Ötən həftə Avropa Liqasının Azərbaycandan da iki klubun iştirak etdiyi qrup mərhələsinin 6-cı turu başa çatmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan öz tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində, həm də birdən-birə iki klubla təmsil olunmuşdur ki, bu, nəinki təkcə Azərbaycan, həmçinin bütün Cənubi Qafqaz regionu üçün özünəməxsus rekorda dönərək Azərbaycanda futbolun inkişaf etməsinin səciyyəvi amili olmuşdur.

Əzəl tarixçə

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan premyer lıgasının çempionu hüququ ilə əvvəlcə Çempion Liqasına çıxmaq uğrunda vüruşmuş, ancaq onu daha təcrubəli şotland “Seltik”i dayandırmişdir. Odur ki, Ağdam klubu Çempion Liqasının üçüncü ixtisaslaşmış raundundan Avropa Liqasına dəyişmişdir.

VsX57zT4gHU
Ağdamın “Qarabağ” FK

Eyniadlı şəhərdən olan digər futbol klubu “Qəbələ” Avropa Liqasının ixtisaslaşma raundundan başlamış və ilk olaraq Avropanın ən nüfuzlu turnirlərindən olan qrup mərhələsinə düşə bilmişdir.

1441564988_gabala-chernomorec-2-0
“Qəbələ” FK

Etiraf etmək lazımdır ki, əgər Azərbaycan azarkeşləri “Qarabağ”ın uğur və təcrübəsinə inanırdilarsa, “Qəbələ”nin Avropa meydanındaki çıxışı əsl sürpriz oldu. Komanda Gürcüstan, Kipr və Yunanıstandan olan daha adlı-sanlı və təcrübəli rəqiblərini ötə bildi ki, bu da klubun gücunun səciyyəvi göstəricisinə döndü.

“Azərbaycanlıların Avropa sərgüzəştləri”: Təcrübəsiz “Qəbələ” və bəxti gətirməyən “Qarabağ”

Azərbaycan klubları üçün püşk o qədər də üğurlu keçmədi. Hər iki komandaya Avropa çempionatının ən məşhur və təcrübəli rəqibləri nəsib oldu. “Qarabağ” isə etiraf etmək lazımdır ki, ümumiyyətdə “ölüm qrupuna” düşdu.

Ağdam klubunun rəqibləri “Tottenhem”, “Monako” və “Anderlext” kimi adlı-sanlı klublar olduğundan Qurban Qurbanovun yetirmələrindən möcüzə gözləməyə dəyməzdi. Və hər bir Azərbaycan azarkeşi hardasa ürəyinin dərinliklərində qrupdan çıxışa ümid edirdisə, komanda liderlərinin bir sıra bədən xəsarət və zədələri anlatdı ki, yalnız sadəcə olaraq Azərbaycan klublarının Avropa Liqasında çıxış məqamından həzz almaq lazımdır. Bununla belə, qrup sarıdan Ağdam klubunun bəxti gətirməsə də, “Qarabağ”ın çıxışı ən tərifli sözlərə layiqdir.

“Qarabağ”ın məşqçisi Qurban Qurbanov
“Qarabağ”ın məşqçisi Qurban Qurbanov

Qurban Qurbanovun yetirmələri öz məşhur rəqiblərinin hamısını döyüşməyə məcbur edərək son turadək qrupdan çıxmaq şansını saxlaya bildi. Və əgər “Qarabağ son turda Belçika “Anderlext” inə qalib gəlsəydi, 7 xalla qrupdan çıxa bilərdi.

“Qarabağ”ın hökmən qalib gəlməsinə və Londonda “Monako”nun “Tottenhem”i udmayacağına ümid etməyin lazım olduğu oyunda hesabı 26-cı dəqiqədə birinci olaraq Azərbaycan komandasının futbolçusu Dani Kuintana açdı. “Anderlext” dərhal borclu qalmayıb cavab verdi – Endi Nayar hesabı bərabərləşdirdi. Üç dəqiqədən sonra isə Stefano Okaka ikinci qolu vuraraq belçikalıları irəli çıxardı. Bu, qələbə qolu oldu. Londonda “Tottenhem” “Monako”nu 4:1 hesabı ilə məğlub etsə də təəssüf ki, bunun “Qarabağ”a xeyri olmadı. Azərbaycan çempionu Avropa Liqasındaki çıxışını başını uca tutaraq gələcəyə böyük ümidlərlə başa vurdu.

“Qəbələ”yə gəlincə, belə yarışlarda oyun təcrübəsinin olmaması və “Burussiya” (Dortmund), yaxud “Krasnodar” kimi klublarla oyunlardaki həyəcan ona gətirib çıxartdı ki, Azərbaycan klubu layiqli müqavimət göstərə bilmədi və qrup dövrəsinin basa çatmasından xeyli tez qrupdan çıxmaq şansını itirdi.

