Azərbaycan iqtisadiyyatı 2021-ci ilin yekunlarına görə “sıx və qaranlıq meşədən”çıxa bilər. Pandemiya ilə bağlı davam edən böhran hallarına baxmayaraq, ölkəyə ciddi tənəzzüllərdən qaçmaq mümkün olmuşdur. Enerji daşıyıcılarının qiymətlərinin artması fonunda milli iqtisadiyyat bərpa edilmiş və demək olar ki, pandemiyaya qədərki səviyyəsinə qayıtmışdır. ÜDM artımı illik hesablamada 5%-ə yaxınlaşır.
Lakin ekspertlər ürəkaçan proqnozlar verməyə tələsmirlər. Bədbin və ürək- açmayan proqnozlar üçün bir neçə səbəb var ki, bunlar haqqında Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov Dalma News söhbətində söz açmışdır.
«Yola saldığımız ildə sosial-iqtisadi vəziyyət idarəolunan idi. Azərbaycan iqtisadiyyatı əsasən neftin qiymətinin artması və son üç il ərzində ölkədə həyata keçirilən səmərəli dövlət tədbirləri sayəsində koronavirus pandemi nəticəsində yaranmış böhrana uyğunlaşmışdır. O ki qaldı inflyasiyaya, obyektiv səbəblərə görə onu saxlamaq mümkün deyildi. Pandemiya inflyasiya faktoru kimi qiymət artımının sürətlənməsinə gətirib çıxardı», – deyə Elşad Məmmədov bildirmişdır.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildəki 2,8% müqabilində 6,2-6,5% səviyyəsində gözlənilir. 2022-ci ildə Mərkəzi Bankın proqnozlarına görə orta illik inflyasiya 5,6% – ə qədər azalacaq.
«Qarşıdan gələn qlobal iqtisadi böhran silsilə və struktur təzahürləri ilə davamlı xarakter daşıyacaq. Ona görə də yaxın illərdə dünya iqtisadiyyatında baş verəcək mürəkkəb proseslər Azərbaycandan da yan keçməyəcəkdir. Bu, inflyasiya, milli valyutalara təzyiq, enerji daşıyıcılarına tələbatın azalması ilə bağlı risklərdir ki, bu da Azərbaycan üçün çox mühüm problemdir», – deyə ekspert hesab edir.
İqtisadçının sözlərinə görə, əgər ən vacib malların idxalı ilə bağlı məsələni həll etmək mümkün olmazsa, Azərbaycan iqtisadiyyatını çətin dövrlər gözləyir.
«Son bir neçə ticarət sessiyalarının neft bazarı sürətlə artır. Bu, əsasən, dolların qiymətinin aşağı düşməsi səbəbindən baş verir – dünya ehtiyat valyutası öz alıcılıq qabiliyyətini itirir. Biz hər şeyə hazır olmalıyıq. Eyni zamanda, biz regional iqtisadi inteqrasiyanı inkişaf etdirməliyik ki, Azərbaycan istehsalçıları yeni satış bazarlarına çıxsınlar. Daxili bazara gəlincə, mühüm lokal, ilk növbədə, özəl investisiyalara nail olmaq lazımdır. Biz iqtisadiyyata kapital qoyuluşunun həcmini artırmalıyıq ki, işgüzar fəallığı artıraq və ölkəyə yeni inkişaf impulsu verək. Bu məsələdə banklar iqtisadi tənzimləmənin əsas elementləri sırasına daxildir.
Bank sektoru kreditləşmə hesabına iqtisadi inkişafın drayveri olmalıdır», – deyə Elşad Məmmədov qeyd edir.
Xatırladaq ki, kreditlərin verilməsi 2015-ci ildəki hadisələrdən, manatın məzənnəsinin bir neçə dəfə aşağı düşməsindən, vaxtı keçmiş kreditlərin həcminin kəskin şəkildə artmasından sonra kəskin şəkildə aşağı düşüb. Lakin 2021-ci ilin on ayı ərzində Azərbaycan əhalisinin ölkə banklarındaki əmanətlərinin əhəcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 8,8 milyard manat təşkil etmişdir. Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 815,9 milyon manat təşkil etmişdir. Bu göstərici ilin əvvəlindən 8,7% azalıb. Bildirilir ki, illik müqayisə ilə problemli kreditlərin həcmi 18,9% azalıb. Bununla yanaşı, bank bazarının ümumi portfelində problemli kreditlərin payı 5% təşkil etmişdir.
