Azərbaycan diplomatlarının İsveçə 117 min kron, yəni 11,7 min avro borcu var. Bu göstərici ilə ölkəmiz İsveçə borclu olan dövlətlər siyahısında ikincidir. Türkiyə 180 min kronla (18 min avro) birinci, Rusiya isə 110 min kronla (11 min avro) üçüncü yerdədir.
İsveçin “Daqens İndustri” qəzeti bildirib ki, diplomatik missiyaların nümayəndələri avtomobillərin parkinq edilməsi qaydalarını tez-tez pozurlar. Yığılan cərimələr də elə bu məsələ ilə bağlıdır.
Qəzet xatırladır ki, avtomobil sahibi cəriməni ödəməkdən imtina etdikdə, iş “Kronofogden”ə – məhkəmə icrası üzrə dövlət qurumuna göndərilir. “Kronofogden”nin diplomatlardan bu cərimələri tələb etmək hüququ yoxdur, buna görə də qurum diplomatlara qarşı cərimə materiallarını İsveç XİN-nə göndərir.