Azərbaycan kinematoqrafiyasının tarixi öz başlanğıcını 1916-cı ildən – Rusiya kinoşünası Ülvi Mehdinin qənaətinə görə, məhz Üzeyir Hacıbəyovun böyük uğur qazanmış “Arşın mal alan”operettası mövzusunda müəllif işi ekrana çıxan zamandan götürür. Bakıda kommunistlər hakimiyyətə gələndən sonra kino təbliğat və təşviqat vasitəsi kimi, nəinki təkcə bədii, həm də siyasi səciyyə kəsb edir. Sosialist ideologiya ilə daha bariz uyğunlaşmaq üçün kino müəssisələri dövlət aparatının tabeçiliyinə keçir və dövlət tərəfindən maliyyələşdirilir.

Azərbaycan kinosunun məhz sovet dövründəki inkişafı böyük miqdarda məşhur rejissor adları ilə əlamətdar olmuşdur.

1922-ci ildə rejissor V. Vallyüzekin iki hissədən ibarət ilk tammetrajlı “Qız Qalası haqqında əfsanə” bədii filmi işıq üzü görür. Aşağı keyfiyyətli çəkiliş və montaja görə film tənqidçilər tərəfdən mənfi qiymətləndirilməsinə baxmayaraq, biletlərin satışı üzrə böyük каssa ödənişlərilə fərqlənmişdi.

Bunun ardınca kommunist ruhunda bir sıra filmlər çəkilir: Bakı neft mədənləri, Qızıl ordu, Azərbaycanda sovet hakimiyyətinin yaranması, ” Suraxanı neft mədənlərində yanğın”, “M. Frunzenin Bakıya gəlişi”, “Azərbaycana səyahət” — o dövrdə həmin seriyadan olan məşhur filmlərin natamam siyahisi belə idi.

1940-cı ildə “Xəzər neftçiləri haqqında dastan” və ” Dəniz fatehləri ” filmləri Kann kino festivalında “əməkçi insanın şəxsiyyətində liriklik və özünəməxsusluq” kimi qeyd olunur. Müharibə illərində vətənpərvərlik mövzusunda, XX əsrin ortalarında isə – bədii-sənədli və publisistik filmlər çəkilir. 50-ci illərdə filmlərin mövzu dairəsi nəzərəçarpacaq dərəcədə genişlənir.

İdeya rəngarəngliyinin böyük hissəsi 80-ci illərin payına düşür: o zaman bütün filmlər artıq rəngli formatda çəkilir və xeyli dərəcədə daha geniş tematik spektri əhatə edir. Belə ki, bu dövrdə tarixi, siyasi, etnoqrafik, vətənpərvərlik və hətta fantastik süjetlərlə bir sıra filmlər yaradılır.

SSRİ-nin süqutundan sonra milli kinematoqraf tənəzzülə uğradı: yoxsulluq, korrupsiya, qeyri-müstəqil və keyfiyyətsiz infrastruktura Azərbaycana kino sənətində inkişafın davamına imkan vermirdi.

Sonrakı 15 il ərzində 1-2 film çəkmək kifayət hesab olunurdu və məhz bu səbəbdən də Azərbaycan beynəlxalq müsabiqələrdə yüksək qiymətlərlə öyünə bilmədi. Bu, təəccüblü deyil — 90-cı illərdə Azərbaycanda bircə böyük film belə çəkilməmişdi.

Bununla belə, sənədli film üzrə vəziyyət nisbətən yaxşı idi. Azərbaycan kinematoqrafçılarının lentləri həm yerli, həm də xarici kino tənqidçiləri tərəfdən daim yüksək qiymətlərə layiq görülürdü. Belə ki, hər il keçirilən “Şərq–Qərb” səkkizinci mədəniyyət festivalı çərçivəsində Sənədli film günləri keçirilmişdi ki, orda Rusiya mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən Azərbaycan işləri də nümayiş etdirilmişdi. Azərbaycan документалистикаsı beynəlxalq aləmdə bütün göstəricilər üzrə yetərincə sanballı çəki və nüfuza malikdir.

