Son bir neçə ayda Azərbaycanda ölkənin Kollektiv təhlükəsizlik müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya iqtisadi birliyinə (AİB) daxil olma məsələsi daha fəal müzakirə edilir. Bu ideyanin ən ardıcıl tərəfdarlarından biri siyasi xadim, «Region» beynəlxalq analitik mərkəzinin rəhbəri və Azərbaycan Xalq cəbhəsi Partiyasının lideri Razi Nurullayevdir.
EADaily müxbirinin suallarını cavablandıran Razi Nurullayev onun bu məsələ ilə bağlı dəqiq mövqeyində təəccüblü bir şey olmadığını qeyd etdi. «Azərbaycan Avrasiya inteqrasiya proseslərindən kənarda qalmamalıdır. Biz o dərəcədə güclü ölkə deyilik ki, Rusiya, İran və Türkiyə kimi dövlətlərin əhatəsində olaraq özümüzə müstəqil siyasət rəva görə bilək. Hətta , ABŞ kimi güclü bir dövlət belə, reallıqla hesablaşmalı olur. Heç olmasa, yaxınlarda Amerika hökumətinin işinin qismən dayandırılmasını xatırlamaq kifayətdir», — deyə o bəyan etdi.
Nurullayev onu da qeyd etdi ki, «Mən iki onillikdən artıq müddət ərzində ölkəmizin siyasətinin düzgün və balanslaşdırılmış olduğunu hesab edirdim, lakin indi o, özünü tam surətdə doğrultmur. Mən görürəm ki, bizdən KTMT (Kolltktiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və AVRASİYA İqtisadi Birliyinə (AİB) münasibətdə dəqiq və aydın, hətta tam müəyyənlik gözləyirlər. Və mənə elə gəlir ki, Azərbaycanın bu strukturlara üzvlüyü bizi bu alyansların üzv- ölkələrilə yaxınlaşdıracaq . Məsələn, Qazaxıstan bizə dost ölkədir. Lakin KTMT və AİB -ə daxil olan digər dövlətlərin prioritetlərini də nəzərə almaq lazım olduğundan, hətta Astana belə, çox vaxt bizim xeyrimizə dəqiq və açıq-aydın söz deyə bilməz. Belarus da eyni vəziyyətdədir. Bu baxımdan Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən çox şey itirir»… Müsahibimiz digər bir faktoru da qeyd etdi:
«Azərbaycan Aİ-nin «Şərq Tərəfdaşlığı» proqramında təmsil olunsa da, Avropa İttifaqı ilə ciddi sənədlər imzalamayıb. Mən belə bir alyansın baş tuta biləcəyinə inanmıram . Danışıqlar illərlə gedə bilər, ancaq nəhayət uğursuzluğa düçar ola bilər. Avropa Birliyinin insan hüquqları, fundamental, iqtisadi azadlıqlar, demokratik dəyişikliklər ilə bağlı çox sərt və xüsusi şərtləri var. Həm də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması. Bizim siyasi elita bu şəraiti qəbul etməzsə, Avropa yardımından, onların bazarı və təklif etdikləri hər şeydən kənarda qalacaq. Belə olan halda ölkə, əhali, biznes qurumları, bankları, eləcə də bazar xeyli zərər çəkəcək. Biz də KTMT və AVRASİYA İqtisadi birliyindən kənarda qalacaq, deməli, burada da çox şey itirəcəyik. Lakin bununla belə, əgər biz hətta KTMT və AVRASİYA İqtisadi birliyinin tam hüquqlu üzvü olacağıqsa da, bu, yenə də bizim Avropa ilə əməkdaşlığımıza heç bir maneə törətmir. Axı, o heç Ermənistana da mane olmadı…».
Əvvəllər Razi Nurullayev öz bəyanatlarında qeyd edirdi ki, KTMT-na üzvlük Qarabağ münaqişəsinin həllinə kömək edəcək. Bəs bu əminlik nəyə əsaslanır?
