Azərbaycanda tərkibi əvvəlkindən xeyli fərqlənən yeni hökumətin formalaşdırılması başa çatıb. 20 ildən artıq müddətdə fasiləsiz olaraq baş nazir vəzifəsini tutan Artur Rəsizadə öz kürsüsünü tərk etmişdir. Ümumiyyətlə, bu istefanı çoxdan gözləyirdilər. Artur Rəsizadənin 83 yaşı vardı və mənbələrın dediyincə, o, çoxdan istirahətə çıxmaq arzusunda idi.

Bakılıların ona münasibəti heç də birmənalı olmayan Bakı meri Hacıbala Abutalıbov da kürsüsünü azad etmiş, ancaq bunun əvəzində o, baş nazirin müavini vəzyfəsini tutmuşdur. Lakin bu, hər şeydən əvvəl, nominal vəzifədir.

Ümumiyyətlə, Nazirlər kabineti xeyli dərəcədə gəncləşmişdir. Vəzifəyə 35-40 yaşlı məmurlar gəlmişlər, hərçənd, əsas qurumlarda – Müdafiə nazirliyi, XİN və DİN –də elə bir dəyişiklik baş verməyib, onlara köhnə «sınanmış və etibarlı» kadrlar rəhbərlik edirlər.

Bununla yanaşı, REAL Hərəkatının (Respublika alternativi) icraçı katibi iqtisadçı Natiq Cəfərli Dalma Newslə açıqlamasında qeyd edib ki, prezident seçkilərindən sonra onu Nazirlər Kabinetinin tərkibindən daha çox, idarə heyətinin sistemi maraqlandırmışdı.

Natiq Cəfərli

«Məsələ burasındadır ki, prezident hakimiyyətinin ciddi şaqulunun formalaşdığı 2016-cı il referendumundan sonra dövlət başçısı vitse-prezidentlər təyin etmək imkanına malik oldu. Bu halda hökumət tamamilə lazımsız orqana çevrilir. Yeni idarəetmə sistemində Nazirlər kabinetinin mövcudluğu öz mənasını itirmiş olur», — deyə ekspert bildirirr.

Müsahibimizin göstərdiyi kimi, ümumiyyətlə, Azərbaycanda qəribə bir vəziyyət yaranmışdır. Bəzi nazirlər böyük səlahiyyətlərə və iqtisadiyyata bütövlükdə bir institut kimi Nazirlər kabinetindən daha çox təsir və nüfuza malikdirlər. Ona görə də konkret sahələrə məsul olan vitse-prezidentlər institutu yaradıb işə salmaq lazım idi. Məhz məsuliyyət — Azərbaycan üçün böyük problemdir.

Natiq Cəfərli diqqəti artıq uzun illərdən bəri Nazirlər kabinetinin iclaslarının prezidentin sədrliyi ilə keçirilmə faktına yönəltdi. «Yenə də deyirəm, baş nazir institutu, Nazirlər kabineti hətta konstitusiya üzrə də gərəksiz olur. Bu mənada, mən düşünürəm ki, Azərbaycan bu formadan imtina edəcək».

Ancaq indiki təyinatlara gəlincə, Natiq Cəfərli belə hesab edir ki, son 15 il ərzində prezident seçkilərindən sonra heç vaxt bu qədər dəyişiklik olmamışdur. Amma yeni kadrlar idarəçilik fəlsəfəsində dəyişikliklərə gətirib çıxaracaqmı? Əsas məsələ budur.

«Sistem daxilində heç də hər şey hər şey hamar deyil və bu, Dövlət gömrük komitəsi ilə olan vəziyyətdə özünü əyani şəkildə göstərdi. Bu qurumui Vergilər nazirliylnin tabeliyinə daxil etmək məntiqi olardı. Və hər şey buna doğru gedirdi, hətta onların birgə xarici iqtisadi fəaliyyət aparmalı olmalarına dair prezident İlham Əliyevin fərmanidi da var idi. Lakin bu baş vermədi» — deyə müsahibimiz qeyd edir.

Amma bütövlükdə bəzi təyinatlar maraqlıdır. Yeni baş nazir Novruz Məmmədov toxunan Natiq Cəfərli onun təyin edilməsini gözlənilməz adlandırdı. Amma indiki sistemdə məhz elə bu cür baş nazir lazımdır: «O, hamını qane edir, klanların heç biri ilə əlaqəsi, öz biznes maraqları yoxdur. Bu mənada, neçə ki, Konstitusiyada nəzərdə tutulan dəyişikliklərlə sərt şaquli idarəetmə qurulur, bu, keçid dövrü üçün ideal fiqurdur».

