Moskvanın Domodedovo hava limanı avqust ayında ən punktual aviaşirkətlərin reytinqini açıqlayıb.

Oxu.Az xəbər verir ki, 2015-ci ilin avqustun liderləri S7 Airlines, “Orenburq hava yolları”, “İjavia”, YVT Aero, Lufthansa, Azerbaijan Airlines (AZAL), Iberia və Etihad Airways şirkətləridir.

Hava limanının mətbuat xidmətinin məlumatına əsasən, birinci kateqoriyada ən punktual aviaşirkət 3206 dəqiq reys yerinə yetirmiş S7 Airlines şirkətidir.

Domodedovanın xarici daşıyıcı-tərəfdaşları ayrıca qrupda yer alıb. Xarici aviaşirkətlər arasında ən punktualı 164 dəqiq reyslə Lufthansa şirkətidir. Azerbaijan Airlines (AZAL) şirkəti 87 punktual reys həyata keçirib və reytinqdə növbəti yeri tutub.