Son günlər Azərbaycanın ekspert cəmiyyəti və KİV prezident İlham Əliyevin «Rusiya bu gün» Beynəlxalq informasiya agentliyinin (МИА «Россия сегодня») direktoru Dmitri Кiselyova müsahibəsini qızğın sürətlə müzakirə edir. Mübahisə və fikirayrılığının mövzusu, xüsusən Azərbaycanın Aİİ–na daxil olma ehtimalına dair suala Əliyevin cavabı olmuşdur. Azərbaycan prezidenti belə ehtimalı istisna etməmişdir.

«Bu mövzuda söhbət ekspert cəmiyyətində və müxtəlif ölkələrin siyasi elitaları arasında çoxdan gedir. Deyim ki, prinsipcə bu gün biz özümüzü hazırki vəziyyətimizdə yetərincə inamlı hiss edirik. Odur ki, biz hələ hansı meyl və istiqamətlərin olacağını nəzərdən keçirməliyik. Əlbəttə, Birlik cəlbedici olarsa, oraya çoxları can atacaq. Odur ki, heç nəyi i stisna etmək olmaz, ancaq indiki mərhələni mən məhz belə xarakterizə edirəm»,- deyə Əliyev bildirmişdir.

Respublika başçısı, həmçinin qeyd edib ki, Azərbaycan Avrasiya məkanındaki prosesləri maraqla izləyir. «Bu gün bizim Aİİ-na üzv olan ölkələrlə iqtisadi, həm də elə siyasi əməkdaşlığımızın formatı kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, əsaslandırma — motivasiya lazımdır. O, iqtisadi, sosial, siyasi və hər hansı digəri ola bilər. Və hazırda biz bu istiqamətdə işləyirik»,- deyə o vurğulayıb.

kiselev

Prezidentin bu bəyanatı müzakirələr fırtınasına səbəb olmuş, Aazərbaycan ekspertləri isə öz təfsirlərində bir-birindən fərqlənmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Avrasiya iqtisadi birliyi üzv ölkələrinin hamısı ilə demək olar ki, çox gözəl ikitərəfli münasibətləri vardır. Lakin problem ondadır ki, bu ittifaqın üzvlərindən biri Azərbaycanla ərazi münaqişəsində olan Ermənistandır ki, həmin münaqişə bu ölkələr arasında hər hansı iqtisadi əlaqələrin ləğvinə gətirib çıxarmışdır. Belə bir vəziyyətdə Avrasiya iqtisadi birliyinə daxil olmaq avtomatik olaraq Ermənistanla münasibətlər məsələsini qoyur.

Təbii ki, Yerevan və Moskva üçün Azərbaycanın da bu ittifaqa üzv olması ideal variant olardı; belə olan halda, Azərbaycan Ermənistana qarşı bütün kommunikasiya məhdudiyyətlərini aradan qaldırmalı olardı.

Ehtimal ki, rəsmi Bakının Yerevanı öz 25 illik təcrid siyasətinə qarşı gedəcəyi ehtimalı azdır. Müvafiq olaraq, prezidentin bu messici ilk növbədə Moskva tərəfə yönəlmiş və məqsədi Qarabağ münaqişəsinin mərhələli həlli halında Azərbaycanın Avrasiya iqtisadi birliyinə daxil olma məsələsini nəzərdən keçirə biləcəyini ona anlatmaqdır.

İlham Əliyev öz şahmat partiyasını oynayır

The Great Middleeast layihəsinin rəhbəri Əli Hacızadə Dalma News müxbiri ilə söhbətində prezidentin bəyanatını şərh edərkən qeyd edib ki, Azərbaycan prezidentinə bu sualı birinci dəfə deyil ki, verirlər və onun cavabı əvvəlkilərdən heç nə ilə fərqlənmir.

«Əvvəla, qeyd etmək lazımdır ki, Azərbaycan— Qoşulmama hərəkatının üzvüdür və yalnız elə bu təşkilatdan çıxış texniki cəhətdən bir il çəkəcək. Digər tərəfdən, mən hesab etmirəm ki, Azərbaycanın Aİİ-na daxil olması Qarabağ münaqişəsini həll edəcək.