Digər maraqlı təyinatlar arasında Natiq Cəfərli Diasporla iş üzrə Dövlət komitəsinin yeni başçısını — icra hakimiyyətində iş təcrübəsi olmayan deputat Fuad Muradovu qeyd etdi. «Lakin o, yaxşı təhsilə malikdir, bir neçə dil bilir və bəlkə də diasporla işdə müsbət nəticələr əldə edə bilər. Yəqin ki, Azərbaycan ola bilməyəcək сдвигам işində. Azərbaycan, yəqin ki, dünyada diasporuna kömək edən yeganə ölkədir. Halbuki, əksinə olmalıdır – diaspor ana dövlətə kömək etməlidir».

Daha bir gözlənilməz təyinat – ekologiya naziri. Bu vəzifəyə əvvəllər «Azərkimya» istehsalat birliyinə rəhbərlik edən Muxtar Babayev təyin olundu: «Ekologiyaya ən çox kimya ziyan vurur, lakin, ola bilsin, burada hansısa bir məntiq var».

«Ümumilikdə isə, bu müvəqqəti, keçid hökuməti adlandırmaq olar. Bundan başqa, mən ilin sonunda növbədənkənar parlament seçkilərini gözləyirəm ki, bundan sonra idarəetmə sistemi vitse-prezidentlərin vasitəsilə tam işə düşəcəkdir. Növbədənkənar parlament seçkiləri hətta faydalı olub, bir növ özünəməxsus hədiyyəyə dönərdi, çünki bu ilin dekabrında biz ADR (Azərbaycan Demokratik respublikası və ya Azərbaycan Xalq cümhuriyyəti) parlamentinin (– 1918-1920-ci illər – Red.) 100 illiyini qeyd edəcəyik.

Prinsipcə, prezident üçün heç bir maneə yoxdur. Dövlət başçısı parlamenti buraxmaq hüququna malikdir. Odur ki, ilin sonunda parlament seçkilərinin keçiriləcəyini gözləmək tamamilə məntiqidir», — deyə Natiq Cəfərli vurğuladı.

Öz növbəsində Azərbaycan Milli məclisinin (parlamentin) millət vəkili, politoloq Rasim Musabəyov yeni hökumətdən öz gözləntiləri barədə danışarkən bildirib ki, hökumətin texnoloji əsası güclənəcək .

«Və biz bunu artıq müşahidə edib görürük. Yetərincə gənc kadrlar gəlmişdir. Bu nəsil artıq postsovet dövründə formalaşıb artmış və böyümüşdür. Və onlar hökumətin fəaliyyətinə hansısa yeniliklər gətirəcəklər», — deyə Azərbaycan deputatı Dalma Newsə bildirmişdir.

Rasim Мusabəyov

Onun müvəqqəti, keçid hökuməti olma versiyasına toxunan Rasim Musabəyov bununla razı olmadığını bildirib. «Həqiqətən, Konstitusiyaya görə icra hakimiyyətinin bütün dolğunluğu prezidentin və onun administrasiyasının əlində cəmlənib mərkəzləşmişdir. Nazirlər kabineti və onun aparatı strategiya formalaşdırmır və qərarlar qəbul etmir. Onlar prezident və onun administrasiyası tərəfindən işlənib hazırlanan və qəbul olunmuş qərarları həyata keçirirlər. Nazirlər kabinetininin təsərrüfat-paylayıcı və əlaqələndirmə funksiyaları var. Bizdə hələ ki, sahələr üzrə vitse-baş nazirlər yoxdur. Nəsə bir şey dəyişən zaman rolların bölgüsü: kimin nəyə cavab verəcəyi də onda məlum olacaq» — deyə müsahibimiz bildirdi.

Rasim Musabəyov bəzi ekspertlərin, o cümlədən Natiq Cəfərlinin haqqında danışdıqları ilin sonu növbədənkənar parlament seçkilərində məna görmür. «Hətta beynəlxalq vəziyyəti nəzərə alınmaqla, prezident seçkilərini irəli çəkmişlər. Bundan başqa, mən hesab etmirəm ki, parlament hökumətin öz qərarlarının həyata keçirilməsi üçün hər hansı maneçilik və ya qeyri-müəyyənlik mənbəyidir . Biz hamımız vicdanla səs veririk. Mən hesab etmirəm ki, seçkilər nəticəsində hakim elita üçün daha rahat parlament yaranacaq . Belə ki, parlamentin buraxılması və növbədənkənar seçkilərə dair söz-söhbət – bunlar bədnamlıqdır», — deyə deputat vurğulamışdır.

 

Мəmməd Мəmmədzadə