2008-ci ildə vəziyyət kəskin surətdə dəyişdi — o vaxt 10 il müddətinə kino sənayesinin inkişafı üzrə dövlət proqramı qəbul edilmişdi ki, ondan sonra 42-ci Beynəlxalq Hyuston kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə ” “40-cı qapı” Azərbaycan filmi qızıl mükafata layiq görülmüşdü.

2012- ci ildə kinomatoqrafın sonrakı inkişafı üçün 18 kinoşirkəti birləşdirən Azərbaycan Respublikası prodüserlər gildiyası təsis edilmişdir. Fəal islahatlar öz bəhrəsini verdi. Kinoistehsalın həcmi artmış, yaradıcı mühit isə , ümumiyyətlə, nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdı.

“Ən yeni” Azərbaycan filmlərindən biri, Qurban Səidin Azərbaycan ədəbiyyatının klassikasına dönmüş eyniadlı əfsanəvi romanı əsasında çəkilən “Əli və Nino” filmidir.

Asif Каpadiya

Filmin çəkilişi 2015-ci il fevralın 24-də başlanmış və 4 ay davam etmişdir. Ssenari britaniyalı yazıçı və rejissor, “Oskar” mükafatçısı Kristofer Hempton tərəfindən yazılıb. Filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri isə, “Ulduz tozu” filminin debyütçüsü ingilis Kris Тiкyеdir. Əsərin rejissoru ən yaxşı tammetrajlı sənədli film üçün “Oskar” mükafatının sahibi və “Ən yaxşı rejissor” nominasiyası üzrə Britaniya müstəqil kino mükafatı laureatı Asif Каpаdiya olmuşdur.

Filmdə azərbaycanlı-müsəlman Əli Xan Şirvanşir və xpistian gürcü knyazının qızı Nino Kipianinin məhəbbətindən söz açılır. Hadisələr Birinci dünya müharibəsindən sonra Azərbaycan, İran və Gürcüstanda cərəyan edir. Filmin baş qəhrəmanları onları talein cəlb etdiyi siyasi iğtişaşlar, qanaxıtmalar və müharibələrin müasirləridir. Dastanda olduğu kimi, filmdə də Azərbaycan paytaxtının XX əsrin əvvəlində – inqilab, qardaş qırğını müharibəsi,1918-ci ilin mart hadisələri, Bakının ingilislər tərəfdən işğalı, ilk Azərbaycan Demokratik Respublikasının yaranması, Bakının bolşeviklər tərəfindən alınması, Azərbaycanın sovetləşdirilməsi və sairə ilə müşaiyət olunan həyatı ətraflı təsvir olunur.

Filmin müəllifləri o zaman hökm sürən siyasi xaos prizmasından Qərblə Şərq, islam və христиан dini ehkamı arasındaki ziddiyyətləri, “ənənə” və “tərəqqi”, liberal ideya və konservatizm arasında rəqabəti, kişi və qadının ziddiyyətli başlanğıcları, eləcə də diametral əks ideyaların barışığı vasitəsilə həqiqəti axtarıb tapmağa cəhd göstərirlər.

Baş rollarda Adəm Bəkri (Əli Xan Şirvanşir), Mariya Valverde (Nino Kipiani), Huмаyun Ərşadi (Əlinin atası), Mendi Petinkin (knyaz Kipiani), Conni Nilsen (knyaginya Kipiani), Halit Ərgənç (Mirzə Fətəli Xan Xoyski) və Fəxrəddin Manafov (Hacı Tağıyev) çəkilmişlər. Premyera 27 yanvar 2016-cı ildə beynəlxalq Sundance kinofestivalı çərçivəsində ABŞ-da keçirilmişdir. Bundan başqa, BBC telekanalı film haqqında süjet çəkmişdir ki, orda respondent timsalında filmin rejissoru, “Oskar” mükafatçısı Asif Каpаdiya çıxış edir.


“Əli və Nino” filmi – Azərbaycan kinematoqrafiyasının özünu daha ucadan və parlaq tanıtma cəhdidır ki, tənqidçilərin fikrincə, bu cəhd baş tutmuşdur.

Yalnız bir şeyi demək olar: əgər Azərbaycan bu ruhda davam edərcə, bunu nəinki renessans, həm də yerli kinematoqrafın brend timsallı yeni mütərəqqi təşəkkülü adlandırmaq olar.

Hazırlayanı Ravil Alazov