Azərbaycanın futbol yığması dünya çempionatının futbol üzrə seçmə dövrünü çox parlaq başladı: Çexiya yığması ilə qonaq kimi bir-birinin ardınca iki qələbə və sıfır-sıfır hesabıyla bir heç-heçə. Nəticədə, üç oyundan sonra — yeddi xalla qrupda layiqli ikinci yer. Həm də Azərbaycan futbolçuları öz qapılarından bircə qol belə buraxılmamasına nail olmuşlar.

Azərbaycan hazırki dünya çempionu, «С» qrupu lideri— Almaniya yığmasından cəmi iki xal az toplamışdır.

İlk ölkədənkənar oyununda Azərbaycan San-Marinonu 1:0 hesabı ilə məğlub etmişdir. Ötən həftə Azərbaycan futbolçuları öz meydançasında Norveç yığması üzərində qələbə qazanmışlar. Bir neçə gün əvvəl isə onlar qonaq olarkən, qrupun favoriti hesab olunan güclü Çexiya yığmasından bır xal ala bilmişlər.

Azərbaycan yığması San-Marino və Norveçə qalib gələn zaman bir çox skeptiklər uğurlu çıxışı bəxt gətirmə amili kimi yozdular. Azərbaycan futbol federasiyaları Assosiasiyası isə qələbələri qanunauyğun —planlı və professional hazırlıqların nəticəsi hesab edir.

İstər-istəməz belə bir sual yaranır: doğrudanmı, artıq Azərbaycanın, həmçinin hazırki dünya çempionunun da oynadığı qrupa başçılıq edə bilən və etməli olan belə güclü yığması var? Yaxud Robert Prosineçkinin qəyymluğu altında olanları sensasiya yaratmağa bu iki «naqafil» qol kömək etdi?

Bu suala cavab verən idman icmalçısı Əli Məmmədov Dalma Newsə bildirib ki, yuxarıda qeyd olunan fikirlərin heç biri ilə razılşmır. Onun sözlərincə, əgər Azərbaycan millisi AFFA-da iddia edildiyi kimi, müntəzəm və peşəkar komanda olsaydı, nə üçün öz potensialıni son üç oyuna qədər göstərməmişdi? Tərkib eyni, məşqçi elə həmin, hazırlıq da həmçinin — heç nə dəyişməyib, lakin son üç görüşə qədər bizdə öyünməli heç bir nəticə yox idi.

«Bəli, Prosineçki üçün sabit komanda yarada bilmişdir , amma yüksəksəviyyəli oyundan danışmaq və uğurlar haqqında car çəkmək hələ tezdir»,- deyə Məmmədov bildirmişdir.

Ekspert həmçinin qeyd edib ki, hər şeyi bəxt amili ilə izah etmək də düzgün deyil. «Burda da bir çox mübahisələr var. İki qol Azərbaycana kömək etdi»,- bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan millisinin ikinci ardıcıl qələbəsini məhz belə şərh etmişlər. İstər-istəməz belə bir sual yaranır: əgər bu «təsadüfi qollar» idisə, onda belə bir faktı necə izah etmək olar ki, bizim futbolçularımız hər şeydən əlavə, üstəlik, bütün 90 dəqiqə ərzində öz qapısını toxunulmaz saxlamışlar?

Bundan sonra Azərbaycan yığmasını daha çətin imtahan gözləyirdi. Qapılarını dünyaşöhrətli müdafiəçi Petr Çexin qoruduğu tanınmış Tomas RоsitskiSivok kimi çexlər. Burda da bəxt? Belə olmur. Bəxt bir və ya iki dəfə gətirə bilər, güclü rəqib ilə, özü də qonaq kimi üçüncü görüşdə də bəxt… ağlım kəcmir».

Çexlərlə qonaq görüşündən sonra Azərbaycan millisini hazırki dünya çempionlarına qarşı — Almaniya yığması ilə «milyon uğrunda» oyun gözləyir. Məhz bu oyundan sonra müasir Azərbaycan yığmasının həqiqətən nəyə qadir olduğu məlum olacaq.

