Şiə müsəlmanların matəm günü — Aşura Azərbaycan ictimaiyyəti və ekspertlərini heyran qoydu. Şiə şəhidlərini anma günündə bu sayda dindarın iştirak edəcəyini heç kim gözləmırdi. Demokratik müxalifətin mitinqləri şərti olaraq min beş yüz-iki min adam toplayırsa, Bakıdaki dini tədbirlərə isə bazar günü on, hətta yüz minlərlə insan çıxmışdı.
ashura

Hətta Azərbaycan parlamentində belə, narahatçılıq yaranmışdı, bazar ertəsi ordaki iclasda Milli Məclisin deputatı Zahid Oruc bildirmişdir ki, ölkə sakinləri «narahatçılıq doğuran səhnələrin şahidi olmuşlar».

Bu məsələyə münasibət bildirən parlamentin spikeri Oqtay Əsədov isə deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: «Bizim dövlət məsciddən idarə olunmur və olunmayacaq».

407167078

Ancaq hər halda bəs nə baş verir? Cəmiyyətin islamlaşma və radikallaşmasımı?

Dalma Newsin suallarınaa cavab verən Azərbaycan politoloqu Zərdüşt Əlizadə Aşura günü küçələrə müxalifətin mitinqlərindəkindən daha çox adam çıxmasına öz münasibətini, həm də bu mövzunun hətta parlamentdə müzakirə edildiyini bildirdi.

«Əgər hüquqi baxımdan yanaşsaq, bizim Konstitusiya vicdan azadlığını insan hüquqlarının ayrılmaz bir hissəsi hesab edir. Və insanların Allaha inanıb dini ayin və mərasimlərə riayət etmələrinə gəlincə, burda pis yaxud yanlış bir şey yoxdur. Məhz bu səbəbdən hansısa çaxnaşma və vəlvələyə düşməyə dəyməz. Lakin bizdə daha çox insanın Aşura günü dini qaydalara riayət etməkdənsə, nə üçün korrupsiya və oğurlluqla daha çox məşğul olmaları üzərində düşünməyə isə dəyər» , – deyə ekspert vurğulamışdır.

IF
IF

 

«Bundan başqa, əgər Aşura mərasiminə getdikcə daha çox adam gəlirsə, deməli Azərbaycan əhalisinin daha çox hissəsi insanları aldadaraq, Azərbaycanda demokratiya ideallarına xəyanətlə onları məhv edənlərdənsə, Allaha və dinə daha artıq inanır,- deyə müsahibimiz sözünə davam etmişdir. — Onlar heç kimin inanmadığı hoqqabaz və təlxəklərə çevrilmişlər. Onların ağıl, şərəf və vicdanın azacıq belə təzahürü olmayan mənasız mitinqlərinə maksimum 2-3 min adam gəlir. Vəssalam».

Azərbaycan Milli Məclisində Aşuranın müzakirəsınə toxunan Zərdüşt Əlizadə qeyd edib ki, parlament xalq tərəfindən seçilməyən və yuxarıdan təyin olunmuş, necə deyərlər,tamamilə marionet — əldəqayırma məclisdir: «Odur ki, Azərbaycan cəmiyyətində dünyəvi anlayışların deyil, dinin nüfuzunun artması bilavasitə bizdə sekulyar olan hər şeyə, insan azadlıqlarına qarşı amansız müharibə aparan hakimiyyətin xidmətidir. Bu mənada, necə deyərlər, yağışdan çıxıb, yağmura düşmüşük».

Ekspert həmçinin Azərbaycanın islamlaşmasının özündə şiə İranı tərəfindən respublikanın işlərinə mövcud müdaxilə təhlükəsıni gizlətmə ehtimalına dair mövcud narahatlıqları şərh etdi.

Azərbaycanın islamlaşmasında şiə İran tərəfindən ölkənin daxili işlərinə mümkün müdaxilə təhdidləri görmürmü sualına ekspert cavab verdi ki: «Xeyr. Və İranın buna nə dəxli? Biz bu ölkəyə həsəd aparmalıyıq. İRİ Azərbaycandan daha çox inkişaf etmiş və mədəni ölkədir. Heç olmasa, mədəniyyət, idman və elm sahələrində İrandan öyrənmək lazımdır».