Azərbaycan futbolunun möcüzəsi

SSRİ-nın süqutundan sonra postsovet məkanının bir çox dövlətlərində olduğu kimi, Azərbaycanda da idmanın digər fərdi növlərindən fərqlı daraq futbolda bir sıra problemlər müşahidə olunmuşdu. Maliyyə vəsaitinin, kadr və bazaların olmaması yerli futbolda özünü barız şəkildə biruzə verirdi.

Hətta elə bir vaxt olmuşdu ki, Azərbaycanın Premyer-liqası dayandırılmış və bununla əlaqədar FİFA ilə (Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası) problemlər yaranmışdır.

Ölkə prezidenti işə qarışmış və Rusiya, eləcə də digər postsovet ölkələrinin təcrübəsi üzrə ölkə rəhbərliyi iri biznesın üzərinə bunu fundamental surətdə, daha doğrusu uşaq futbolu bazası və sairədən başlamaqla futbol klubları yaradıb maliyyələşdirmə vəzifəsi qoymuşdur. Azərbaycanda futbol tədricən dirçəlməyə başlamış, ölkə rəhbərliyi idmanın bu növunün daha geniş miqyasda inkişafı üçün az vəsait ayırmamış və bunun hesabına ölkəyə xarici məsqçilər və futbolçular cəlb olunmuşdur. Həm də onlardan bəziləri hətta Azərbaycan vətəndaşlığı almişlar. Klublar arasında birincilik uğrunda real rəqabət getmiş, onlar ilbəil daha kvalifikasiyalı legionerlər almağa başlamış, bəzi klublar isə yerli oyunçular da yetişdirməyə cəhd göstərmişlər.

Azərbaycan futbol federasiları assosiasiyası (AFFA) Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə görkəmli xarici mütəxəssislər, məsələn, Almaniya yığmasının eks-treneri Berti Foqtsu dəvət etməyə başladı. Hazırda Milli yığmaya taninmış sabiq xorvat futbolçusu Robert Prosineçki rəhbərlik edir. Bununla yanaşı, gənc mütəxəssləri trener kurslarında təhsil almaq üçün xaricə göndərməyə başlamışlar ki, bu da “Qarabağ”ın məşqçisi, Azərbaycan futboluna Avropa iş üsullari gətirən Qurban Qurbanovun timsalında öz bəhrəsini vermişdir.

Robert Prosineçki
Robert Prosineçki

Digər tərəfdən klubların önəmli maliyyə bazası onlara Afrika və Cənubi Amerika kontinentlərindən keyfiyyətli transferlər həyata keçirmək imkanı verməyə, həmçinin uşaq futbolu fəal inkişaf etməyə basladı.  Yeri gəlmişkən uşaq futbolundan söz düşəndə “Qəbələ”dən danışmağa dəyər. Əgər “Qarabağ”, “Neftçi”, “Kəpəz” kimi klubların əsası qoyulmuşsa və heç olmasa hər hansı bazaya malik olmuşlarsa, “Qəbələ” nisbətən gənc klubdur və sıfırdan yaradılmışdır.

Klubun baş sponsoru onun tikintisini dərhal böyük transferlərdən başlamamışdır. İngiltərə yığması və London “Arsenalının” sabiq məşhur oyunçusu Toni Adams kluba dəvət olunmuşdur ki, o, klub bazası qurmağa, məktəb futbolunu inkişaf etdirməyə və ingilis standartları üzrə stadion tikməyə başladı. Nəticə çox gözlətmədi və tez bir zamanda klub ölkə çempionu ola bildi, ancaq çempionat favoritləri arasında yerini möhkəmlədə bilmədi.

Bununla belə klub inkişaf edır, oyunçular dəjisir, həm yükçəlişlər, həm də enişlər olurdu. Son vaxtlar kluba ukraynalı məşqci Roman Qriqorçuk başçılıq etmişdir ki, klub onun rəhbərliyi altında Avropa Liqası səviyyəsində irəliyə doğru real addım ata bildi, o, bununla hücumçu futbol nümayiş etdirdi ki, Azərbaycan klubları üçün xarakterik deyil.

Roman Qriqorçuk
Roman Qriqorçuk

Azərbaycan klubları özlərini parlaq çıxışlarla göstərib Avropa audiotoriyası üçün sürpriz kəsb edə bilməsələr də, birdən-birə iki Azərbaycan klubunun Avropa Liqasında iştirak etməsinin misilsiz hadisə olduğunu vurğulamağa dəyər. Odur ki, bütün keçmiş uğursuzluqlara baxmayaraq, bu presedenti Azərbaycan futbolunun müvəffəqiyyəti və irəliyə addımı hesab etmək olar.

Həm də futbol Azərbaycan üçün prioritetli istiqamətdir və buna görə də Bakı qruplu mərhələnin üç oyununu, eləcə də Avro-2020 dörddə bir finalını qəbul edəcək.

Nicat Hacıyev