Bu suala cavab olaraq ekspert qeyd etdi ki, onda bu bənd üzrə 100% əminlik yoxdur. «Həmcinin əgər Azərbaycan innən belə də KTMT və AİB-ə inteqrasiyadan uzaq olarsa, onun (Dağlıq Qarabağ münaqişəsinin — red.) həll olunacağına əminlik yoxdur. Heç Avropa inteqrasiya prosesləri çərçivəsində də heç bir perspektiv mövcud deyil. Mən əminəm ki, münaqişənin həlli yalnız Rusiyanın xoşməramı ilə mümkündür. Rusiya isə hələlik Azərbaycana tam etibar etməyincə buna getməyəcək. Əlbəttə, bizim ölkə heç vaxt Rusiyaya qarşı çıxmaz və Rusiya Federasiyasına problemlər yaratmaq istəyənlərlə bir sırada durmaz. Rusiyanın siyasi elitası bunu bilir. Amma axı, siyasət hər an dəyişə bilər. Ona görə də, ölkəmizin KTMT və AİB-ə inteqrasiyası münaqişənin həllinə nail olmaq üçün Rusiyaya stimul verərdi. Əlbəttə ki, Azərbaycan da daxil olmaq üçün bu maddəni bir şərt kimi qoya bilər. Mən əminəm ki, KTMT-nin üzv ölkələri Ermənistanı münaqişənin kompromis əsasında həllinə razı olmağa inandıra bilərdilər. Ümumiyyətlə, əgər Rusiya istərsə, məsələ həll olunacaq» — deyə, ekspert əmindir.
Razi Nurullayevin sözlərinə görə, Azərbaycan cəmiyyətində nə Rusiya, nə də ruslara qarşı heç bir ayrıseçkilik və ya düşmənçilik yoxdur.
«İnsanları narahat edən Qarabağ münaqişəsinin həllidir, amma həm də sakit həyat, stabil qazanc lazımdır. Rusiyanın isə böyük bazarı və işçi qüvvəsinə ehtiyacı var. Əlbəttə, etiraz yaratmağa çalışacaq insanlar və siyasi qüvvələr tapıılacaq , lakin bu cəhdlər uğur qazanmayacaq. Bir daha vurğulayıram, azərbaycanlılar Rusiyanın simasında düşmən görmürlər».
Müsahibimiz prezident İlham Əliyevin «dünya dəyişir, yeni təhlükələr, yeni çağırışlar yaranır» sözlərini xatırlatdı. «Bu cür şəraitdə, əlbəttə ki, ənənəvi tərəfdaşlarla sıx əməkdaşlıqdan çox şey asılıdır. Bizim AİB-nə üzv ölkələrlə iqtisadi və siyasi əməkdaşlığımızın formatı kifayət qədər möhkəmdir. «İnteqrasiya yolu ilə getmək üçün, əlbəttə, motivasiya lazımdır”, deyə dövlət başçısı bildirib. Burada «motivasiya» sözü əsas sözdür. Bakı üçün «motivasiya» – bu, Qarabağ münaqişəsi tərəfləri üçün sözdən əmələ keçmək prosesi və inteqrasiyadır.
Türkiyə və Rusiya, o cümlədən beynəlxalq aləmdə də olmaqla, getdikcə bir-birinə daha çox yaxınlaşırlar. Biz bunu heç olmasa, Venesuelada oxşar hadisələrin qiymətləndirilmə timsalında görürük. Ankara artıq Avrasiya İqtisadi birliyilə əməkdaşlıq etmək arzusunu bildirib. Əgər Türkiyə AİB ilə yaxınlaşarsa, bu, Azərbaycanın da qərarına təsir göstərə bilər. Və, müvafiq olaraq, əgər Azərbaycan Avrasiya inteqrasiya ittifaqlarına daxil olarsa, onda Türkiyə də orda olacaq, — deyə Razi Nurullayev hesab edir.
O, qeyd edir ki, silahların Rusiyadaxili qiymətlərlə alınması, bazarların açılışı ilə bağlı bonuslardan əlavə, Avrasiya inteqrasiyasının önəmi həm də onunla bağlıdır ki, Rusiyada azərbaycanlılara yad kimi yanaşmayacaqlar:
«Azərbaycan öz siyasi və iqtisadi maraqlarını reallaşdırmaq şansı əldə edəcək. Gömrük sədd və maneələrinin ləğvi Azərbaycan məhsullarının Rusiya bazarlarına tədarükünün artmasına gətirib çıxaracaq. Bunun da nəticəsində əsl iqtisadi bum və ya gurultulu yüksəliş baş verəcək, yeni iş yerləri yaranacaq».
Müsahibəni EADaily dərc etmişdir