«Çexlərlə oyunadək mən belə düşünürdüm: əgər Azərbaycan yığması heç olmasa, heç-heçə oynaya bilsə, onda Almaniyada artıq Odlar yurdundan olan oğlanlarla qarşıdakı görüş haqqında ciddi düşünməlidirlər. Belə də oldu»,- deyə futbol icmalçısı öz təəsüratı ilə bölüşdü. Seçmə dövrünün üç turunun yekunlarına görə, Almaniya məşqçisi Yoahim Lev dərhal «С» qrupundaki vəziyyəti şərh edib demişdir: «Azərbaycan hansı tərzləsə bizim ən davamlı təqibçimizə dönmüşdür. Bu yığmaya qarşı oyun Almaniya yığması üçün ən vacib olacaqdır».

lev

Stiven Siqalın təsiri

Azərbaycan yığmasının fövqəladə çıxışlarından sonra bəzi futbol həvəskarları bütün uğurlarda Norveç ilə oyundan əvvəl azərbaycanlı futbolçularla görüşüb onlara müvəffəqiyyətlər arzulamış Stiven Siqalın «yüngül əli»ni görmək imkanını əldən vermədilər.

Norveçə qarşı DÇ-2018-in seçmə mərhələsinin matçına hazırlıq çərçivəsində Azərbaycan yığmasının yekun məşqlərindən sonra yığmanın oyunçularını gözlənilməz görüş gözləyirdi. Məşhur amerikalı kinoaktyor və rejissor Stiven Сигал səfər zamanı onlararın yanına gəlmişdi. Oyunçularla söhbət əsnasında o demişdi: «Mən sizə inanıram!».

sigal

Bəlkə, doğrudan da, Azərbaycanın futbol azarkeşlərinə öz uşaqlarına inanmağa dəyər? Axı, yuxarıda qeyd etdiyimiz kimi hərçənd faktiki olaraq heç nə dəyişməsə də, komanda uğurla çıxış etməyə başlamışdir.

Milli komandanın qapıçısı, son səddə möhkəm bir divar kimi dayanıb, komandanı dəfələrlə xilas edən Kamran Ağayev xüsusilə fərqlənərək, son bir neçə gün ərzində sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri arasında ən məşhur idmançıya dönmüşdür.

Futbol üzrə milli komandanın uğurları azərbaycanlıları sevindirir. Azərbaycan futbol federasiyaları assosiasiyası (AFFA) sosial medialarda hashtag #niyədəyox (“Niyə də yox?”) yaymışdır ki, KİV və sosial şəbəkə istifadəçiləri futbol üzrə milli komandanın uğurlarına həsr olunmuş nəşrlərində bundan istifadə edirlər.

3 oyuna görə 1 milyon dollar

Bu günlər məlum olmuşdur ki, futbol üzrə Azərbaycan yığması DÇ-2018 seçmə mərhələsi çərçivəsindəki oyunlarda topladığı 7 xal üçün 1,5 milyon manatdan çox (1 milyon dollar) mükafat alacaq.

Norveçlilər üzərindəki qələbəyə görə ilkin heyət futbolçuları hər biri 50 min manat (33 min dollar), əvəzetməyə çıxan oyunçuların hər biri – 35 min, skamyada ehtiyat üçün qalan futbolçuların hər biri isə 25 min alacaqlar.

Çexlərlə heç-heçə hesabına görə Azərbaycan futbolçularınin hər biri 30 min manat (20 min dollar) alacaq.

Beləliklə, yalnız futbolçular üçün mükafatların ümumi məbləği 1 412 500 manat və ya təxminən 950 min ABŞ dolları təşkil edəcək. Məşqçilər qərargahının mükafat məbləğinin açıqlanmadığını nəzərə alsaq, bütün Azərbaycan yığmasının bonusu bir milyon dollardan cox təşkil edir.

Sonda Azərbaycan yığmasının məşqçisi Robert Prosineçkinin sözlərini vermək istərdim: « İndi Azərbaycanda futbol eyforiyası hökm sürür. İnsanlar bizə inanırlar, axı əvvəllər heç vaxt belə nəticə və uğurlar olmamışdı . Bizə bu inamı qoruyub saxlamaq lazımdır».
prosinechki

Ümid etmək istərdik ki, bu inam almanlarla oyundan sonra da saxlanacaq və Azərbaycan yığmasının oyunçuları bütün seçmə dövrü boyu öz azarkeşlərini sevindirməkdə davam edəcəklər.

 

Nicat Hacıyev