Bayram tədbirləri və toy mərasimlərinin ləğv edilməsi, respublikanın məktəb və sərhədlərinin müvəqqəti bağlanması, yoluxmuş şəxslərin sayının artması və xəstənin ölümü, KİV – də dəhşətli məlumatlar və şoka salan dünya statistikası Azərbaycanda ciddi çaxnaşma vəlvələyə səbəb oldu. Artıq neçə gündür ki, insan dəstələri mağazalarda antiseptiklər və ilk ehtiyac məhsullarını, necə deyərlər, süpürüb aparırlar. Adamlar əl sıxma və salamlaşma öpüşlərindən çəkinməyə çalışırlar. 

Dalma Newsə verdiyi müsahibədə infeksionist Həmid Hacıağayev bildirib ki, çaxnaşmaya səbəb və lüzum yoxdur, hökumət bu məsələni ciddi və sərt nəzarət altında saxlayır.

— Koronavirus pandemiyası ilə mübarizədə əsas çətinliklər nədən ibarətdir?

— Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, pandemiyanın elan edilməsi insan həyatına köklü dəyişikliklər gətirmir. Bu, sadəcə olaraq, COVİD-19 virusunun dünya miqyasında yayıldığını etiraf edir (pandemiyanı sonuncu dəfə 2009-cu ildə donuz qripi zamanı elan etmişlər-red.).

Mübarizənin mürəkkəbliyi ondan ibarətdir ki, koronavirus — bu, hava- damcı yolu ilə ötürülən respirator infeksiyadır. Bir çoxlarının elementar gigiyena qayda və tələblərinə riayət etmədiklərini nəzərə alsaq, virusun sürətlə yayılma səbəbini anlamaq çətin deyildir.

— Azərbaycanda koronavirusla mübarizə üçün görülən tədbirləri necə qiymətləndirirsiniz?

— Pandemiyada qorunmaq üçün lazım olan tədbirləri hökumətimiz yüksək səviyyədə yerinə yetirir və yetərincə yüksək səviyyədə həyata keçirir. Bu gün Novruz bayramı münasibətilə kütləvi şənliklər, toy şənlikləri, idman yarışları və təhsil ocaqlarında keçirilən bütün məşğələlər ləğv edilib. Ölkədə qismən sosial təcridolunma rejimi tətbiq olunub, amma bu o demək deyil ki, insanlar evdə oturmalı və heç bir halda ordan çıxmamalıdırlar. Bütün bu tədbirlər respublikada virusun yayılmasının qarşısını almaq üçün daha çox profilaktik məqsədlər naminə həyata keçirilmişdir. Yeni bir şey etmək lazım deyil və bu virusa qarşı yeni bir silah yoxdur. Biz nə lazımdırsa edirik. Narahatlıq və çaxnaşma üçün heç bir səbəb yoxdur.

— İntəhası, cəmiyyətdə əhval-ruhiyyə narahatdır…

— Təəccüblü deyil, çünki KİV-də və sosial şəbəkələrdə hər an yeni qorxulu məlumatlar peyda olur. Digər tərəfdən, çoxları hökumətin gördüyü tədbirləri düzgün şərh etmirlər. Hava nəqliyyatının məhdudlaşdırılması, sərhədlərin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi o demək deyil ki, ölkədə vəziyyət çətindir, yerli səhiyyə bu vəziyyətin öhdəsindən gələ bilmir və xəstələrin həyatını xilas etmək mümkün deyil. Əksinə, ÜST-in hesablamalarına görə, Azərbaycanda vəziyyət bir çox dövlətlərə nisbətən daha yaxşıdır. Bunun səbəbi, hökumətin vaxtında epidemiya əleyhinə tədbirlər görməsidir.

— Bir çoxları hesab edirlər ki, istilərin düşməsi ilə virus geri çəkilməyə başlayacaq. Məsələn, ÇXR – in səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin Ekspert Komissiyasının rəhbəri Çjun Nanşan hesab edir ki, koronavirus pandemiyası 2020-ci ilin iyununda tənəzzülə uğrayacaq. Bu barədə nə düşünürsünüz?

— Mən də bu nəzəriyyənin tərəfdarıyam. Koronavirus, əsasən ilin soyuq mövsümündə aktiv olan infeksiyalar qrupuna aiddir. Havanın temperaturunun artması ilə virusun yayılması templəri azalmağa başlayacaq, müvafiq olaraq, yoluxanların sayı ictimai çaxnaşma ilə birlikdə enəcək. Azərbaycanda davamlı isti günlərin sürətlə getdiyini nəzərə alsaq, biz bu mərhələni bir çox başqa ölkələrdən tez keçəcəyik.