Bu gün Rusiya öz ölü doğulmuş təşkilatına dəstək almağa çalışır ki, bu da təbiidir. Prezident Кiselyova  diplomatik tərzdə demişdir: «Sağ olun, ancaq yox». O, daha nə deməliydi ki? », – deyə ekspert qeyd edir.

Hacızadənin sözlərinə görə, beynəlxalq siyasət o sahə deyil ki, birmənalı şəkildə «bəli» və ya «yox» demək mümkün olsun. «Bizim ölkə rəhbərliyinin çoxvektorlu siyasəti haqqında hamı bilir və prezidentin həmin suala cavabı bunu əks etdirir. Bu kontekstdə prezident yeni heç bir şey deməyib… Əgər Azərbaycan Aİİ-nin üzvü olmaq istəsəydi, onda yəqin ki, KTMT-nə də üzv olmaq istəyərdi, ancaq biz bunu görmürük. İlham Əliyev böyük ölkələrin ziddiyyətləri müqabilində fürsətdən istifadə edərək, öz şahmat partiyasını oynayır və indiki mərhələdə, bu, ən optimal variantdır»,- deyə Hacızadə vurğulamışdır.

Rusiyalı iqtisadçı Aleksandr Rаzuvаyеv İlham Əliyevin bəyanatını şərh edərkən xatırladıb ki, Azərbaycanın Rusiya, Belarus və Qazaxıstanla çox sıx işgüzar əlaqələri var. «Bu, ilk növbədə, silah təchizatı və neft-qaz sahəsidir. Bir çox azərbaycanlılar hələ sovet dövründən Rusiyanın neft bölgələrində məskən salmışlar. «LUKOYL» haqqında hamı bilir, amma bu təkcə bir şirkətlə məhdudlaşmır. Ümumiyyətlə, suveren iqtisadi güc mərkəzi — bu, 250-300 milyon istehlakçı deməkdır. Rusiyanın türk dünyası ilə inteqrasiyası olmadan onu qurmaq olmaz. Proses yavaş-yavaş, lakin düzgün gedir»,- deyə ekspert zənn edir.

Rаzuvаyеvin fikrincə, Rusiyada islam maliyyə sektoru formalaşmağa başlamış və müvafiq qanunvericilik bazası işlənib hazırlanmaqdadır. «Moskvada artıq anlayıblar ki, qaz məsələsində Ankara Kiyevdən daha münasib tərəfdaşdır. Eyni zamanda, Bakıda yaxşı dərk etməlidirlər ki, Avrasiya İttifaqı – vahid xidmət malları və kapital bazarı, perspektivdə ŞƏT (Şanxay əməkdaşlıq təşkilatı) ilə azad ticarət zonasıdır. Vahid bazar İsə vahid Avrasiya valyutası — altın olmadan formalaşa bilməz. Avrasiya MB görünür Almatıda olmalıdır, lakin hələlik onun dəqiq vaxtı məlum deyil. Bununla belə, avro ilə analogiya üzrə, yəqin ki, əvvəlcə görünür nəqd olmayan pul vahidi və yalnız sonra — nəqd pul vahidi yaranacaq. Lakin milli valyutadan imtina etmək, qismən suverenlikdən imtinani nəzərdə tutur. Bu, təbii ki, ilk növbədə siyasi məsələdir»,- deyə o vurğulamışdır.

Azərbaycanın Aİİ-na daxilolma mümkünlüyündən danışan politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan azad ölkədir və qarşılıqlı əməkdaşlıq, daha yaxın iqtisadi birlik seçib tapmaq — bu, ölkənin siyasi elitasının suveren hüququdur.

« Xatirimdədir, rəsmi Brüssel var-gücü ilə hadisələri sürətləndirilməyə çalışır və az qala «Avronest» əməkdaşlıq proqramına daxil olan altı ölkədən Aİ-yə assosiativ üzvlüklə bağlı Sazişi qeyd-şərtsiz imzalamağı tələb edirdi. Prezident İlham Əliyev isə 2015-ci ildə Brüsselə səfər çərçivəsindəki mətbuat konfransında bildirmişdi ki, Bakı bir müqavilənin vaxtından əvvəl imzalanmasını məqsədəuyğun hesab etmir.