Manatın taleyinə gəldikdə isə, qonşu ölkələrin milli valyutaları ilə müqayisədə o öz sabitliyini davam etdirir. 2021-ci ildə məzənnənin orta məbləği 1 dollar üçün 1,7 manat təşkil edib. Bununla yanaşı, Fitch Solutions (Fitch beynəlxalq reytinq agentliyinin bölməsi) proqnozlaşdırır ki, 2021-2025-ci illərdə manatın ABŞ dollarına qarşı orta məzənnəsi 1,98 manata qədər yüksələcək. Lakin Elşad Məmmədov hesab edir ki, yaxın perspektivdə manat üçün heç bir təhlükə yoxdur.qonşu ölkələrin milli valyutaları ilə müqayisədə sabitliyi davam etdirir. 2021-ci ildə məzənnənin orta məbləği 1,7 manat təşkil edib 1 dollar. Bununla yanaşı, Fitch Solutions (Fitch beynəlxalq reytinq agentliyinin bölməsi) proqnozlaşdırır ki, 2021-2025-ci illərdə manatın ABŞ dollarına qarşı orta məzənnəsi 1,98 manata qədər yüksələcək. Lakin Elşad Məmmədov hesab edir ki, yaxın perspektivdə manat üçün heç bir təhlükə yoxdur.
«Mərkəzi Bankın adekvat monetar siyasəti davam etdirilən halda manatın məzənnəsi gələn il də sabit qala bilər. Bununla yanaşı, tənzimləyicinin kritik inflyasiya artımının qarşısını almaq üçün kursu saxlamaq maraqları var. Bundan başqa, milli valyutanın məzənnəsinin dayanıqsızlığı ölkənin investisiya fəallığının kəskin azalmasına gətirib çıxarır.
Lakin, hələ bir qeyri-aşkar problem də var. Qeyri-neft sektoru üzrə əsas xarici ticarət tərəfdaşlarımızın milli valyutaları qeyri-sabitdir. Bu, ilk növbədə Türkiyə, Gürcüstan və Rusiyaya aiddir. Azərbaycan sahibkarları manatla mədaxilin yenidən hesablanmasında külli miqdarda ziyan çəkmiş olurlar. Onların probleminin həllinə birbaşa təsir göstərmək mümkün deyil», – deyə Elşad Məmmədov bildirib.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2022-ci ildə iqtisadiyyatın artım templəri 2019-cu ilin səviyyəsini üstələyə bilər. Beynəlxalq reytinq agentlikləri bunu təsdiq edirlər. Məsələn, S&P hesab edir ki, postsovet məkanında üç neft və qaz istehsalçısı — Qazaxıstan, Azərbaycan və Özbəkistan 2021- ci ildə enerji daşıyıcılarının bahalaşmasından bəhrələnmişlər, lakin dünya iqtisadiyyatının artımının ləngiməsilə əlaqədar 2022-ci ildən etibarən yəqin ki, xammal və əmtəə qiymətlərinin artımı aşağı düşəcək.
S&P-nin proqnozlarına görə, 2021 — ci ildə Azərbaycanda ÜDM-in artımı 4%, 2022-ci ildə -2% təşkil edəcək. 2023-2024-cü illərdə Azərbaycan iqtisadiyyatının artımı ildə 1,5% səviyyəsində gözlənilir.
Bu arada Dövlət Statistika Komitəsində bildirmişlər ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM 4,9% artıb. Yanvar-oktyabr aylarında neft – qaz sektorunda artım 2,6%, qeyri-neft sektorunda isə 5,9% təşkil edib. Statistikanın məlumatına görə, 10 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 71 mlrd 589 mln.manat təşkil edib. Bununla yanaşı, yanvar-oktyabr aylarında adambaşına düşən ÜDM 7 min 148 manat təşkil etmişdir.
Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 5,1% səviyyəsində proqnozlaşdırır.
Аysеl Мəmmədovа