Bir çoxları səhvən güclü immunitet sistemi olan bir insanın COVİD-19-a asanlıqla yoluxacağını və bu virusdan ölə biləcəyini düşünürlər. Ancaq risk qrupunda yaşlılar və ağır xroniki xəstəlikləri olan vətəndaşlardır. Statistikaya görə, əsasən 70 və daha yuxarı yaşlı insanlar, eləcə də ciddi xroniki xəstəliklərə malik olan vətəndaşlar, məsələn, şəkərli diabet, ürək-damar xəstəlikləri, tənəffüs yolları və böyrək çatışmazlığı problemləri kimi xəstəlikləri olanlar həlak olur. Belə insanlarda immunitet artıq virusla üzləşmədən daha əvvəl pozulmuş və koronavirus şəklində ikincil infeksiya təbəqəsi vəziyyəti ağırlaşdırır və ölümcül nəticələrə gətirib çıxarır. Odur ki , ölümün əsas səbəbinin koronavirus olduğunu söyləmək səhvdir. Ümumiyyətlə, xəstələrin əksəriyyəti tez bir zamanda sağalmağa doğru gedir (ÇXR — in Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Çində artıq xəstələrin 82,7%-i xəstəxanadan çıxmış, koronavirusdan ölüm halları isə, 3,95% təşkil edir-red.).

Həmid Hacıağayev

—Adi bir insan COVİD-19 virusuna yoluxmaqdan necə qoruna bilər?

— Birinci tövsiyə: əsas gigiyena qaydalarına riayət edin. Əlləri tez-tez və canı-dildən yumaq, eləcə də otaqların havasını dəyişmək. Amma ən başlıcası – panika və depressiyaya düşməyin, çünki stress immunitet sistemini virusun özündən daha sürətlə boğur. Buna görə də özünüzü müsbət – pozitiv bir əhval-ruhiyyəyə kökləmək və yalnız yaxşı şeylər barədə düşünmək çox vacibdir.

P. S. Qeyd edək ki, ştatdankənar vəziyyətlə əlaqədar Novruz bayramının qeyri-iş günlərində bir sıra dövlət qurumları adi rejimdə işləyəcəklər. Martın 14-dən ölkədə xüsusi rejim tətbiq edilib. Bütün kütləvi tədbirlər ləğv olunub, kinoteatrlar, muzeylər, teatrlar, əyləncə mərkəzləri və idman zalları bağlanıb. Kafe və restoranlar yalnız 21: 00 qədər işləyə bilər.

Məqalə yazıldığı zaman Azərbaycanda aktiv xəstələrin sayı 23 nəfər olub. Ümumilikdə, ölkədə xəstəliyin baş qaldırlığı bütün dövr ərzində 34 koronavirus xəstəsi aşkar edilib, onlardan 10 nəfəri sağalıb, bir nəfər xəstə isə dünyasını dəyişib. Virusun qarşısını almaq üçün “təcili yardım” həkimləri koronavirusun evdə aşkarlanması üçün testlər-analizlər keçirəcəklər. Koronavirus üçün testlər yalnız xəstəliyin simptomları müşahidə olunanlardan alınacaq. “Təcili yardım”a saxta məlumatlar təqdim edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Bununla yanaşı, Nazirlər Kabineti yanında əməliyyat Qərargahı koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində ticarət mərkəzlərinə yeni iş qaydalarına riayət etməyi tapşırıb. O cümlədən, TM uşaq əyləncə mərkəzlərinin işini dayandırmalı, girişdə (parkinq daxil olmaqla) bütün qonaqların temperaturunu ölçməli, ərzağın evə çatdırılmasını təşkil etməli, kassalara və digər yerlərə növbə zamanı vətəndaşlar arasında iki metr intervala (aralığa) riayət edilməlidir.

Bundan əlavə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentdə COVID-19 coronavirusu ilə mübarizə üçün zəruri tədbirlərin həyata keçirilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, bütün parlament komitələri, komissiyaları, habelə aparatları və Milli Məclis Aparatının iclasları müvəqqəti olaraq dayandırılır. İdarəetmə yalnız telefon, mobil və İnternet rabitə vasitəsi ilə həyata keçiriləcəkdir. Sürücülər, işçilər, inşaatçılar və digər işçilər də daxil olmaqla MM Ofisinin bütün texniki işçiləri gündə bir dəfə tibbi müayinədən keçməli olacaqlar.

Həmçinin, martın 19-dan etibarən Bakı, Sumqayıt və Abşeron rayonlarına avtomobillərin və respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan sərnişinlərin daxil olmasına məhdudiyyət qoyulacaq. Qeyri-rezidentlər üçün paytaxt, Sumqayıt və Abşeron rayonlarına giriş martın 29-dək bağlanacaqdır.

Bu arada Azərbaycan Prezidenti İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Fərmana əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərin məvacibinə aylıq rəsmi (tarif) əmək haqqının 3-5 misli miqdarında təcili bonus – artım müəyyən edilir.

 

İradə İmаnоvа