Və əslində də, bu cür aktlar heç bir təzyiq göstərilmədən qəbul edilir və imzalanır, ən başlıcası isə, onlar siyasi cəhətdən əsaslanmalıdırlar. Sonrakı hadisələrin göstərdiyi kimi, Ukrayna və Gürcüstan tərəfindən Sazişin imzalanması bu ölkələrin Aİ ilə qarşılıqlı münasibətlərində heç bir şey dəyişməmişdir. Əksinə, Qərb istiqamətində hərəkət ölkələrdə vəziyyətiin gərginləşməsinə və dağıdıcı inqilabi tendensiyalara təkan vermişdir»,- deyə ekspert vurğulamışdır.

Abbasovun fikrincə, Azərbaycanın Avrasiya iqtisadi birliyinə qoşulması daha çox tələb olunan və hətta səmərəli ola bilər, çünki postsovet məkanı bazarlarında Qərb bazarınin sərt qaydaları hökm sürmür.

«Bu birlikdə güclü mərkəz diktatı, keyfiyyət standartlarının birləşməsi naminə işlək müəssisələrin konveyerlərini dayandırmaq tələbləri yoxdur. Şübhəsiz, Avropa standartları hörmətə layiqdir, onlara can atmaq lazımdır, ancaq ölkəni hələ fiziki cəhətdən işlək olan və işçi qüvvəni məşğul edən hər çeyin ləğv olunması üçün volüntarist üsullara məcbur etmək, hamılıqla, özü də hər hansı yardım, investisiya dəstəyi göstərmədən ləğv etmək sadəcə olaraq laqeydlik və ehtiyatsızlıqdır»,- deyə o bildirmişdir

Abbasov, həmçinin demişdir ki, daha müasir relslərə hər hansı bir keçid, yaxud köçürmə mərhələ-mərhələ, tədrici qaydada həyata keçirilməlidir.

«Azərbaycan bu və ya digər iqtisadi bloklarda iştirakla bağlı öz imkanları, plan və mülahizələrini diqqətlə götür-qoy edir. Yəqin ki, ölkənin bu və ya digər bloka daxil olması iqtisadi məqsədəuyğunluq və hesablamalar əsasında həyata keçiriləcək. Zənnimcə, bu, ağıllı yanaşmadır. Üstəlik, Avrasiya iqtisadi birliyinə daxil olan ölkələr demək olar ki, eyni iqtisadi sistem və parametrlərə malikdirlər, real bazar preferensiyaları vəd edən xeyli üstün ideyaları var. Güman edirəm ki, elə bu keyfiyyət və dəlil Bakının seçimində həlledici rol oynamalıdır», – deyə ekspert sözünə yekun vurmuşdur.

P. S. Açıq etiraf etməyə dəyər ki, müxtəlif rəylərə görə, bu gün Rusiyada milyonyarımdan iki milyonadək azərbaycanlı miqrant var. Digər tərəfdən, qeyd etmək lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının 90%-i məhz Rusiyaya gedir. Bu amillər nəzərə alınmaqla, Azərbaycanın Avrasiya iqtisadi birliyinə daxil olması məntiqi olardı. Lakin digər tərəfdən, miqrantların pul köçürmələri və kənd təsərrüfatı məhsullarının RF-na ixracından əldə olunan mənfəət Azərbaycanın gəlirlərinin ancaq 5% -ni təşkil edir, qalan mənfəət isə istehlakçılarınin qərb ölkələrinin olduğu karbohidrogenlərin ixracından gəlir.

Həmçinin, Avrasiya iqtisadi birliyi hələ ki, özünü ölkəni yeni iqtisadi inkişaf mərhələsinə çıxarmağa qadir təşkilat kimi doğrultmadığından, hələlik Azərbaycanda onu iqtisadi deyil, siyasi ittifaq kimi nəzərdən keçirirlər.

Nicat Hacıyev