Azərbaycanın bütün 2019-cu il boyu keçən və ilin ikinci yarısında əhəmiyyətli dərəcədə genişlənən həlledici hadisəsini kadr islahatları adlandırmaq olar.
Doğrudur, onların məhz bu il başlandığını söyləmək – yalan demək olardı. Bu islahatlara İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ölkənin siyasi isteblişmentinin cavanlaşma kursu götürməsi haqda söhbətlərin dolaşdığı 2018- ci ildə başlanmışdı.
İlk zəngciyəz demək olar ki, dərhal – ötən ilin aprelində gənc kadrların Nazirlər Kabinetini bir anda doldurduğu vaxt oldu. Bunlar — 38 yaşlı Əmək və Sosial müdafiə naziri Sahil Babayev, 42 yaşlı Kənd təsərrüfatı naziri İnam Kərimov, Təhsil Nazirliyinin 45 yaşlı rəhbəri Ceyhun Bayramov, Rabitə Nazirliyinin 42 yaşlı başçısı Ramin Quluzadədir.
Lakin dəyişikliklər yalnız təyinatlarla məhdudlaşmadı, əsasən pensiya yaşı ilə bağlı istefalar da çoxaldı.
2019-cu ildə isə kadr dəyişiklikləri ilə bağlı proses 72 yaşlı Novruz Məmmədovun oktyabrda gözlənilmədən baş nazir postunu tərk etdiyi zaman yeni qüvvə ilə fəallaşdı . Ondan sonra isə baş nazirin müavinləri, 71 yaşlı Əli Həsənov və 75 yaşlı Hacıbala Abutalıbov, həmçinin Prezident Administrasiyasının rəhbəri – 81 yaşlı Ramiz Mehdiyev bir-birinin ardınca istefaya göndərilmişlər.
Abutalıbovu yola salarkən prezident İlham Əliyev digər siyasi uzunömürlülərə də işarə etdi ki, gənclərə onlar da yol verməlidirlər. Bundan sonra Azərbaycan XİN başçısının müavini 78 yaşlı Hafiz Paşayev istefa ərizəsini təqdim etmişdir.
Bir aydan bir qədər çox vaxt keçdi və dövlət başçısı öz administrasiyasının strukturunu ciddi şəkildə yeniləşdirmiş oldu. Orada nəinki təkcə yeni şöbələr, vəzifələr peyda oldu, hətta, eyni zamanda bəziləri ləğv edildi. Maraqlı cəhət ondan ibarətdir ki, islahatlar çərçivəsində ləğv edilmiş şöbələr arasında prezidentin köməkçisi, xüsusilə də kütləvi mediaya kuratorluq edən Əli Həsənovun rəhbərlik etdiyi ictimai-siyasi məsələlər şöbəsi də var idi. Onun şöbəsinin ləğvindən dərhal sonra cəmiyyətdə bunun media sahəsində gələn ilin əvvəlində özünü büruzə verəcək islahatların başlanğıcı olması haqqında söz-söhbət gəzməyə başladı.
İslahatlar icra hakimiyyəti nümayəndələrindən də yan keçmədi. Kiminsə bəxti gətirdi və onlar sadəcə olaraq dəyişdirildi və kimisə mənimsəmə, korrupsiya, fırıldaqçılıq və s.üçün həbsə aldılar ki, bunlar heç də az deyildi.
Yerlərdə, həmçinin gəncləşmə prosesi də başlamışdı. Qərbdə təhsil almış gənc kadrlar yeni icra hakimiyyəti başçılarına dönmüş və onların qarşısında əhali ilə sıx və yeni yollarla işləmək vəzifəsi qoyulmuşdur. Bir sözlə, xalqa açıq olmaq. Prezident İlham Əliyev hətta yeni təyin olunmuş şöbə müdirlərini qəbul etmiş, görüş zamanı onların işlərindən hansı nəticələr gözlədiyini açıq və dəqiq şəkildə izah etmişdir.
Dekabrın 5-də isə ölkə üçün möhtəşəm bir hadisə baş vermişdir— Prezident İlham Əliyev parlamenti buraxıb və 9 fevral 2020-ci il tarixinə vaxtından əvvəl parlament seçkilərinin təyin edilməsi haqqında qərar qəbul edib. Və iİndi respublikanı daha böyük dəyişikliklər gözləyir ki, bu da yəqin ilin əvvəlində tam surətdə baş verəcəkdir.
