməyi dayandırıb. Hər şey cansıxıcı və darıxdırıcı oldu. Aydındır ki, belə bir şəraitdə xarici ictimaiyyətin kinomuzla nə üçün maraqlanmadığını mühakimə etmək ağılsızlıqdır.

Başqa bir problemi, məhz istehsal gücünü də ayrıca qeyd etmək lazımdır. İl ərzində bizdə çox az iş – orta hesabla əksəriyyəti komediya janrında olan 12-14 tammetrajlı film buraxılır. Mən bu janra hörmət edirəm və ancaq əgər xaltura deyil, keyfiyyətli işdirsə komediyanı həqiqətən, sözün əsil mənasında sevirəm. Təəssüf ki, son zamanlar yalnız xaltura görürəm. Bunu adi kinomanlar da görürlər.

Nəticədə, ölkənin kinoteatrlarında keyfiyyətli Amerika, Rusiya, Türkiyə komediyalarının yayımlandığı bir vaxtda çox az adamda Azərbaycan kinosuna pul və vaxt sərf etmək istəyi olur.Biz müasir tamaşaçıların getdikcə daha mürəkkəb və seçici olmaları barədə düşünmürük, odur ki, keyfiyyət üzərində işləməyi dayandırmışıq. Əgər xaricdə nüfuzlu və hətta yeni başlayan rejissorlar tamaşaçını düşünməyə, yarışmağa, mübahisə etməyə məcbur edən film yaratmağa can atırlarsa, bizdə birinci yerdə — kassanı sındırmağa çalışırlar. Təəssüf ki, bu gün MDB-nin çox ölkələrində belə vəziyyət yaranmışdır.

Zaur Şəfiyev

Bəs dövlət bütün bunlarda hansı rolu oynayır?

Hökumət mədəniyyəti inkişaf etdirmək və populyarlaşdırmaq məqsəd və vəzifəsini daşıyır, lakin dövlətin vəzifələrini heç də bütün məmurlar vicdanla yerinə yetirmirlər. Bu gün Mədəniyyət Nazirliyindən maliyyə dəstəyi almaq çox çətin məsələdir. Rejissorlar və prodüserlər naqislik və səhlənkarlıq, laqeydlik və hörmətsizliklə üzləşməli olurlar.

Hətta əgər bəxtiniz gətirsə və Mədəniyyət Nazirliyi lazımi miqdarda pul ayırmağa razılıq versə, onda “sıyığı” bişirmək mümkün olmur. Bütün bunlar məmurların kinonun istehsalında, yəni başa düşmədikləri işlərdə fəal iştirak etməyə başlamalarının nəticəsidir. Belə vəziyyətdə cəhalət korrupsiyadan daha pisdir. Onlar bizim hamımızın oturduğu budağı zərər verib kəsdiklərini başa düşmürlər.

Təkrar edirəm, belə hal bütün postsovet məkanına çox yaxşı tanışdır, ona görə də tək-tək filmlərin xarici ekranlara düşməsi təəccüblü deyil.

Ədalət naminə qeyd etmək lazımdır ki, dövlət vəsaiti hesabına bir neçə uğurlu layihə buraxılıb. Məsələn, AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kinorejissor Rüfət Həsənov “Yoxdu bele sohbet” filmini çəkib və kifayət qədər yaxşı film yaranıb. Ancaq necə deyərlər, bəzən bir çubuq da atəş açıb vurur. Odur ki, bu təkcə bircə iş deyil, bir konveyer olmalıdır.

Bəs özəl investorlarla vəziyyət necədir?

Asan deyil. Əksəriyyəti yalnız bir şey maraqlandırır – filmdən maksimum gəlir əldə etmək, filmin keyfiyyəti isə sponsorlarda az narahatlıq doğurur. Üstəlik, nəzərə alsaq ki, kinoprokat bizdə kifayət qədər zəif, üstəlik, kinoteatrların sayı da yetərincə deyil, investorlar investisiya qoymağa riski göstərmirlər.

Beləliklə, dövlət başlıca və demək olar ki, yeganə maliyyələşdirmə mənbəyinə çevrilmişdir.

Zəif yerlərlə hər şey aydındır. Azərbaycan kino sənayesinin güclü tərəfi varmı və bu, özünü nədə göstərir?

Bizim gücümüz həqiqətən yaxşı və dəyərli bir şey etmək istəyən çox sayda insandır. Onların real sayı az deyil. Başa düşürsünüzmü, quraqlıq dövründə insanlar onlardan asılı olan hər şeyi edə bilərlər, lakin məhsulu qorumaq şansları çox azdır. Belə ki, indi də onlar tam güclərilə işləyə bilmirlər, buna görə də bir çoxu fəaliyyətsiz qalır. Onlar həqiqətən istedadlı və ağıllı insanlardır. Onlara yalnız kiçik bir təkan vermək lazımdır və onlar ölkənin öz kinematoqrafiyası ilə fəxr etməsi üçün əllərindən gələni edəcəklər.

Zaur Şəfiyev

Oxucularımıza yaxşı Azərbaycan kinosu təklif edirsinizmi?

Yadımda qalanlardan “Belə söhbət olmayıb”, “Nar bağı”, “40 qapı”,və”Nabat”ı qeyd edə bilərəm.

Azərbaycan kinematoqrafiyasının gələcək inkişafı ilə bağlı proqnozunuz necədir?

Bu nə qədər kədərli səslənsə də, biz yəqin ki, hansısa bir dibə,yaxud dərinliyə çatmışıq və artıq ordan yuxarıya doğru təkan vurmaq vaxtıdır. Düşünürəm ki, yaxın iki ildə Azərbaycanın kino sənayesində köklü dəyişikliklər baş verəcək və istedadlı rejissorlar, operatorlar, aktyorlar nəsli bütün janrlarda yaxşı filmlər istehsal etməyə başlayacaqlar.

 

leyla Əlizadə