Öz növbəsində, fəlsəfə elmləri doktoru, professor, dövlət Komitəsinin dini qurumlarla iş üzrə sabiq rəhbəri Rafiq Əliyev Dalma Newsə bildirmişdir ki, Aşura günü küçələrə çıxan insanların belə sayı cəlbedici ideologiya və ya ideyanın olmaması ilə bağlıdır. Onsuz isə xalqı bir yerə könüllü toplamaq olmaz.

rafik_aliyev

«Mən həm iqtidar, həm də müxalifəti nəzərdə tuturam. Onlarda insanları narahat edən bir çox suallara cavab verə bilən layiqli ideoloji diqqət yoxdur. Odur ki, bir çoxlarında inam din mərhələsinə keçmiş və əhali orada hər hansı təsəlli tapır. Və bu, onları heç nəyə məcbur etmir. Beləliklə, onlar ildə bir dəfə toplaşırlar.

Lakin on minlərlə insanın bir yerə yığışma faktı artıq tendensiyadan – təmayüldən xəbər verir. Yeri gəlmişkən, keçən il, ondan əvvəlki il və daha bir neçə il bundan əvvəl belə şey yox idi. Deməli, din artıq insanların ağlının sahibinə dönür. Və nəyisə dəyişməkdən ötrü, bir daha təkrar edirəm – başqa fikir lazımdır. O isə yoxdur »,- deyə professor qeyd etmişdir.

Ekspert eyni zamanda baş verənlərdə xarici müdaxilə görür. «Təbii ki, bu var. Bir diqqət yetirin: mərsiyə şerləri (Aşura günü şiə müsəlmanlar dəfn-matəm elegiyaları – mərsiyə şerləri oxuyurlar- Red.) fars dilində oxunurdu. Və həmin videonu mən özüm görmüşəm. Belə ki, xarici təsir 100% var, və o günü-gündən artır. Burada hər şey sadədir: biz bu tərəfdən daha az təcir göstərdikcə, digər tərəfdə bundan daha çox istifadə edirlər»,- deyə o bildirib.

O, həmçinin vurğulayıb ki, bu, Azərbaycan üçün təhlükə daşıyır: «Onlar istənilən an başqa yerdə elə o qədər çox adam toplamaq üçün hər hansı bir bəhanədən istifadə edə bilərlər».

***

Hər necə olsa da, Azərbaycan cəmiyyətinin dünyəvi (hələ ki, böyük) hissəsi Aşura günü aksiyalarının miqyasına həqiqətən heyran qalmışdı. Və sosial şəbəkələrdə «Bu nə idi?» mövzusunda müzakirələr buna parlaq sübutdur.

Yaxşı, bu nə idi? Bu, bütün baş verənlərdən çıxış edərək onun gəti sübutudur ki, indi Azərbaycanda real müxalifət mömin adamlardan ibarətdir.

Onları bilərəkdən islamçılar adlandırmıram, amma fakt ondan ibarətdir ki, yalnız bu qüvvələr istənilən yerdə istənilən sayda adam toplamağa qadirdir. Və bir neçə il öncə məktəblərdə hicablara qadağa qoyulan zaman belə bir təcrübə olmuşdu. Cəmi iki gün sonra Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilmlşdi ki, onun hazırlanması barədə əvvəlcədən xəbər verilməmişdi.

Bir də Bakının faktiki olaraq dövlət içində dövlət olan Nardaran kəndini xatırlamaq olar. Bu, dünyəvi hakimiyyət və məhkəməni tanımayan miniatür «İran» idi. Və ölkə hakimiyyəti Nardaranda qayda-qanun yaratmaq qərarına gəldiyi zaman Nardaranda qan töküldü. Həm üzərlərinə qumbara tuşlanan və avtomatlardan atəş açılan polislərdən , həm də güc orqanları nümayəndələrinə müqavimət göstərən yerli sakinlərdən həlak olanlar olmuşdu.

Hazırlayanı Məmməd Məmmədzadə