Dalma Newsin müxbiri Azərbaycanda nələr baş verdiyini və ölkənin bu templə nəyə doğru irəlilədiyini politoloq İlqar Vəlizadədən öyrəndi.
“Bu islahatların hesabatını 2018-ci ildən yox, hətta hələ bir il əvvəl, 2017-ci ilin fevralında vitse-prezidentlik institutu yaradılan və Birinci vitse-prezident və vitse-prezidentlər postları tətbiq edilən vaxtdan aparmaq lazımdır. İcra hakimiyyəti haqqında əsasnaməyə isə ictimai hüququn hüquqi şəxsi kimi anlayış tətbiq edilib”, – deyə politoloq hesab edir.
Politoloqun fikrincə, sonra — 2018-ci ildə İlham Əliyev yenidən prezident seçildikdən sonra hökumət üzvləri sırasında yerdəyişmələr aparıb: uzun müddət hakimiyyətdə olan şəxsləri kənarlaşdırıb, icra hakimiyyəti aparatında kadr rotasiyası aparmış, Birinci vitse-prezidentin qərargahında dəyişikliklər etmişdir.
«Bu il proseslər yalnız sürətlənmişdir. Hesab etmək lazımdır ki, bu islahatlar öz məntiqi sonunu tapana qədər davam edəcək», – deyə Vəlizadə bildirib. Vəlizadə köhnə komanda ilə vidalaşarkən, prezident İlham Əliyevin həmçinin hakim partiyanın sıralarında mümkün dəyişiklikləri açıqladığını xatırlatmışdır.
Milli Məclisə gəlincə, politoloqun fikrincə, kadr rotasiyası heç bir halda ondan yan keçə bilməzdi. “Məsələ burasındadır ki, istənilən ölkənin parlamenti hakimiyyətlə cəmiyyət arasında effektiv vasitəçi olmalıdır, Milli Məclisin hazırkı çağırışı isə bu rolun öhdəsindən gəlməyi heç cür bacarmır. Son vaxtlar ayrı-ayrı deputatların fikirləri, yaxud da fəaliyyəti ilə bağlı qalmaqallar çox olmuşdur. Qalmaqallardan biri, ümumiyyətlə, misli görünməmiş hadisəyə gətirib çıxarıb ki, parlamentarilər- dən biri saxtakarlıqdan sonra, ümumiyyətlə, öz səlahiyyələrindən imtina edib istefa verməyə məcbur olmuşdur”. «Bundan başqa, Beşinci çağırış parlamentin böyük hissəsi yaşlı insanlardır. Prezident isə hələ ötən il hakimiyyətin bütün şaquli cavanlaşmasından danışmışdır»,-. deyə Vəlizadə bildirib.
Altıncı çağırış parlamentinin necə olacağı barədə hələlik danışmağın çətin olduğunu deyən Vəlizadə yenilənmiş heyətin öz fəaliyyətinə başqa cür yanaşacaqlarına, Milli Məclisin divarları arasında həyata keçirilən islahatlara dinamika verməyi nəzərdə tutan təşəbbüslərin lazımınca müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.
Politoloq Ağstafa və Yevlax rayonlarının icra hakimiyyəti başçılarının keçmiş rəhbərləri Nizaməddin Quliyevin və Goci Səmədovun həbsini daha bir vacib daxili siyasi hadisə adlandırıb. Xüsusilə nəzərə alsaq ki, Quliyev hələ öz vəzifəsində olarkən məsuliyyətə cəlb olunmuşdur.
«Və mən hesab edirəm ki, bu, köhnə qaydalarla işləməyə çalışanlar üçün ciddi mesajdır və düşünürəm ki, hazırkı icra hakimiyyəti başçıları artıq ona diqqət yetiriblər və öz fəaliyyətlərində yanaşmaları dəyişəcəklər»,- deyə Dalma Newsin müsahibi vurğulayıb.
Bütün bu islahatların perspektivlərinə gəlincə, Vəlizadə şübhə etmir ki, hakimiyyət nümayəndələrinin cavanlaşma trendi davam edəcək, çünki xalq prezident tərəfindən irəli sürülmüş dəyişiklikləri dəstəkləyir.
«İnsanların gələcək dəyişikliklərlə bağlı ciddi gözləntiləri var. Azərbaycan siyasi rəhbərliyi həmin ümidləri doğrultmaq üçün nəzərdə tutulan bu trendləri qorumağa çalışacaq», – deyə politoloq hesab edir.
Аleksandra Zuyeva